Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-928/2023 10.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********88237 X1 9 və Hoffmann Led TV üçün 1308 manat əsas, 130 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********33775 Samsung Galaxy A10 və Dell komputer üçün 694.8 manat əsas, 69.2 manat cərimə borcu olmaqla, ümumilikdə 2202 manat borcun və 42.02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********88237 X1 9 və Hoffmann Led TV; İmei kodu **********33775 Samsung Galaxy A10 və Dell komputer almış və nəticədə 2202 (iki min iki yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1358 (bir min üç yüz əlli səkkiz) manat (12 ay x 109 manat + 50 manat ilkin ödəniş) İmei kodu **********88237 X1 9 və Hoffmann Led TV üçün ümumilikdə, 1438 (bir min dörd yüz otuz səkkiz) manat olmaqla ondan, 1308 (bir min üç yüz səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 130 (yüz otuz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 909.8 (doqquz yüz doqquz manat səksən qəpik) manat (3 ay x 231.6 manat + 215 manat ilkin ödəniş) İmei kodu **********33775 Samsung Galaxy A10 və Dell kompüteürçün ümumilikdə, 764 (yeddi yüz altmış dörd) manat olmaqla ondan, 694.8 (altı yüz doxsan dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.2 (altmış doqquz manat iyirmii qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 265 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 130 manat və 69.2 manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********88237 X1 9 və Hoffmann Led TV üçün 1308 (min üç yüz səkkiz) manat əsas, 50 (əlli) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********33775 Samsung Galaxy A10 və Dell komputer üçün 694.8 (altı yez doxsan dörd manat səksən qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 2072.8 (iki min yetmiş iki manat səksən qəpik) manat borc və 42.02 (qırx iki manat iki qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********88237 X1 9 və Hoffmann Led TV üçün 1308 (min üç yüz səkkiz) manat əsas, 50 (əlli) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********33775 Samsung Galaxy A10 və Dell komputer üçün 694.8 (altı yez doxsan dörd manat səksən qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 2072.8 (iki min yetmiş iki manat səksən qəpik) manat borc və 42.02 (qırx iki manat iki qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 10 may 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:10-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:20-də qurtardı. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-928/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-928/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver