Məhkəmə qərarları › İş №e-2(076)-1596/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1596/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1596/2024 07.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 398.39 manat əsas borc və 867.43 manat cərimə borcu olmaqla ümumilikdə 1265.82 manat borcun və 32.66 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 806,39 manat dəyərində olan 1 (Bir) ədəd SAMSUNG GALAXY A52 2020 128GB BLACK model məhsul almışdır. Cavabdeh borclu olduğu 806,39 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 806,39 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay 68,00 manat olmaqla İddiaçıMMC-yə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 408 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçıMMC-yə xx.xx.2022-ci il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 398,39 manat əsas borcu və 867,43 manat cərimə borcu olmaqla ümumilikdə 1265,82 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 806,39 manat olan əşyanı 1 (Bir) ədəd SAMSUNG GALAXY A52 2020 128GB BLACK model məhsulu Cavabdeh 0 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 68 manat, sonuncu ay 58.39 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materialarından olan Təhvil-təslim aktından görünür ki, Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh cəmi 408 manat ödəniş etmiş, onun hal-hazırda 1265.82 manat (398.39 manat əsas borc, 867.43 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli müqaviləyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 68 manat, sonuncu ay isə 58.39 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 70 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC -nin xeyrinə cavabdehdən 398.39 manat əsas borcun və 70 manat cərimə borcu olmaqla, cəmi 468.39 manat pul tutularaq iddiaçıya verilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 398.39 manat əsas, 70 manat cərimə, cəmi 468.39 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 32.66 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 380-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 398.39 manat əsas borc, 70 manat cərimə borcu olmaqla ümumilikdə 468.39 (dörd yüz altmış səkkiz manat, otuz doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32.66 (otuz iki manat, altmış altı qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar