Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-972/2023 23.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-972/2023 nömrə ilə qeydiyyata alınmış İddiaçı İslahat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-1095/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı İslahat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu, Öyrət kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 583.62 (beş yüz səksən üç manat 62 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat, cəmi 1620.42 (bir min altı yüz iyirmi manat 42 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 36.21 (otuz altı manat 21 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1657.03 (bir min altı yüz əlli yeddi manat 03 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 29 mart 2023-cü il tarixdə, 2(075)- 972/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00000 abonent koduna vurulmuş 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 11 aprel 2023-cü il tarixdə, 2(075)- 1095/2023 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, mülki proses tərəflərinin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirməsi qərarına gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-972/2023 nömrə ilə qeydiyyata alınmış İddiaçı İslahat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-1095/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-1095/2023 nömrə ilə qeydiyyata alınsın. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-972/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-972/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver