Məhkəmə qərarları › İş №e-2(075)-94/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-94/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-94/2024 08.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********14123 SAMSUNG GALAXYA12 markalı telefon üçün 559.97 (beş yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat ödənilməmiş hissə, 55.03 (əlli beş manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə, 615 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuş, 04 sentyabr 2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq hazırki işə onun iştirakı ilə baxılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(075)-1947/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********14123 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 615 (altı yüz on beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 560.42 (beş yüz altmış manat qırx iki qəpik) manat (yəni 14 ay x 40.03 manat + 0 manat ilkin ödəniş) İmei kod **********14123 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 615 (altı yüz on beş) manat olmaqla ondan 559.97 (beş yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55.03 (əlli beş manat üç qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 0.45 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı MMC-nin nümayədnəsi məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, onun İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə İddiaçı MMC-dən İmei kod **********14123 SAMSUNG GALAXY A12 markalı telefon almış və onun iddiaçıya ümumilikdə 615 manat borcu yaranmışdır. Bildirmişdir ki, iddiaçının hazırki iddia tələbini əsassız hesab edir. Belə ki, o, İddiaçı MMC-dən aldığı SAMSUNG GALAXY A12 markalı mobil telefon aldığı vaxtdan nasaz olmuş, buna görə də, həmin mobil telefonu 2 gün sonra geri qaytarmışdır. İddiaçı təşkilat mobil telefonu geri qəbul etmədiyi üçün ona hər hansı rəsmi sənəd verməmişdilər. O, eyni mobil telefonun yenisi vermələrini xahiş etsə də, verməmişdilər. Bundan sonra İddiaçı MMC-nin nümayəndələri onların evlərinə zəng vurmuş, kreditin ödənilməməsinin səbəblərini soruşmuşlar. O, mobil telefon nasaz olduğu üçün iddiaçıya olan borcunu ödəməmişdir. Mobil telefon hal-hazırda onda deyil. Həmin mobil telefon nasaz olduğu üçün aldıqdan 2 gün sonra qaytarmışdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh aylıq 40,03 manat olmaqla, 14 ay müddətinə ödəmək şərti ilə 560,39 manat dəyərində SAMSUNG GALAXY A12 markalı mobil telefon satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 560,39 manat məbləğdə borcunu 14 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş təhviltəslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən SAMSUNG GALAXY A12 markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 560 manat əsas borc, 56 manat cərimə borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən 04 fevral 2022-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi”nə əsasən yaranmış borc məbləğini 3 gün müddətində ödənilməsi Cavabdeh tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh telefonu servis mərkəzinə təqdim etməsi təklif olunmuş, lakin Cavabdeh göstərilən telefonu mağazaya “atıb” getmişdir. Telefon servis mərkəzi tərəfindən yoxlanılmış, heç bir qüsur aşkar olunmamışdır. Hazırda telefon servis mərkəzindədir. Dəfələrlə cavabdehə telefonu servis mərkəzindən götürməsi təklif olunsada, götürməmişdir. Bu səbəbdən təhvil-təslim aktı mövcud deyildir. Müştəri istədiyi zaman telefonu servis mərkəzindən götürə bilər. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş aparılan işlər barədə məlumatdan görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı SAMSUNG GALAXY A12 markalı mobil telefon xx.xx.2022-ci il tarixdə servisə qəbul olunmuşdur. Cihaza texniki baxış keçirilmiş, maye, zərbə, kənar müdaxilə aşkar edilməmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə dəyəri 560,39 manat olan SAMSUNG GALAXY A12 markalı mobil telefon satılmışdır. Müqaviləyə əsasən Cavabdeh SAMSUNG GALAXY A12 markalı mobil telefonun dəyəri olan 560,39 manat pul vəsaitini aylıq 40,03 manat olmaqla, 14 ay müddətinə qaytarmağı öhədəsinə götürmüşdür. İddiaçı MMC 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək təhvil-təslim aktına əsasən SAMSUNG GALAXY A12 markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə SAMSUNG GALAXY A12 markalı mobil telefona görə yaranmış 560,39 manat borcunu İddiaçı MMC-nə qaytarmamışdır. Göründüyü kimi cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və hazırda İddiaçı MMC-yə 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh müqaviləyə əsasən mobil telefon verilərək üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh nisyə alqısatqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borc məbləğinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, Cavabdeh iddiaya etiraz edərək 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə almış olduğu SAMSUNG GALAXY A12 markalı mobil telefonun nasaz olduğu üçün İddiaçı MMC-nə qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı təhvil-təslim aktı və ya digər mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi İddiaçı MMC 04 fevral 2022-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehə satılmış SAMSUNG GALAXY A12 markalı mobil telefonun cavabdehə tam saz vəziyyətdə təhvil verilməsinə dair təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh mobil telefonun iddiaçı təşkilata geri qaytarması ilə bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin 16 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh telefonu servis mərkəzinə təqdim etməsi təklif olunmuş, lakin Cavabdeh göstərilən telefonu mağazaya “atıb” getmişdir. Telefon servis mərkəzi tərəfindən yoxlanılmış, heç bir qüsur aşkar olunmamışdır. Hazırda telefon servis mərkəzindədir. Dəfələrlə cavabdehə telefonu servis mərkəzindən götürməsi təklif olunsada, götürməmişdir. Bu səbəbdən təhvil-təslim aktı mövcud deyildir. Müştəri istədiyi zaman telefonu servis mərkəzindən götürə bilər. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan mobil telefonun nasaz olduğu üçün İddiaçı MMC-nə qaytarsa da, mobil telefonda cavabdehin mübahisələndirdiyi nasazlıqlar aşkar olunmamışdır. Bu hal cavabdehin mobil telefonun dəyərinin iddiaçıya ödənilməsini istisna edəcək hal hesab edilmir. Belə ki, cavabdeh istədiyi zaman telefonu servis mərkəzindən götürə bilər. Qeyd olunan mobil telefonun bu gün cavabdehdə olmamasının səbəbi iddiaçıda deyil. Telefonu qaytarmaq hüququ olan istehlakçı kimi cavabdeh bunu müvafiq prosedurlar çərçivəsində həyata keçirməli idi. Bu hal baş verməmişdir. Ona görə də cavabdeh telefonu iddiaçıdan götürməli və müqavilə əsasında üzərinə düşən öhdəlikləri icra etməyə borcludur. Bundan başqa cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, iddiaçının bоrcluyа hesаblаdığı cərimə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, 04 fevral 2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə hesablanmış 55.03 manat cərimə borcu azaldılaraq 10 manat məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 04 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********14123 SAMSUNG GALAXYA12 markalı telefon üçün 559.97 (beş yüz əlli doqquz manat 97 qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə, 569,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********14123 SAMSUNG GALAXYA12 markalı telefon üçün 559.97 (beş yüz əlli doqquz manat 97 qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə, 569,97 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar