Məhkəmə qərarları › İş №e-2(075)-973/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-973/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-973/2023 23.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 720.70 (yeddi yüz iyirmi manat 70 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat, cəmi 1757.50 (bir min yeddi yüz əlli yeddi manat 50 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 37.58 (otuz yeddi manat 58 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1795.48 (bir min yeddi yüz doxsan beş manat 48 qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********41********) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 1-də yaşayan Cavabdeh məxsus mənzilində 6218 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00392 saylı qaz hesabında ödənilməmiş 1757.50 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 720.70 manat hissəsi sayğac göstəricisinə və 1036.80 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 720.70 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********0 nömrəli sayğacın 4903 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1036.80 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvan 1 ünvanında istismarda olmuş G-4 markalı ******* nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacda müdaxilə faktının aşkar olunması səbəbindən zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 29/1710-02944-1 saylı rəydə “sayğacın çıxış plastmas borusu deşilib” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmiş, həmişə sayğac üzrə ödənişlər aparmışdır. Maddi imkanı aşağı olduğu üçün istifadə etdiyi təbii qazın dəyərini tam olaraq ödəyə bilməmiş, hesabında 720.70 manat borc yığılmışdır. Həmin borcunu qəbul edir. Hissə-hissə İddiaçı İB-nə ödəyəcəkdir. Bildirmişdir ki, onlar tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Onların ünvanına quraşdırılan sayğac küçədə quraşdırılmışdır. Xəbəri olmadan ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan sonra da ona cərimə hesablanmışdır. Hesab edir ki, 1036.80 manat məbləğində cərimə ona əsassız olaraq hesablanmışdır. İddianı həmin hissədə qəbul etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş “qazın alqı-satqısı” haqqında 18 sentyabr 2015-ci il tarixli, 6218 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında təbbi qazın alqı-satqısı barədə müqavilə imzalanmış və Cavabdeh yaşadığı Şəki şəhəri, Sarabski 39B ünvanında yerləşən ünvanı təbii qaz ilə təmin olunmuşdur. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş **********00392 saylı abonent saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə ümumilikdə 1757.50 manat borcu yaranmışdır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı İB Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********00392 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan ünvan 3 ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00392 saylı qaz hesabında ödənilməmiş 1757.50 manat borc vardır, həmin borcun 720.70 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1036.80 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş borc məbləğidir. Cavabdehdən tələb olunan borcun yaranmasına səbəb aylıq istehlak edilmiş təbii qazın dəyəri təqdim edilmiş bildirişxəbərdarlığa uyğun ödənilmədiyindən nəticədə borcun daha da artmasıdır. Keçən müddət ərzində cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən iddiaçı "Azəriqaz" İB hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən akt əsasında hesablanmış 1036.80 manat məbləğdə itirilmiş qazın bərpası üçün aparılmış hesabat məbləğini tələb etməkdə haqlı deyil. Məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, iddiaçı hansı əsasla 1036.80 manat itirilmiş təbii qaza görə borcun cavabdehdən tələb etməsi müəyyən deyil. Çünki qeyd edilən ev üzrə sayğac Cavabdeh adınadır. Belə olan halda iddiaçı istehlak olunmuş qaz sərfiyyatının dəyərini yalnız Cavabdeh tələb edə bilər. Lakin itirilmiş təbii qaza görə 1036.80 manatın cavabdehdən tələb edilməsi qanunsuzdur. Çünki iddiaçı bununla bağlı iddia ərizəsinə müvafiq sübutlar əlavə etməmişdir. Mülki iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış 720.70 manat borcunu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh ünvan 1-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 720.70 (yeddi yüz iyirmi manat 70 qəpik) manat borc, ödənilmiş 37.58 (otuz yeddi manat 58 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə isə 758,68 (yeddi yüz əlli səkkiz manat 68 qəpik) manat borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 720.70 (yeddi yüz iyirmi manat 70 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə isə 751,1 manat borc tutularaq İddiaçı (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********41********) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən ödənilmiş 37.58 manat dövlət rüsumunun 7,58 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar