Məhkəmə qərarları › İş №e-2(076)-130/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-130/2025

24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-130/2025 24.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçılar: İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, mirasdan məcburi pay hüququnun tanınması və məcburi payların artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzilə dair xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi və çıxarışın ləğv edilməsi, iddiaçıların mirasda məcburi pay hüququnun tanınması və onlara çata biləcək məcburi payların artırılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2023–cü ildə vəfat etmişdir. Onun vəfatından sonra xx.xx.2023–cü il tarixdə miras əmlak iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 tərəfindən Şəmkir rayonu 1 saylı notariat ofisinin xüsusi notariusunun iştirakı ilə qəbul edilmişdir. Mirasın qəbul edilməsindən sonra iddiaçılara məlum olmuşdur ki, mərhum X5 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 1 yerləşən ümumi sahəsi 224.3 kv.metr olan mənzili sağlığında xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatındadır. İddiaçılar cavabdeh arasında vərəsəliklə bağlı əmlak mübahisəsi mövcuddur. Hesab edirlər ki, bağışlama müqaviləsi bağlandığı üçün onlara çata biləcək məcburi payların miqdarı artırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200–cü maddəsinə uyğun olaraq, miras qoyan tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Sözügedən müahisəli mənzillə bağlı bağışlama müqaviləsindən göründüyü kimi Mülki Məcəllənin 1200–cü maddəsində müəyyən edilmiş iki illlik müdddət ötürülməmişdir. Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzilə dair xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi və çıxarışın ləğv edilməsi, iddiaçıların mirasda məcburi pay hüququnun tanınması və onlara çata biləcək məcburi payların artırılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflərin atalarından mübahisə predmeti olan Bakı şəhərindəki mənzildən başqa, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evi və daha bir neçə daşınmaz əmlak miras qalmışdır. Həmin əmlaklarla bağlı vərəsələr arasında hər hansı mübahisə olmamış və miras əmlaklar vərəsələr arasında mübahisəsiz bölüşdürülmüşdür. Hazırda vərəsələr arasındakı mübahisə yalnız qeyd etdiyi əmlakla, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758– 759–cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzillə bağlıdır. Hesab edir ki, həmin mənzilə dair bağışlama müqaviləsi bağlandığı üçün iddiaçılara çata biləcək məcburi payların miqdarı artırılmalıdır. Bu səbəbdən iddia tələbi əsaslıdır. Əlavə olaraq qeyd edir ki, iddiaçılar cavabdehlər Cavabdeh və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırmış, həmin iddia təmin edilməmiş və qətnamədən apellyasiya şikayəti verilməmişdir. Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzilə dair xx.xx.2023– cü il tarixli bağışlama müqaviləsi və çıxarışın ləğv edilməsi, iddiaçıların mirasda məcburi pay hüququnun tanınması və onlara çata biləcək məcburi payların artırılmasını xahiş edir. Cavabdeh, üçüncü şəxslər DƏDRX–nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına heç bir üzrlü səbəb olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM–in 185.5–ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 589780 saylı, xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15–05301–093046 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758– 759–cu məhəllə, 28 C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzil daşınmaz əmlakın dövlət reyestrində X1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023– cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X5 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224.3 kv.metr olan mənzili hədiyyə alan Cavabdeh bağışlamışdır. İşdə olan X4 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023–cü il tarixli ərizənin surətindən görünür ki, o, X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28C, mənzil 98–in bağışlanmasına etiraz etmir. İşdə olan DİN–nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28 C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 2 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İşdə olan xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********15– 05301–093046 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28 C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, miras qoyan X5 xx.xx.2023–cü ildə ölmüşdür. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 2(076)– 215/2024 saylı qətnaməsindən görünür ki, JN–1147C saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin X2, İddiaçı4 və Cavabdeh məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, e–2(076)– 3466/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı iddiası təmin edilərək, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 2(011)–605/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri 48 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh qarşı “etibarnamənin etibarsız hesab edilməsi və bu etibarnamə əsasında verilmiş ərizə əsasında hüquqi nəticə olaraq bağlanmış 4Ə–700 reyestr nömrəli, xx.xx.2023–cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbləri təmin edilməmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)–605/2024 nömrəli, xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri 48 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilməmiş və qətnamə xx.xx.2024–cü il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Şəmkir rayonu 1 saylı notariat ofisinin 10 fevral 2025–ci il tarixli məktubu ilə göndərilmiş xx.xx.2023–cü il tarixli 8V–464 nömrəli vərəsəlik işindən görünür ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ərizələri əsasında ataları X1 ölümü ilə bağlı açılmışdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, iddiaçıların və cavabdehin atası X5 xx.xx.2023– cü ildə ölmüşdür. Miras qoyan Məmməd Zeynalov Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 758–759–cu məhəllə, 28 C, mənzil 98 (yeni qaydalarla AZ 1007, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 224.3 kv.m olan mənzili xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi ilə cavabdehə bağışlamışdır. Hazırda iddiaçılar hesab edirlər ki, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçmədiyindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Miras kütləsinə daxil olan bütün əmlaklar barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023–cü il tarixdə X5 vəfat etmişdir. Hazırda mərhumun digər övladları olan iddiaçılar bağışlama müqaviləsinin ləğvini tələb edirlər. İddiaçılar mübahisələndirilən müqavilə üzrə tərəf(lər) olmamışlar. Müqavilənin ləğv edilməsi tələbinin maddi hüquqi əsasları kimi Mülki Məcəllənin 421–423–cü maddələri çıxış edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” əsasları adlanan 421–ci maddəsi müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 423.1–ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bu normada “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1–ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2–ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilənin ləğv olunması üzrə hüquqlar hər bir halda müqavilə tərəfinə aiddir. Bu baxımdan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Ona görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub– olmamalarını və cavabdeh tərəfindən həmin hüququn pozulub–pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Məhkəmə, işin hallarını müqavilənin ləğvini tənzimləyən hüquq normalarının dispozisiya şərtləri əsasında təhlil edərək hesab edir ki, iddiaçılar mübahisələndirilən müqavilə üzrə tərəf(lər) olmadıqlarından hazırki iddia üzrə subyektiv hüquqları yoxdur. Ona görə də iddiaçılar Cavabdeh qarşı iddia qaldırmaqda, bağışlama müqaviləsinin, dolayısı ilə həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvini tələb etməkdə haqlı olmamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4–cü maddəsinə əsasən sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1–ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Həmin Məcəllənin 1166–cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1–ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1176.1–ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1193–cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195–ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196–cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1200–cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Həmin Məcəllənin 1201–ci maddəsinə əsasən əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1203.1–ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2–ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir, yəni mülkiyyətçi kimi əmlakını da istədiyi şəxsə bağışlaya bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)– 1192/2022 nömrəli 01 iyun 2022–ci il tarixli qərarındakı mövqeyinə görə– Məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub–pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınır. Halbuki, qanunda bu məzmunda bir norma mövcud deyil. Bu məsələ ilə bağlı Kollegiya vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir–birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193–cü maddəsində göstərilmişdir: Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195–ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193–cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195–ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub–pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı–ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. İddiaçılar istər iddia ərizəsində, istərsə də məhkəmə araşdırması zamanı sözügedən bağışlama ilə onların məcburi payının pozulduğunu iddia etməmişlər. Halbuki qanunvericiliyə – Mülki Məcəllənin 1200–1201–ci maddələrinə əsasən məcburi payın pozulduğu təqdirdə hüququ pozulan vərəsə hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə tamamlanmasını tələb edə bilər, yəni məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Bundan əlavə, iddiaçıların nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tərəflərin atalarından Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evi və mübahisə predmeti olan Bakı şəhərindəki mənzil daxil olmaqla daha bir neçə əmlaklar miras qalmışdır. Digər daşınmaz əmlaklar vərəsələr arasında mübahisəsiz bölüşdürülmüş, həmin əmlaklarla bağlı mübahisə olmamış, yalnız Bakı şəhərində yerləşən mənzillə bağlı mübahisə yaranmışdır. Sözügedən mübahisəsiz bölüşdürülən miras əmlaklar və vərəsələrin mübahisəsiz bölüşdürülən əmlaklardakı payları barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Belə olan təqdirdə, iddiaçılar bağışlama ilə onların məcburi payının pozulduğunu iddia etsəydilər belə, vərəsələrin bütün mirasdan almalı olduqları dəyəri taparaq qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib–etmədiklərinin (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib–etməyəcəklərinin) yoxlanılması mümkün deyildir. Məhz bu yoxlama nəticəsində miras qoyanın verdiyi sərəncamın məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib–etmədiyi məlum olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200–cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021–ci il tarixli qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195–ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193–cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.” Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə (iddiaçılar bağışlama ilə onların məcburi payının pozulduğunu iddia etmədiklərindən və əsaslandırmadıqlarından, o cümlədən onların miras kütləsinin mübahisəsiz bölüşdürülən əmlaklardakı payları barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiklərindən) iddia tələbinin qanuni əsası yoxdur. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki– Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1–ci maddəsinə əsasən sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, mirasdan məcburi pay hüququnun tanınması və məcburi payların artırılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar