Məhkəmə qərarları › İş №e-2(075)-968/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-968/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-968/2023 05.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı İBnin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbinin dəlilləri; İlk iddia üzrə İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Şəki şəhəri Ə.Cabbarov küçəsi 64-da yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 153.37 (bir yüz əlli üç manat 37 qəpik) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3939.84 (üç min doqquz yüz otuz doqquz manat 84 qəpik) manat, cəmi 4093.21 (dörd min doxsan üç manat 21 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60.93 (altmış manat 93 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 4154.54 (dörd min bir yüz əlli dörd manat 54 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 aprel 2023-cü il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək, Azəriqaz İB tərəfindən qanunsuz olaraq tərtib edilmiş akt əsasında ona hesablanmış 3939,34 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı Azəriqaz İB-nin iddia ərizəsində qeyd olunan xx.xx.2022-ci il tarixli yoxlamadan əvvəlki və sonrakı dövrlər üzrə istehlak edilmiş qaz sərfiyyatındakı fərq qoşulma ilə bağlı deyil, 2023-cü il tarixdən etibarən müntəzəm olaraq evdə yaşadıqları üçün yaranmışdır. Belə ki, qaynanası üçün yeni alınmış evin təmiri ilə əlaqədar uzun bir müddətdir ki (təxminən 1 ildən artıq), hamısı onun yanında yaşamışlar. Evin tam təmirini 2022-ci ilin sonunda bitirdikləri üçün 2023-cü ildən artıq öz evlərində qalırlar və təbii olaraq bu da daha çox qazın istehlakına səbəb olur. Bundan başqa Azəriqaz İB iddia ərizəsində mənzilin üst örtüyü ilə hasarın birləşdiyi hissədə qanunsuz qaz xətti olmasını bildirsə də, oradakı turbanın nə ilə bağlı qoyulması, turbanın evin hansı tərəfinə getməsi və həmin turba ilə məhz evə qaz aparılmasını təsdiq edən sübutlar təqdim etməmişdir. Belə ki, o həmin evi alarkən turba orada olmuşdur və turbanın başı açıqdır. Həmin turbadan evə hər hansı bir xətt yoxdur. Məndən əvvəlki ev sahibinin həmin turbanı niyə qoyması barədə məlumatı yoxdur, ancaq o turbadan qanunsuz qaz istehlakı üçün istifadə etməmiş və fikirləşməmişdir. Bu səbəbdən cavabdehin nə aktı, nə də etirazı ilə razılaşmır. Bundan başqa qeyd etmişdir ki, o əgər qanunsuz xətt qoşub istifadə etsə idi cavabdeh təşkilatın nümayəndələri hər ay, hətta ayda 2 dəfə ona bildiriş verir və sayğacın göstəricilərini oxuyurlar ki, bu zaman xətti görərdilər. Eyni zamanda Zaqatala RQİİ tərəfindən də yoxlamalar aparılıb, lakin qanunsuz qaz istehlak etməyim müəyyən edilməmişdir. O sayğacdankənar qanunsuz qaz istehlak etməmişdir, lakin etmiş olsaydı belə, bu hal cavabdeh təşkilata onun barəsində 365 gün yəni 1 il üçün hesablama aparılmasına imkan vermir. Belə ki, qaz paylayıcı təşkilat ayda bir dəfə yoxlama aparırsa və qanunsuz xətt görmürsə, son yoxlamasında qanunsuz xətt aşkar edirsə necə ola bilər ki, əvvəlki 1 il üçün dəymiş ziyan hesablasın. Görünür ki, cavabdehin hərəkətləri qanunsuzdur və əsassız olaraq akt tərtib edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 iddia ərziəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, SOCAR İddiaçı İB-nin Zaqatala X9 İdarəsininŞəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri Ə.Cabbarov küçəsi 64-da Cavabdehməxsus mənzilində 4971-09-12 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh**********0000 saylı qaz hesabında ödənilməmiş 4093.21 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 153.37 manat hissəsi sayğac göstəricisinə və 3939.84 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 153.37 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********4 nömrəli sayğacın 4046 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3939.84 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri Ə.Cabbarov küçəsi 64-dəyerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m (və ya 3939.84 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Həkimzadə X5 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməkləxx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Ona görə də iddia ərizəsi ilə məhkəmyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin « Cavabdeh məhkəməyə 05 iyul 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 13 sentyabr 2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, sayğacdan kənar qaz xəttinə qoşulması aşkar olunmuş, istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin 21 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh yaşadığı Şəki rayonu, Ə.Cəfərov küçəsində yerləşən evində qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, Q.S.İ.S-nın maksimal saatlıq qaz sərfi 3 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, Q.S.Q-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 32832 m3 müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş **********00000 saylı abonentin saldosundan görünür ki, Cavabdeh akta əsasən Azəriqaz İB-nə 3939.84 manat borcu vardır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 13-cü maddənin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları" 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı Qərarda göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı Qərarda qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı Azəriqaz” İB-nin ilk iddia üzrə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ilk iddiası təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azəriqaz” İB-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 3939.84 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, PQ-3 üçün 360 gün, Q.S.İ.S üçün 180 gün, Q.S.Q üçün 360 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 3939.84 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. PQ-3-(829.44/12=69.12), Q.S.İ.S-(1555.2/6=259.2), Q.S.Q- (1555.2/12=129.6) = cəmi 457.92 manat. Məhkəmə baxışı zamanı ilk iddia üzrə İddiaçı nümayəndəsi 3939.84 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış 153.37 (bir yüz əlli üç manat otuz yeddi qəpik) manat və itirlmiş qazın bərpası üçün aparılmış hesabata əsasən yaranmış 457.92 (dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat borc, ödənilmiş 60.93 (altmış manat doxsan üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq ilk iddia üzrə İddiaçı İB-xeyrinə ödənilməlidir. İlk iddia əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı X1rşılıqlı iddia üzrə iddiaçı Cavabdeh barəsində tərtib etdiyi akt üzrə hesablanmış 3481.92 (üç min dörd yüz səksən bir manat doxsan iki qəpik) manat məbləğində hesablanmış borc məbləği Cavabdeh hesabından silinməli, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış 153.37 (bir yüz əlli üç manat otuz yeddi qəpik) manat və itirlmiş qazın bərpası üçün aparılmış hesabata əsasən yaranmış 457.92 (dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat borc, ödənilmiş 60.93 (altmış manat doxsan üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq İddiaçı İB-xeyrinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X9 Cavabdeh barəsində tərtib etdiyi akt üzrə hesablanmış 3481.92 (üç min dörd yüz səksən bir manat doxsan iki qəpik) manat məbləğində hesablanmış borc məbləği Cavabdeh hesabından silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar