Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-927/2022 31.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə Y20K541403 saylı müqavilə üzrə 225 (iki yüz iyirmi beş) manat əsas borc, 68 (altmış səkkiz) manat faiz borcu, Y20K5703686 saylı müqavilə üzrə 3080 (üç min səksən) manat əsas borc, 924 (doqquz yüz iyirmi dörd) manat faiz borcu və 63 (altmış üç) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4360 (dörd min üç yüz altmış) manat tutulması və müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 07 aprel 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 26 aprel 2018-ci il və 08 aprel 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 26 aprel 2018-ci il tarixli Y20K541403 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 850 (səkkiz yüz əlli) manat olan 1 ədəd “Samsung Galaxy A5” markalı telefon almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 810 (səkkiz yüz on) manat borc yaranmış və 08 aprel 2019-cu il tarixli Y20K5703686 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3425 (üç min dörd yüz iyirmi beş) manat olan 1 ədəd “LG” markalı televizor, 1 ədəd “Lenovo” markalı noutbook almış, ilkin ödəniş olaraq 65 (altmış beş) manat ödəniş etmiş, nəticədə 3360 (üç min üç yüz altmış) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 26 aprel 2018-ci il tarixli Y20K541403 saylı müqavilə üzrə sonuncu dəfə 07.06.2019-cu il tarixdə 45 (qırx beş) manat və 08 aprel 2019-cu il tarixli Y20K5703686 saylı müqavilə üzrə sonuncu dəfə 19.06.2019-cu il tarixdə 140 (bir yüz qırx) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və Y20K54J403 saylı müqavilə üzrə alqı- satqı qiyməti 850 (səkkiz yüz əlli) manat olan 1 ədəd Samsung Galaxy A5” markalı telefon üçün ümumilikdə 225(iki yüz iyirmi beş) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat faiz borcu və Y20K5703686 saylı müqavilə üzrə alqı-satqı qiyməti 3425 (üç min dörd yüz iyirmi beş) manat olan 1 ədəd “LG” markalı televizor, 1 ədəd “Lenovo” markalı noutbook üçün ümumilikdə 3080 (üç min səksən) manat ödənilməmiş hissə, 924 (doqquz yüz iyirmi dörd) manat faiz borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada işə əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2018-ci il tarixli, Y20K541403 saylı müqavilədən görünür ki, Cavabdeh satış qiyməti 850 manat olan 1 ədəd “Samsung Galaxy A5” markalı telefon almış, 40 manat ilkin ödəniş etmiş, 810 manat məbləği 18 ay müddətinə aylıq 45 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2019-cu il tarixli, Y20K5703686 saylı müqavilədən görünür ki, Cavabdeh satış qiyməti 3425 manat olan 1 ədəd “LG” markalı televizor və 1 ədəd “Lenovo” markalı noutbook almış, 65 manat ilkin ödəniş etmiş, 3360 manat məbləği 24 ay müddətinə aylıq 140 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2018-ci il tarixli, Y20K541403 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 850 manat olan 1 ədəd “Samsung Galaxy A5” markalı telefon almış, 40 manat ilkin ödəniş etmiş, 810 manat məbləği 18 ay müddətinə aylıq 45 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı ilə Cavabdeh arasında bаğlаnmış 08 aprel 2019-cu il tarixli, Y20K5703686 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 3425 manat olan 1 ədəd “LG” markalı televizor və 1 ədəd “Lenovo” markalı noutbook almış, 65 manat ilkin ödəniş etmiş, 3360 manat məbləği 24 ay müddətinə aylıq 140 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Alqı-satqı müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış borcu ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 567, 601, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2018-ci il tarixli, Y20K541403 saylı və 08 aprel 2019-cu il tarixli, Y20K5703686 saylı müqavilələr ləğv edilməli, Cavabdeh Y20K541403 saylı müqavilə üzrə 225 manat əsas borc, 68 manat faiz borcu, Y20K5703686 saylı müqavilə üzrə 3080 manat əsas borc, 924 manat faiz borcu və 63 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4360 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2018-ci il tarixli, Y20K541403 saylı və 08 aprel 2019-cu il tarixli, Y20K5703686 saylı müqavilələr ləğv edilsin. Cavabdeh Y20K541403 saylı müqavilə üzrə 225 manat əsas borc, 68 manat faiz borcu, Y20K5703686 saylı müqavilə üzrə 3080 manat əsas borc, 924 manat faiz borcu və 63 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4360 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-927/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-927/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver