Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-924/2022 30.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «borc» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi dalan 14 ev 5-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 734.50 (yeddi yüz otuz dörd manat 50 qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat, cəmi 1252.90 (bir min iki yüz əlli iki manat 90 qəpik) manat borcun, əvvəlcədən ödənilmiş 32.53 (otuz iki manat 53 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1285.43 (bir min iki yüz səksən beş manat 43 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 31 mart 2022-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi dalan 14 ev 5-də yaşayan Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat, əvvəlcədən ödənilmiş 32.53 (otuz iki manat 53 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1285.43 (bir min iki yüz səksən beş manat 43 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizəsi Azərbaycan Respublikasının MPMnin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, X4 tərəfindən 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00010 abonent koduna vurulmuş 518 (beş yüz on səkkiz) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəməyə gəlməmiş, ərizədə iştirakları olmadan iclasların keçirilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi dalan 14 ev 5-də yaşayan Cavabdeh - Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 734.50 (yeddi yüz otuz dörd manat 50 qəpik) manat, - İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat, cəmi 1252.90 (bir min iki yüz əlli iki manat 90 qəpik) manat əsas borcun, - Əvvəlcədən ödənilmiş 32.53 (otuz iki manat 53 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1285.43 (bir min iki yüz səksən beş manat 43 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H:AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********410332626b9a) barədə" qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçınə qarşı qarşılıq iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək İddiaçı İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin və qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına götürülməklə baxış iclası xx.xx.2022-ci il saat 09:00-a təyin edilmişdir. Bildirmişdi ki, Cavabdeh keçən müddət ərzində iddia ərizəsində - Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 734.50 (yeddi yüz otuz dörd manat 50 qəpik) manat hissədə borcu tam şəkildə ödəmişdir və hazırda İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat hissədə isə borc ödənilməmişdir və həmin hissə X2 qarşılıqlı iddia ərizəsi ilə mübahisələndirilməkdədir. Bu səbəbdən sayğac göstəricisinə aid hissədə ödənildiyi üçün tələb həmin hissədə azaldılmalıdır. Digər hissədə isə tərəfin təqdim etdiyi qarşılıqlı iddia ərizəsi tamamilə əsassıdır. Belə ki, İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat borcun yaranma əsasları ilə bağlı iddia ərizəsində geniş izah verilmişdir. Əlavə olaraq bildirirəm ki, cavabdeh tərəfindən sayğacda müdaxilə etməsi faktı mənzilə məxsus abonent saldosunda da öz əksini tapmışdır. Belə ki, xx.xx.2021 -ci il tarixdə açılmış mübahisəli ******* saylı sayğacda qüsur aşkar edilməmişdən əvvəlki dövrdə qaz sərfi 2020-ci ilin dekabr ayında 0 m3 (və ya 0 m), 2021-ci ilin yanvar ayında 1965 m3 (və ya 196.50 m), fevral ayında 391 m3 (və ya 46.10 m), mart ayında 70 m3 (və ya 14 m), aprel ayında 94 m3 (və ya 18.80 m), may ayında 290 m3 (və ya 58 m) sayğacda qüsur aşkar edildikdən və yenisi ilə əvəz edildikdən sonrakı dövrdə 2021-ci ilin dekabr ayında 1283 m3 (və ya 320.75 m), 2022-ci ilin yanvar ayında 1951 m3 (və ya 234.12 m), fevral ayında 1151 m3 (və ya 230.20 m), mart ayında 1289 m3 (və ya 322.25 m), aprel ayında 588 m3 (və ya 147 m), may ayında 357 m3 (və ya 89.25 m) olmuşdur. Başqa bir məqan ondan ibarət ondan ibarət odur ki, hazırda mənzildə quraşdırılmış yeni sayğacın istismarda olduğu 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək 6653 m3 qaz sərfi qeydə aldığı halda Mübahisəli (müdaxiləli) ******* saylı qaz sayğacı eyni müddət üçün əvvəlki dövrdə 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayınadək 2956 m3 qaz sərfi qeydə aldığı müəyyən edilir. Hər iki dövrlər arasında olan fərq isə 3697 m3 təşkil edir. Göründüyü kimi hər iki halda qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqaisədə nəzərə çarpacaq dərəcədə fərq vardır. Onu da qeyd etmişdir ki, sayğacda mövcud olan qüsur elə bir müdaxilədir ki, onun üzərində qanunsuz əməllər həyata keçirilərkən (müdaxilə edilərkən) hökmən mənzilin qaz təminatı dayandırılmalıdır və bundan da vətəndaşın məlumatının olmaması qeyri mümkündür. Digər tərəfdən sayğacın içəri mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunur və ona ərazidən keçən hər hansı şəxsin təsaüfən müdaxilə etməsi də mümkünsüzdür və bu halda da cavabdehin məlumatının olmaması mümkünsüzdür. Cavadehin sayğacında müdaxilə faktı varsa deməli onun məlumatı daxilində mümkündür. Nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi cavabdehə məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymur və cavabdehin etirazında göstərdiyi fikirlər isə yalnız formal mülahizələrdən ibarətdir.Ona görə də İddiaçı İB hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ünvan 1 ünvanında yaşayır. O həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. İddia ərizəsinə əlavə etdiyi abonet kodu **********00010 olan abonentin saldosundan görünür ki, vaxtı-vaxtında ödənişlər etmişdir. Belə ki, X4 tərəfindən tərtib edilmiş qaz sayğacanın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2021 -ci il tarixli aktda sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlanılması olmuşdur. Həmin akta tərəfindən imza edilmişdir. Akta imza edilmənin hüquqi əsasları ona izah edilməmişdir. Sadəcə cavabdeh təşkilatın nümayəndələri ona bildirmişlər ki, sayğac yeni sayğac ilə əvəz olunacaq, buna görə də həmin akta imza edilməlidir. Bu əsasa görə o həmin aktı imzalamışdır. Bundan əlavə, X4 tərəfindən 28 yanvar 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Həmin akta tərəfindən imza edilməmişdir. Akta imza etməkdən imtina etmişdir. İmza etməməyinin əsası isə onun tərəfindən sayğaca heç bir müdaxilə edilməməsi olmuşdur. Belə ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. X4 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 28 yanvar 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. 4x12x90=2160 m3, cəmi 4320 m3. Qeyd etmişdir ki bütün bunlar tamamilə yalandır. Belə ki, cavabdeh təşkilatın nümayəndələri onun ünvanına gələrək sayğacın istifadə müddəti bitdiyi üçün dəyişdirilməli olduğunu bildirmişlər. Sayğacı yenisi ilə əvəz etmişlər. Sayğac dəyişdirilən vaxt telefonla videoya çəkmişlər. Sayğacda heç bir problem yox idi. Əlavə olaraq qeyd edmişdir ki, sayğac dəyişdirilən zaman tərtib edilmiş aktda sayğaca müdaxilə ilə bağlı və ya zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır və X4 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 518 (beş yüz on səkkiz) manat məbləğində cərimə etmişlər. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, onu da qeyd etmişdir ki, istifadəsində olan qaz sayğacı evinin küçə qapısından çöl tərəfdə quraşdırılmışdır. Qaydalarda göstərildiyi kimi sayğac müvafiq örtüklə örtülməli idi. Ancaq istifadəsində olan sayğac həyətindən çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq ötrüklə örtülməmişdir. Bir daha qeyd etmişdir ki, o sayğaca hər hansı şəkildə müdaxilə etməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda göstərmişdir ki, guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Onun yaşayış sahəsinə aid qaz sayğacı həyət divarından çöldə quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o cavabdehlik daşımadığını bildirmişdir. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Ona görə də İddiaçı İstahsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında əsassız hesablanmış cərimə məbləği silinməlidir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 28 yanvar 2022-ci il tarixli, AKX-03730xx/xx-2022 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında qazın-alqı satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı Cavabdeh yaşadığı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində İddiaçı əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “ARDNŞ “Azeriqaz” İB-nin MSK 29/1710- 05583-1 saylı aktına əsasən sayğacın hesab mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu” göstərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı İB-nin Zaqatala RQİİ-nin 28 yanvar 2022-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, istehlakçı Cavabdeh yaşadığı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki evdə 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akta əsasən, G-4 markalı, ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4320 m3 (4 X 12 X 90) müəyyən edilərək onun dəyərində ziyan əvəzinin ödənilməsi tələb edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materialı ilə Cavabdeh hər hansı bir təqsirli hərəkəti olduğu müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “Azəriqaz İB-nin ******* №li aktına əsasən “ARDNŞ “Azeriqaz” İB-nin MSK 29/1710-05583-1 saylı aktına əsasən sayğacın hesab mexan. qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, Azəriqaz İB-nin ******* №li aktına əsasən sayğacın üzərində hesab mexanizminin qapağının əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində yarana bilər. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan ərazidə deyil, yol kənarında quraşdırmış olması hüquq pozuntusunun Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı təqsirli olmasını şübhə altına alır. Buna görə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, sayğac çıxarılan zaman müdaxilə X8 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə, bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə İddiaçı İB-nin X9 İstismarı İdarəsinin rəisinin aktı əsasında sayğacın hesablama mexanizminin qapağının əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca istehlakçı ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, cavabdeh 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ilk iddiası təmin edilməməlidir. Ödənilən dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı İddiaçınə aid edilməlidir. Qarşılıqlı iddia təmin edilməli, İddiaçı Cavabdeh barəsində tərtib etdiyi 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 518.40 manat məbləğində hesablanmış borcun cavabdehin tələb etdiyi miqdarda, yəni 518 manatı silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qarşılıqlı iddiaçı Cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilməsin. Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat, 40 qəpik) manat məbləğində hesablanmış borcun, ödənilmiş 32.53 (otuz iki manat əlli üç qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) bank xidmət haqqının tutularaq İddiaçınə ödənilməsinə dair ilk iddia təmin edilməsin. 32.53 (otuz iki manat əlli üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı İddiaçınə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən 28 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış və **********00010 abonent koduna vurulmuş 518 manat (beş yüz on səkkiz) manat borc silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-924/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-924/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver