Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1547/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 ilə İddiaçı MMC–nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 90,99 manat, cərimə borcu üzrə 342,18 manat olmaqla, cəmi 433,17 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022–ci il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən cəmi dəyəri 549,99 manat olan 1 ədəd Samsung Galaxy A22 markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsula görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun ödənilməmiş 90,99 manat əsas borcu qalmışdır. Nəticədə cavabdehə 342,18 manat məbləğində cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, Cavabdeh 90,99 manat əsas borc, 342,18 manat cərimə borcu olmlaqla, cəmi 433,17 manat məbləğində pulun alınıb İddiaçı MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xx.xx.2022–ci il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən cəmi dəyəri 549,99 manat olan 1 ədəd Samsung Galaxy A22 markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 92 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək borcunu ödəməmişdir. Bu səbəbdən cəmiyyət tərəfindən cavabdehə cərimə hesablanmış və məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2022– ci il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 90,99 manat, cərimə borcu üzrə 342,18 manat olmaqla, cəmi 433,17 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC–dən nisyə məhsul almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 6.1.1– ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. İşdə olan hesab–fakturadan görünür ki, dəyəri 549,99 manat olan 1 ədəd Samsung Galaxy A22 markalı mobil telefon Cavabdeh satılmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022– xx.xx.2022–ci il ərzində hər ay 92 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022–ci il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə 90,99 manat əsas borc, 342,18 manat cərimə borcu olmlaqla, cəmi 433,17 manat məbləğində borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022–ci il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən cəmi dəyəri 549,99 manat olan 1 ədəd Samsung Galaxy A22 markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcu hər ay 92 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun ödənilməmiş 90,99 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 342,18 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 90,99 manat əsas borc, 342,18 manat cərimə borcu olmaqla, cəmi 433,17 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022–ci il tarixli ********** nömrəli müqavilə üzrə Cavabdeh 90,99 manat əsas borc, 342,18 manat cərimə borcu olmaqla, cəmi 433,17 (dörd yüz otuz üç manat on yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(076)-1547/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1547/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver