Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1613/2024 25.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2017.50 (iki min on yeddi manat, əlli qəpik) manat sığorta ödənişinin və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun, cəmi 2058.50 (iki min əlli səkkiz manat, əlli qəpik) manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Tufan M50” markalı nəqliyyat vasitəsi "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “BMW İ” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı Nəsimi RPİ İstintaq şöbəsi tərəfindən araşdırma aparılmış və sonuncu tərəfindən "xxxx" ASC-yə (bundan sonra cəmiyyət”) təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, №51/2-34695 seriya nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışa və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2613 saylı ekspert rəyinə əsasən yuxarıda qeyd edilən hadisənin iştirakçısı olan hər iki sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmuş və onların həmin qanunun tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə nəticəsində "xxxx" markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Cəmiyyət tərəfindən 4235 (dörd min iki yüz otuz) manat məbləğində qiymətləndirilmiş və ********** saylı sığorta şəhadətnaməsi üzrə tərəflər arasında razılaşdırılmış 200 (iki yüz) manat azadolma məbləği çıxılmaqla 4035 (dörd min otuz beş ) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “avtomobillərin tam sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli, №51/2-34695 seriya nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2613 saylı ekspert rəyindən müəyyən olunur ki, hadisənin iştirakçısı olan hər iki sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq olmuş və onların həmin qanunun tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Nəsimi RPİ İstintaq şöbəsinin 10 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan müəyyən olunur ki, fakt üzrə AR CM-in 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR Prokurorluğu Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, ********* saylı məktubundan müəyyən olunur ki, cinayət işi xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, hadisə nəticəsində "xxxx" markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4235 (dörd min iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, dəymiş zərərin aradan qaldırılması üçün tərəflər arasında razılaşdırılmış 200 (iki yüz) manat azadolma məbləği çıxılmaqla 4035 (dörd min otuz beş ) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/0384 saylı “Geriyə tələb (subroqasiya)” məktubu və həmin məktubun ünvana çatdırılmasına xəbərnamədən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4035 (dörd min otuz beş) manat məbləğində sığorta ödənişinin, 2017.5 (iki min on yeddi mana, əlli qəpik) məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4035 (dörd min otuz beş) manat məbləğinin 50% təşkil edən 2017.50 (iki min on yeddi manat, əlli qəpik) manat məbləğində sığorta ödənişini Sizdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bununla yanaşı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. İddiaçı "xxxx" ASC –nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, mülki iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 8/2613 nömrəli ekspert rəyinin surətindən görünür ki, hadisənin iştirakçısı olan hər iki sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq olmuş və onların həmin qanunun tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli BS-S-24/0384 saylı məktubun surətindən görünür ki, cavabdehdən subroqasiya qaydasında 2017.50 manat pulun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ240209005 nömrəli ödəniş tapşırığınan görünür ki, xx.xx.2024-ci il tarixli sığorta aktı CM344 23 saylı müqavilə ********** BMW 77PU536 ödəniş təyinatı əsasında "xxxx" MMC-nin hesabına 4035 (dörd min otuz beş) manat ödəniş edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadət naməsindən görünür ki, 77PU536 dövlət qeydiyyat nömrəli, BMW 528İ markalı minik nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Tufan M50” markalı nəqliyyat vasitəsi ilə "xxxx" markalı, 77PU536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" markalı, 77PU536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4235 manat dəyərində zərər dəymiş və "xxxx" ASC tərəfindən "xxxx" markalı, 77PU536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə sahibi "xxxx" MMC-yə 4035 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 2017.50 (iki min on yeddi manat, əlli qəpik) manat sığorta ödənişi və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu, cəmi 2058.5 ( iki min əlli səkkiz manat, əlli qəpik) manat pul vəsaiti cavabdehdən tutulub iddiaçı "xxxx" ASC -nə verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i̇ : İddia təmin edilsin. Cavabdeh 2017.50 (iki min on yeddi manat, əlli qəpik) manat sığorta ödənişi və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu, cəmi 2058.5 (iki min əlli səkkiz manat, əlli qəpik) manat pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC –nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1613/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1613/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver