Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-956/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi olmaqla digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd ərazisindən çizgidə göstərilən sərhədlər daxilində 2,71 ha torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod 40413018, JN–138 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının paylarına münasibətdə X24, X18, X19, Ərizəçi2, Ərizəçi1, X7 və X11 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 nömrəli qərarına əsasən X24, X18, X19, Ərizəçi2, Ərizəçi1, X7 və X11 birlikdə Şəki rayonunun Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində 2,71 ha torpaq sahəsi ayrılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən kod 40413018, JN-138 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. xx.xx.2022-ci il tarixdə onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək Şəki rayonu Cumakənd kəndində yerləşən 2,71 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. 12 saylı Şəki Ərazi İdarəsinin 06 yanvar 2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdikləri JN-138, kod 40413018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında hüquq sahibi olan X20 ata adının, X12 adının, X5 və ata adının, Ərizəçi2 soyadı və ata adının, Ərizəçi1 soyadının, Ərizəçi3 soyadının və X1 səhv qeyd olunduğu müəyyən edilmişdir. Göründüyü kimi JN-138, kod 40413018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında X20 ata adı səhvən “İzzət”, X12 adı səhvən “Emnət”, X5 səhvən “İdrisov”, ata adı isə səhvən “Qədir oğlu”, Ərizəçi2 soyadı səhvən “İdrisova”, ata adı “Hacəli qızı”, Ərizəçi1 soyadı səhvən “İdrisov”, Ərizəçi3 soyadı səhvən “İdrisova” və X4 səhvən “İdrisov” yazılmışdır. Bununla bağlı aidiyyatı orqanlara müraciət etsə də, ona bu tələblə bağlı yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sözügedən Dövlət aktında belə mexaniki yanlışlıqların getməsi işlərində çətinlik yaradır, çıxarış ala bilmirlər. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, Ərizəçi1 izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tələbləri əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş KOD 40413018, JN-138 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən X25, X26, X14, X21, X10, X8 və X15 Şəki rayonu, Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,71 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan 14 noyabr 2022-ci il tarixli aktdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK-nın qərarları ilə vətəndaşlara verilən JN-138 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında sənədlərin qeydiyyat zamanı coxsaylı soyad, ad və ata adı səhvlərinə rast gəlinir. Qeyd olunan sənədlərə (torpağın mülkiyyət hüququna dair şəhadətnamə və dövlət aktı) rast gəlinən soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə (digər şəxsiyyət müəyyənedici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edilmişdir. Aktın doğruluğunu X32, X28, X29, Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və X27 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 19 dekabr 2022-ci il tarixli aktdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK-nın qərarları ilə vətəndaşlara verilən JN-138 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında sənədlərin qeydiyyat zamanı coxsaylı soyad, ad və ata adı səhvlərinə rast gəlinir. Qeyd olunan sənədlərə (torpağın mülkiyyət hüququna dair şəhadətnamə və dövlət aktı) rast gəlinən soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə (digər şəxsiyyət müəyyənedici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edilmişdir. Aktın doğruluğunu X32, X28, X29, Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və X27 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan 20 yanvar 1952-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X22 xx xxxxxxx 1981-ci il tarixdə anadan olmuşdur. X6, anası isə X23r. İşdə olan 05 may 1959-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X33 xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. İşdə olan 10 mart 1984-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki,X16 xx xxxx 1984-cü il tarixdə anadan olmuşdur. X6, anası isə X23r. İşdə olan Şəki şəhər İHB-nin Cumakənd kəndindəki nümayəndəliyi tərəfindən 22 yanvar 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 19 yanvar 2018-ci ildə ölmüşdür. İşdə olan Şəki şəhər İHB-nin Cumakənd kəndindəki nümayəndəliyi tərəfindən 26 iyul 1999-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 23 iyul 1999-cu ildə ölmüşdür. İşdə olan Şəki şəhər İHB-nin Cumakənd kəndindəki nümayəndəliyi tərəfindən 16 oktyabr 2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 15 oktyabr 2009-cu ildə ölmüşdür. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən 01 noyabr 2000-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 01 noyabr 2000-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 06 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, JN- 138 KOD 40413018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi olan X20 ata adının, X17 adının, X5 və ata adının, Ərizəçi2 soyadı və ata adının. Ərizəçi1 soyadının, Ərizəçi3 soyadının və X1 səhv qeyd olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən "şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Qeyd olunanları nəzərə alaraq göstərilən nöqsanların aidiyyəti təşkilat tərəfindən səhv və ya düz olmasını təsdiq edən sənəd və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi barədə sənəd ərazi darəsinə təqdim ediləcəyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş KOD 40413018, JN-138 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X20 atasının adında, X12 adında, X3, ata adında, Ərizəçi2 soyadında və ata adında, Ərizəçi1 soyadında, Ərizəçi3 soyadında və X2 yanlışlığa yol verildiyi müəyyən edildi. Göründüyü kimi ərizəçilər qeyd edilən dövlət aktında soyad, ad və ata adındakı yanlışlıqların aradan qaldırılması ilə bağlı ərizəsində göstərdiyi faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilməmişdir. Buna görə də, məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəsini əsaslı hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu, Cumakənd ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,71 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40413018, JN-138 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə X24, X18, X19, Ərizəçi2, Ərizəçi1, X7 və X11 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu, Cumakənd ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,71 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40413018, JN-138 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə X24, X18, X19, Ərizəçi2, Ərizəçi1, X7 və X11 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-956/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-956/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver