Məhkəmə qərarları › İş №e-2(075)-976/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-976/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-976/2023 05.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Cəfərabad kəndində yaşayan cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 530.74 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 manat, cəmi 1049.14 əsas borcun, əvvəlcədən ödənilmiş 30.50 manat dövlət rüsumun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 1080.04 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı idarəsini Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki rayonu Cəfərabad kəndində yaşayan cavabdeh X4 məxsus mənzilində AKX-02481xx/xx-2020 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X3 **********00000 saylı qaz hesabında ödənilməmiş 1049.14 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 530.74 manat hissəsi sayğac göstəricisinə və 518.40 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 530.74 manat həcmindəki borc cavabdeh X3 yaşadığı ünvanda hazırda istismarda olan G 4T markalı **********9 nömrəli sayğacın 2296 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyriqanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518.40 manat həcmindəki borc cavabdeh X3 yaşadığı Şəki rayonu Cəfərabad kəndindəki ünvanında istismarda olmuş G- 4 markalı 449065C nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacda müdaxilə faktının aşkar olunması səbəbindən zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli 29/1710-00406-1 saylı rəydə "sayğacın hesablama mexanizminin plastmas qapağının ön şüşəsi sınıqdır'' qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər hazırkı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli müqavilədən məlum olur ki, İddiaçı İB ilə Cavabdeh arasında müqavilə bağlanaraq Cavabdeh məxsus Şəki rayonu Cəfərabad kəndində yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Şəki şəhəri, Sarıtorpaq (Nurəddin) küçəsi, 17 nömrəli fərdi yaşayış evinin **********00000 saylı qaz hesabına 530.74 manat məbləğində qazdan istifadəyə görə borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus Şəki rayonu Cəfərabad kəndində yerləşən evin qaz sayğacının hesablama mexanizminin plastmas qapağının ön şüşəsinın sınıq olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı 31 yanvar 2022-ci il tarixli itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, istehlakçısı Cavabdeh məxsus Şəki rayonu Cəfərabad kəndində yerləşən evdə qaz işlədicilərindən itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 4320 m3 . Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz paylayıcısı olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus Şəki rayonu Cəfərabad kəndində yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Cavbabdeh Cavabdeh təbii qazdan istifadə etmiş, lakin onunla bağlanmış qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin tələblərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 10 mart 2023-cü il tarixə cavabdehin **********00000 saylı abonent koduna 530.74 manat borc hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının ön şüşəsinın sınıq olduğu müəyyən edilmişdir. təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh **********00000 saylı abonent koduna hesablanmış 530.74 manat qazdan istifadəyə görə borc məbləğinin tutulması hissəsi ilə bağlı aşağıdaklıları qeyd edir: İddiaçı Şəki X7 ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2020-ci il tarixli müqavilə ilə qazın alqı-satqısı ilə bağlı müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DUST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək isə istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”- nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıjısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.1.6-cı bəndinə və qaydalara 2 nömrəli əlavənin 2.2.6-cı bəndinə əsasən, istehlakçıya qazın verilməsi məhkəmə qərarı ilə dayandırıla bilər. «Qaz təchizatı haqqında» Azərbayjan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin Qanunun 3.10-cu maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin həmin qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 08 oktyabr 2020-ci il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 nömrəli «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» fərmanın 9cu bəndinə əsasən İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» 29 dekabr 2009-cu il tarixli 207 saylı fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh istifadə etdiyi, lakin ödəmədiyi qazın dəyəri olan 530.74 manat borcu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin sayğaca müdaxilə ilə bağlı Cavabdeh abonent koduna hesablanmış itirilmiş qazın dəyəri olan 518.40 manat pulun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Müəyyən olunmuşdur ki, Cavabdeh yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Belə ki, qaz sayğacının qorunması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bu baş verməmişdir. Beləliklə, qaz sаyğаcı Cavabdeh cаvаbdehliyi sərhəddində qurаşdırılmаdığından, onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda Cavabdeh abonent koduna əsаssız olаrаq 518.40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh istifadə edərək ödənilməmiş qazın dəyəri olan 530.74 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh istifadə edərək ödənilməmiş qazın dəyəri olan 530.74 manat məbləğində pul, 30.50 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, ümumilikdə 561.64 manat (beş yüz altmış bir manat altmış dörd qəpik) alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar