Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-873/2025 17.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********94819 SAMSUNG GALAXY S23 markalı telefon üçün 1650 manat ödənilməmiş hissə, 825 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********81593 SAMSUNG GALAXY A25 markalı telefon üçün ondan 718.92 manat ödənilməmiş hissə, 359.46 manat cərimə pulu ümumilikdə, 3553.38 manat borc, 55.54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixlərindəki müqavilələrinə əsasən İMEİ KOD **********94819 SAMSUNG GALAXY S23 markalı telefon, İmei kod **********81593 SAMSUNG GALAXY A25 markalı telefon almış və nəticədə 3553.38 (üç min beş yüz əlli üç manat otuz səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat (12 ay x 150 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********94819 SAMSUNG GALAXY S23 markalı telefon üçün ümumilikdə, 2475 (iki min dörd yüz yetmiş beş) manat olmaqla ondan 1650 (min altı yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 825 (səkkiz yüz iyirmi beş) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 718.92 (yeddi yüz on səkkiz manat doxsan iki qəpik) manat (18 ay x 39.94 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********81593 SAMSUNG GALAXY A25 markalı telefon üçün ümumilikdə, 1078.38 (min yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat olmaqla ondan 718.92 (yeddi yüz on səkkiz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 359.46 (üç yüz əlli doqquz manat qırx altı qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 150 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2024cü il, xx.xx.2024-cü il, tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********94819 SAMSUNG GALAXY S23 markalı telefonu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********81593 SAMSUNG GALAXY A25 markalı telefonu, cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1650 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 825 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 718.92 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 359.46 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 4825, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, İMEİ KOD **********94819 SAMSUNG GALAXY S23 markalı telefon üçün 1650 manat əsas borc, İmei kod **********81593 SAMSUNG GALAXY A25 markalı telefon üçün 718.92 manat əsas borcu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 45.18 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********94819 SAMSUNG GALAXY S23 markalı telefon üçün 1650 (min altı yüz əlli) manat ödənilməmiş hissə, 100 (yüz manat) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********81593 SAMSUNG GALAXY A25 markalı telefon üçün ondan 718.92 (yeddi yüz on səkkiz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 50 (əlli manat) manat cərimə pulu, ümumilikdə 2518.92 (iki min beş yüz on səkkiz manat doxsan qəpik) manat borc, 45.18 (qırx beş manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-873/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-873/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver