Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1447/2025 11.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində saat 21:45 radələrində Şəmkir rayonu, Bakı-Qazax-Gürcüstan yolunun 403-cü kilometrliyində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21214” markalı, **-DB- *** və “VAZ 21065” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə sonuncu avtomobilin sürücüsü X5 vəfat etmiş, sərnişin X3 xəsarət almışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Hökmünə əsasən,Cavabdeh nəqliyyat vasitəsini sərxoş idarə etmiş, bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilərək müvafiq cəza verilmişdir. Sığortalı “VAZ 21074” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölümü ilə bağlı zərərçəkmiş şəxsin ailə üzvünə 5000,00 (beş min) manat, X1 xəsarət alması ilə bağlı isə 750,00 (yeddi yüzəlli) manat olmaqla "xxxx" ASC tərəfindən iş üzrə PXA**********7 və PXA**********saylı sığorta aktları tərtib edilməklə sığorta ödənişizərərçəkənlərin təqdim etdiyi bank hesablarına ödənilmişdir. Həmçinin “VAZ 21214” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilimiş və "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 1500,00 (bir min beş yüz) manat müəyyən edilmiş və zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün PXA********** saylı sığorta aktı tərtib edilməklə sığorta ödənişi ödənilmişdir. Bundan başqa, “VAZ 21065” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilimiş və "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 2000,00 (iki min) manat müəyyən edilmiş və zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün PXA********** saylı sığorta aktı tərtib edilməklə sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə 9250,00 (doqquz min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş 113 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC–yə verilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21074” markalı, 20–DU–271 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-49/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə, vurulmuş zərərin məhz Cavabdeh təqsirli nəticəsində baş verməsi məhkəmə hökmü ilə ilə müəyyən edilərək, təsdiqini tapmışdır. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2019–cu il tarixli, PXA 108100 saylı, PXA 108102 saylı, PXA67870 saylı və PXA 67869 aktlardan görünür ki, "xxxx" ASC tərəfindən, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölümünə görə 5000 (beş min) manat,X1 xəsarət almasına görə 750 manat, avtomobillərə dəymiş ziyana görə 3500 manat, ümumilikdə 9250 manat sığorta ödənişinin ödənilməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğini ödəməyi tələb edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, X4 "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və idarə etdiyi “VAZ 21074” markalı, 20–DU–271 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 ölümünə, avtomobillərə ziyan vurulmasına və X1 xəsarət almasına səbəb olmuşdur. iddiaçı tərəfindən ümumilikdə 9250 manat sığorta ödənişi ödənilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 9250 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Odur ki məhkəmə hesab edir ki, cavabdehdən 9250 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 113 manat, ümumilikdə 9363 manat məbləğində pul vəsaiti alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 113 (bir yüz on üç) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1447/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1447/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver