Məhkəmə qərarları › İş №e-2(076)-1204/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1204/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1204/2024 18.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə yaranmış xx.xx.2022-ci il tarixli, 302290 saylı müqavilə üzrə 120 manat əsas borc, 163,2 manat cərimə; xx.xx.2022-ci il tarixli, 302291 saylı müqavilə üzrə 120 manat əsas borc, 163,2 manat cərimə borcu, ümumilikdə 566,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 302290 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı 40 sm boz keramik tavaya görə 8 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 10 manat, hər ay 20 manat olmaqla, cəmi 170 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2022-ci il tarixində 20 manat ödəniş etmiş və qalıq qalmış 120 manat borcu qaytarmamışdır. Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixli, 302290 saylı müqaviləyə əsasən borcu 120.00 manat əsas, cərimənin məbləğinə güzəşt tətbiq olunaraq 163,2 manat cərimə, cəmi 136,2 manat; xx.xx.2022-cü il tarixli, 302291 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı qoşa tavaya görə 8 ay ödəniş cədvəli üzrə ilkin ödəniş 10 manat, hər ay 20 manat olmaqla, cəmi 170 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə hər iki müqavilə üzrə xx.xx.2022-ci il tarixində 20 manat ödəniş etmiş və qalıq qalmış 302290 saylı və 302291 saylı müqavilələr üzrə qalıq qalmış borcu qaytarmamışdır. Cavabdeh alqısatqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC-nə xx.xx.2022-ci il tarixli, 302290 saylı müqaviləyə əsasən borcu 120.00 manat əsas, 408.00 manat cərimə, xx.xx.2022-ci il tarixli, 302291 saylı müqaviləyə əsasən borcu 120.00 manat əsas, 408.00 manat cərimə təşkil edir. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərrəcəsi ilə (minimum 0.5 manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı tərəfindən cərimə məbləğinə 60 faiz güzəşt tətbiq olunmuş və tələb olunan cərimənin məbləği ümumilikdə 326.4 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 302290 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya dəyərini 8 ay müddətinə hər ay 20 manat ödəmək şərti ilə «40 sm boz keramik tava« adlı əşyanı satmışdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 302290 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı 170 manat dəyərində “Qoşa tava40 sm boz keramika tava” adlı əşyanı alıcıya (10 manat ilkin ödəniş olmaqla) 8 ay müddətinə hər ay 20 manat ödəmək şərti ilə satmışdır. iş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 302291 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, satıcı 170 manat dəyərində “Qoşa tava” adlı əşyanı alıcıya (10 manat ilkin ödəniş olmaqla) 8 ay müddətinə hər ay 20 manat ödəmək şərti ilə satmışdır. Həmçinin, müqavilələrdə nəzərdə tutulmuşdur ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 302290 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 120 manat, cərimə üzrə 326,4 manat; xx.xx.2022-ci il tarixli 302291 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 120 manat, cərimə üzrə 326,4 manat, cəmi 566,4 manat təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən borclu Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 32 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı MMC -nin xeyrinə cavabdehdən 240 manat ödənilməmiş məbləğ, 32 manat dəbbə pulu olmaqla, cəmi 272 manat pul tutularaq iddiaçıya verilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 302290 saylı müqavilə üzrə 120.00 manat əsas, 16 manat cərimə, cəmi 136 manat; xx.xx.2022-ci il tarixli, 302291 saylı müqavilə üzrə manat əsas, 16 manat cərimə, cəmi 136 manat, ümumilikdə 272 pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 380-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-cü il tarixli, 302290 saylı müqavilə üzrə 120.00 manat əsas, 16 manat cərimə, xx.xx.2022-cü il tarixli, 302291 saylı müqavilə üzrə 120.00 manat əsas, 16 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 272 manat məbləğində pul alınıb İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar