Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-974/2023 13.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan cavabdeh X1 itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 984.46 manat, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 1015.36 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı idarəsini Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 1 ünvanda yaşayan cavabdeh X6 məxsus evdə AKX-03116xx/xx-2021 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus fərdi yaşayış evində uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X3 **********00000 saylı qaz hesabında ödənilməmiş 984.96 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun tam hissəsi təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 984.96 manat həcmindəki borc cavabdeh X3 yaşadığı ünvan 1 ünvanında istismarda olmuş əvvəlcədən ödənişli Samrt kart tipli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdə X4 yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan əvvəlcədən ödənişli Samrt kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, evdə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfiyyatı nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8208 m3 (və ya 984.96 manat) həcmində müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X7 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 12 iyul 2021-ci il tarixli müqavilədən məlum olur ki, İddiaçı İB ilə X8 arasında müqavilə bağlanaraq X5 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, X5 məxsus ünvan 1 nömrəli fərdi yaşayış evinin **********00000 saylı qaz hesabına 984.96 manat məbləğində qazdan istifadəyə görə borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 dekabr 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı X5 məxsus ünvan 1 nömrəli fərdi yaşayış evində sayğacdan kənar qoşulma müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı 09 dekabr 2021-ci il tarixli itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, istehlakçısı X5 məxsus ünvan 1 ünvanda yerləşən evdə qaz işlədicilərindən itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8208 m3 . Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz paylayıcısı olan İddiaçı ilə X8 arasında bağlanmış 12 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 12 dekabr 2021-ci il tarixdə X4 yaşadığı fərdi yaşayış evində istismarda olan əvvəlcədən ödənişli Samrt kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Ona görə də, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 dekabr 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8208 m3 (və ya 984.96 manat) həcmində müəyyən edilmişdir. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə hesab edir ki, cavabdeh X8, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsini, təbii qazdan istifadə qaydalarını kobud surətdə pozmasını məhkəmə araşdırması zamanı, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərlə tam sübuta yetirilmişdir. Lakin məhkəmə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində dəymiş ziyanın hesablanması ilə razılaşmır. Belə ki, X4 12 dekabr 2021-ci il tarixdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 984.96 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, X8 2021-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı isə X4 PQ-3 qaz piltəsi üçün 90 gün, İran sobası üçün 90 gün, qənaətli su qızdırıcısı üçün 90 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 8208 m3 - 984.96 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, X4 qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməsi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Yəni hesablanma PQ-3 qaz piltəsi üçün 0.8x24x30=576 m3, İran sobası üçün 1.5x24x30=1080 m3, qənaətli su qızdırıcısı üçün 1.5x24x30=1080 m3 olmaqla, cəmi 2736 m3 qaz sərfiyyatı olmaqla 328.32 manat hesablanmalıdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi hansı səbəbdən itiriliş qazın dəyərinin 8208 m3 hesablanması, həmin qazın dəyəri olan 984.96 manat pulun cavabdeh X2 alınaraq İddiaçınə ödənilməsi, eyni zamanda hansı qaydalara əsasən itirilmiş qazın dəyərinin məhz 90 gün kimi hesablanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə, iddiaçının itirilmiş qazın dəyərinin 90 gün kimi hesablaması ilə bağlı qeyd edir ki, qaz sayğacı küçədə quraşdırılmaqla cavabdeh X4 deyil, İddiaçı cavabdehliyi sərhədindədir. Yəni iddiaçının əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Qeyd edilən pozuntunun da elə aşkar olduğu ay, yəni dekabr ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehdən əsassız olaraq 90 gün üçün itirilmiş təqii qazın dəyərinin tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 itirilmiş təbii qazın dəyəri olan 328.32 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 itirilmiş təbii qazın dəyəri olan 328.32 manat məbləğində pul və 30.40 ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-974/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-974/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver