Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-998/2025 02.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Ərizəçi X1 iştirakları ilə Ərizəçi X2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbinin dəlilləri: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 ərizədə tələbini onunla əsaslandırmışdır ki o, xx xxxx 1980-ci ildə Quba şəhərində anadan olmuşdur. Əri Məmmədrəhimzadə Mübariz Ramiz oğlu isə 30 iyun 1973-cü il tarixində Şəki Şəhərində anadan olmuşdur. 30 yanvar 2006-cı ildə Məmmədrəhimzadə Mübariz Ramiz oğlu ilə rəsmi qaydada ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından 15 oktyabr 2006-cı il tarixində Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı anadan olmuşdur. Qızı-Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı doğulmuş, o, doğulduğu vaxtdan G80 K Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu vaxtdan ona zəruri qulluq göstərmişdirlər. Xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşməkdə çətinlik çəkir, hərəkətlərinin mənasını başa düşmür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixində doğulmuş Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı əmək qabiliyyətsiz olmaqla əlillik səbəbi ümumi xəstəlik olmuş, qoyulmuş diaqnoz isə G80.0 Kvadroplegik spastik serebral iflic kimi qeyd edilmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının 27 yanvar 2025-ci il tarixli 5-7-7/2-M-33-099 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi X3 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məluatlandırılmasına baxmayaraq Maraqlı şəxs səlahiyyətli nümanyəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; 22 aprel 2011-ci il tarixli 274334 nömrəli Əlillik vəsiqəsində görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızına sağlamlıq imkanı məhdud əlildir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-sosial müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2006-cı il tarixində doğulmuş Məmmədrəhimzadə Şəbnəm Mübariz qızına, G80 K Kvadroplegik spastik serebral iflic xəstəliyi diaqnozu qoyulmuş, daimi olaraq kənar şəxin qulluğuna ehtiyacı olacağı bildirilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixində təyin olmuş, xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş məlumatda görünür ki, Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı müddətsiz olaraq sağlamlıq imkanlarından məhduddur. Bununla birlikdə birinci dərəcəli əlil, əmək qabiliyyətsizdir. Diaqnozu isə G80.0 Kvadroplegik spastik serebral iflic xəstəliyi təyin olunmuşdur. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hkimiyyəti Baçşısının aparatından Ərizəçi xx.xx.2025-ci il tarixində göndərilmiş məktubda xx.xx.2006-cı il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 906 saylı rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı dərin əqli gerilik, uşaq serbral iflicinin qalıq əlamətləri xəstəliyindən əziyyət çəkir, o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də Məmmədrəhimzadə Şəbnəm Mübariz qızını faaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Beləliklə, Məmmədrəhimzadə Şəbnəm Mübariz qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-c il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi X3 dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü Məmmədrəhimzadə Şəbnəm Mübariz qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-998/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-998/2025
02.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver