Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-920/2024 15.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “mirasın qəbulu faktının tam miras payının müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə ölmüş mərhum atası X3 miras qalmış Şəki şəhəri, X29 küçəsi dalan 2 ev 3 (yeni qaydalarla Şəki şəhəri X29 küçəsi ev 22) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0466 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının və həmin miras əmlakın adına tam miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən X12, X10, X8 (2021-ci ildə vəfat edib) övladları: X13, X14 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 xx.xx.2006-cı ildə vəfat etmişdir. X7 xx.xx.2003-cü ildə vəfat etmişdir. Atası öldükdən sonra onun aşağıdakı vərəsələri qalmışdır; İddiaçı, X12, X10, X15 (2021-ci ildə vəfat edib). Atası, X5 öldükdən sonra ondan Şəki şəhəri, X29 küçəsi, dalan 2, ev 3 (yeni qaydalarla Şəki şəhəri, X29 küçəsi,ev 22) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0466 ha torpaq sahəsi miras qalmışdır. Qeyd etmək istəyir ki, o, həmin sözügedən atasından miras qalmış evdə doğulub boya-başa çatmış və yaşamışdır. Atası öldükdən sonra da vərəsələrdən yalnız o, həmin evdə yaşamış, kommunal xərcləri ödəmiş, bütün təmir-tikinti işlərini aparmışdır. Hazırda da o, öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Göründüyü kimi atası öldükdən sonra o, atasından qalmış miras əmlaka sahiblik etmiş, miras əmlakı idarə etməyə faktiki olaraq başlamış və miras tərəfindən qəbul edilmişdir. Əvvəllər o, doğulub boya-başa çatdığı və atasından miras qalmış Şəki şəhəri X29 küçəsi dalan 2 ev 3 ünvanında qeydiyyatda olmuş, sonradan şəxsiyyət vəsiqəsini dəyişdirərkən evin sənədi olmadığı üçün qardaşı X9 məxsus Şəki şəhəri X29 küçəsi ev 40 ünvanına qeydiyyata düşmüşdür. O, Şəki Regional “Asan Xidmətində Notariat Ofisinə müraciət edərək, xx.xx.2006-cı ildə ölmüş atası X3 miras qalmış əmlakdan paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin xüsusi notariusu Xətai Səmədovun xx.xx.2024-cü il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Həmin qərarda qeyd edilir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X10, X13, X14 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Şəki Regional Cavabdehndə Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəki şəhəri, X29 küçəsi,dalan 2, ev 3 (yeni qaydalarla Şəki şəhəri, X29 küçəsi, ev 22) ünvanında yerləşən 83.1 kv.metr yaşayış evi və 0.0466 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. - Azərbaycan SSR VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı atası X5, anası isə X16r. - İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 271217 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 437 nömrə ilə qeyd edilmişdir. - İş materiallarına əlavə edilən AZ-İ seriyalı 067942 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional Cavabdeh Notariat ofisinin 28 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı atası X3 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki şəhər İcra Hakimiyyətinin Calğalıbulaq Məhəllə nümayəndəliyinin xx.xx.2023cü il tarixli 220 nömrəli arayışından görünür ki, X5 xx.xx.2006-ci ildə ölmüşdür. Onun ölümündən sonra ona məxsus, Şəki şəhəri, M.V.Vidadi küçəsi dalan-2 ev 3-də yerləşən fərdi yaşayış evində vərəsələrindən yalnız oğlu, İddiaçı yaşamış, kommunal xərclərini ödəmiş, bütün təmir-tikinti işlərini aparmışdır. Hal-hazırda həmin ünvanda yaşayır və həmin evə sahiblik edir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X5 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onun ölümündən sonra miras əmlak kimi Şəki şəhəri, X29 küçəsi dalan 2 ev 3 (yeni qaydalarla Şəki şəhəri X29 küçəsi ev 22) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0466 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan X4, İddiaçı, X12, X10, X15 adlı dörd övladı olmuşdur. X2 2021-ci ildə vəfat etmişdir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X5 xx.xx.2006-cı il tarixdə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2006-cı il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X5 öldükdən sonra birinci növbə vərəsə olan İddiaçı miras qalmış Şəki şəhəri, X29 küçəsi dalan 2 ev 3 (yeni qaydalarla Şəki şəhəri X29 küçəsi ev 22) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0466 ha həyətyanı torpaq sahəsini faktiki olaraq idarə etməyə başlamışdır. X1 digər birinci növbədə vərəsələri X12 və X10 iddia tələbinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Hər nə qədər mərhum X15 tərəfindən miras nə faktiki, nə də rəsmi formada qəbul edilməməsinə baxmayaraq məhkəmə tərəfindən onun övladları X13, X14 və X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumtlandırılmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı xx.xx.2006-cı ildə ölmüş mərhum atası X3 miras qalmış Şəki şəhəri, X29 küçəsi dalan 2 ev 3 (yeni qaydalarla Şəki şəhəri X29 küçəsi ev 22) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0466 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlaka dair İddiaçı adına tam miras payı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı ildə ölmüş mərhum atası X3 miras qalmış Şəki şəhəri, X29 küçəsi dalan 2 ev 3 (yeni qaydalarla Şəki şəhəri X29 küçəsi ev 22) ünvanında yerləşən fərdi yaşayış evi və 0,0466 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlaka dair İddiaçı adına tam miras payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-920/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-920/2024
15.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver