Məhkəmə qərarları › İş №e-2(076)-1699/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1699/2024

18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1699/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mərhum atasının adına 13 mart 2024-cü il tarixli 000210 nömrəli akt əsasında hesablanmış 2548,65 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayon Sabirkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evdə işıq sayğacı mərhum atası X4 adınadır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun istifadəsində olan işıq sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Aradan bir neçə ay keçəndən sonra məlum olmuşdur ki, guya elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Bu səbəbdən də ona 2548,65 manat cərimə yazılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. 13 mart 2024-cü il tarixli 000210 saylı akt əsasında onun istifadəsində olan elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu müəyyən olunmuş və onun iştirakı təmin olunmadan akt tərtib olunmuş və həmin akt əsasında ona 2548,65 manat cərimə yazılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. Sayğac küçədə yerləşir və nəzarətçi həmin sayğaca istədiyi vaxt nəzarət edə bilir. Bir neçə ildir ki, sayğacdan problemsiz istifadə edirdi. Hər gün istifadəsində olan sayğaca nəzarət etmişdir. Cavabdeh tərəfindən istifadəsində olan sayğac götürülərkən təhlükəsizlik plombları üzərində olub. Lakin sayğac onun yanında götürülməyib, qablaşdırılmayıb və onun iştirakı ilə sayğaca baxış keçirilməyib. Hesablanmış borcun silinməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, işıq sayğacı onun evinin çöl hissəsində yerləşir və onun daimi nəzarətindən kənardadır. Buna görə də sayğacın hər hansı hissəsinin zədələnməsinə görə o məsuliyyət daşıya bilməz. İddiaçının vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olunmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X7 məhkəmə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və bu səbəbdən də rədd olunmalıdır. İş üzrə topalınmış sənədlərlə təsdiq olunur ki, 13 mart 2024-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət İdarəsinin Satışa şöbəsinin əməkdaşları tərəfindən Şəmkir rayonu ərazisində, rayonun ayrı-ayrı kəndlərində, o cümlədən rayonun Sabirkənd kəndində yaşayan və fəaliyyət göstərən istehlakçıların X1 qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış və sahibləri olduğu obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin gün əməkdaşlar tərəfindən hazırkı iş üzrə iddiaçının yaşadığı ev üçün quraşdırılmış mərhum X5 adına qeydiyyatda olan, tipi PAUD-MP-106, zavod nömrəsi 50134925 olan sayğac uçot dəstinə İddiaçı özünün iştirakı ilə baxış keçirmişlər. Cavabdeh əməkdaşlar tərəfindən iddiaçının yaşadığı ev üçün onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmaqla istifadəsində olan sayğac uçot dəstinə baxış keçirilən zaman "elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş "FAZA "yuvasına sıfır," SİFİR" yuvasına isə faza xətti daxil edilmişdir. Kənar mənbədən verilmiş saygac dövrədən sıfır xətti vasitəsi ilə kənarlaşdırılmışdır. Ölçmə zamanı xətdən axan yük Pkənar = 3,63 kvt (üç tam yüzdə altmış üç) P sayğac = 0 (Sıfır) Qoyulmuş gücü naqilin en kəsiyinə əsasən 2 x 10 mm2 aluminum Pqoyulmuş 11 (on bir) təşkil edir" qüsuru faktı aşkar edimişdir. Aşkar edilmiş enerji pozuntusuna dair Cavabdeh əməkdaşlar tərəfindən abonent mərhum M.M.Əhmədov barəsində "X1 Qaydaları"nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq 13 mart 2024-cü il tariixli, Akt NİM № 000210 saylı akt tərtib edilmişdir. İddiaçı Cavabdeh əməkdaşları ilə birlikdə sayğac uçot dəstinə baxış keçirilən zaman iştirak etməsinə baxmayaraq tərtib edilmiş sözügedən akta imza etməkdən imtina etmişdir. Həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" terefinden abonent barəsində dəyəri 2.548,65 (iki min beş yüz qırx səkkiz manat 65 qəpik) manat təşkil edən 120 gün üçün 19605 kVts miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Cavabdeh əməkdaşları tərtib etdiyi aktın nəticə hissəsində "Sayğac sxemi "EEİQ"- na uyğun bərpa edisin" tələbi qoyulmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularının mobil telefon vasitəsi ilə videoçəkilişi aparılmışdır. Video çəkilişdən enerji pozuntuları açıq-aydın görünür. İş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, enerjitəchizatı müəssisəsi olaraq "xxxx" ASC mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq digər bütün istehlakçılar kimi mərhum abonent M.M.Əhmədovun da yaşamış olduğu evi üçün elektrik hesablaşma sayğacı quraşdırılmış və sayğac mərhumun adına rəsmiləşdirilmişdir. İş üzrə toplanılmış sənədlərə əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixli, 783289 "EEİQ"-nın pozulmasına dair tərtib nömrəli protokolun surətindən görünür ki, olunmuş AKT NİM № 000210 nömrəli akta əsasən sayğaca baxış keçirilən zaman sayğacda heç bir əməliyyat aparılmadı, şəbəkə tərəfdən dayaqdan faza ilə "0"-in yeri dəyişdirildi" qeydiyyatı vardır. Toplanılmış sənədlərə əlavə edilmiş ikinci CD diskə baxış keçirilən zaman müəyyən olunur ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularına dair "EEİQ"-nın tələbinə uyğun olaraq tərtib olunmuş 13 mart 2024-cü il tarixli, AKT NİM № 000210 nömrəli akta Əsasən aşkar olunmuş qüsur şəbəkədən elektrik dayağından aradan qaldırılmışdır. "EEİQ"nın 4.2-ci bəndinin tələbinə görə istehlakçılar, elektrik enerjisinin alqi-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakçının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməsi, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərüfatsızlığa yol verməməlidirlər. Belə ki, əməkdaşlar tərəfindən iddiaçının yaşadığı və mərhum atasının adına rəsmiləşdirilmiş sayğac uçot dəstinə baxış keçirilən zaman iddiaçının iştirakı təmin olunmuşdur. Bu, aşkar olunmuş enerji pozuntularına dair "EEİQ"-nın tələbinə uyğun olaraq tərtib olunmuş sözügedən aktda və baxış zamanı aparılmış video çəkilişdə öz əksini tapır. Deməli, hazırkı iş üzrə iddiaçının sayğac uçot dəstinə baxış keçirilməsindən onun xəbəri və məlumatı olmuşdur. Göründüyü kimi, norma enerjitechizatı müəssisəsinə əlavə sərfiyyat aparılmasına o halda hüquq verir ki, göstərilən hallardan ən əsası biri mövcud olsun. Qeyd olunan hazırki işdə də iddiaçı tərəfindən elektrik enerji sərfiyyatını qəsdən azaltmaq məqsədi ilə (yəni təhrif etmək) sayğacın giriş "FAZA" yuvasına sıfır, "SİFİR" yuvasına isə faza xətti daxil edilmiş, kənar mənbədən verilmiş sıfır xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. Sayğac dövrədən kənarlaşdırıldığı üçün sayğac ötürülən elektrik enerjisini qeyd etmir. Belə ki, əməkdaşları tərəfindən iddiaçının yaşadığı və mərhum atasının adına rəsmiləşdirilmiş sayğac uçot dəstinə baxış keçirilən zaman iddiaçının iştirakı təmin olunmuşdur. Bu, aşkar olunmuş enerji pozuntularına dair "EEİQ"-nın tələbinə uyğun olaraq tərtib olunmuş sözügedən aktda və baxış zamanı aparılmış video çəkilişdə öz əksini tapır. Deməli, hazırkı iş üzrə iddiaçının sayğac uçot dəstinə baxış keçirilməsindən onun xəbəri və məlumatı olmuşdur. Toplanılmış sənədlərə əlavə olunmuş İstehlakçının aylıq enerji sərfiyyatının haqqında dövriyǝ miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə cədvəlindən görünür ki, abonent haqqında aşkar edilmiş enerji pozuntularına dair əməkdaşlar tərəfindən tərtib olunmuş 13 mart 2024-cü il tarixli akt və itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğ 27 mart 2024-cü il tarixdə abonentin İstehlakçı koduna işlənmişdir. Enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən hər ay enerji sərfiyyatına dair bütün abonentlərə, o cümlədən hazırkı iş üzrə iddiaçıya da bildiriş təqdim olunmuşdur, Bildirişdə aylıq sərf olunan enerjinin miqdarı, dəyəri və ödənişi həmçinin borcu barədə məlumatlar qeyd olunur. Ona görə də iddiaçının bu barədə göstərdikləri ağlabatan deyildir və əsassız olduğundan rədd olunmalıdır. Beləliklə, iş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2024-cü il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində abonentlərin "EEİQ"-nın tələbinə riayət edib-etməmələrini araşdırmaq üçün sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün əməkdaşlar tərəfindən digər abonentlər kimi mərum abonent M.M.Əhmədovun adına qeydə alınmış, hazırda mərhumun oğlu, hazırkı iş üzrə İddiaçı istifadəsində olan sayğac uçot dəstlərinə baxış keçirilən zaman enerji pozuntuları aşkar edilmiş, bununla bağlı "EEİQ"-nın tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarix, AKT NİM № 000210 saylı akt tərtib edilmiş, tərtib edilmiş akta əsasən «Aktlar üzrə Komissiya" tərəfindən abonentə 120 gün üçün dəyəri 2548,65 manat təşkil edən 19605 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Sayğac uçot dəstinə baxış keçirilən zaman iddiaçının iştirakı təmin edilmiş və video çəkiliş aparılmışdır. Həmçinin aşkar edilmiş qüsur əməkdaşlar tərəfindən aradan qaldırılmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və bu səbəbdən də rədd olunmalıdır. Ona görə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Cavabdeh tərəfindən mənim mərhum atamın adına 13 mart 2024-cü il tarixli,000210 nömrəli akt əsasında hesablanmış 2548,65 (iki min beş yüz qırx səkkiz manat 65 qəpik) manat məbləğində borcun silinməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, o Cavabdeh-ın əməkdaşıdır. Belə ki, 2024-cü il mart ayında iddiaçının evinə baxış keçirmişlər. Həmin evdə aşkar edilmişdir ki, abonent kənar xətdən istifadə edir. Həmin fakt əsasən akt tərtib edilmiş və video çəkiliş olmuşdur. Sonda da İddiaçı dəvət olunmuşdur ki, akta imza etsin, o isə, etiraz etmiş və imza çəkməkdən imtina etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidi dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli 00210 nömrəli AKT-dan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini X4 adına quraşdırılmış sayğaca baxış keçirilmiş, elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhv olması, sayğacın giriş "FAZA” yuvasına sıfır ”SİFİR" yuvasına isə faza xətti daxil edilməsi, kənar mənbədən verilmiş sayğac dövrədən sıfır xətti vasitəsi ilə kənarlaşdırılması aşkar edilmişdir. Ölçmə zamanı xətdən axan yük Pkənar = 3,63 kvt Psayğac = 0 Qoyulmuş gücü naqilin en kəsiyinə əsasən 2x 10 mm2 aluminum Pqoy 11 təşkil edilməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, NİM AKT 000210 nömrəli akt əsasında X4 adına olan sayğaca baxış keçirilmiş, elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhv olması, sayğacın giriş "FAZA "yuvasına sıfır," SİFİR" yuvasına isə faza xətti daxil edilməsi, kənar mənbədən verilmiş sayğac dövrədən sıfır xətti vasitəsi ilə kənarlaşdırılması aşkar edilmişdir. Ona görə ona 19605 kvts (24 saat, 120 gün müddətində) sətfiyyat hesablanmışdır və 2548,65 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 783289 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, olunmuş AKT NİM № 000210 nömrəli akta əsasən sayğaca baxış keçirilən zaman sayğacda heç bir əməliyyat aparılmadı, şəbəkə tərəfdən dayaqdan faza ilə "0"-in yeri dəyişdirildi" qeyd edilmişdir. İşdə olan X8 adına olan abunə haqqında saldodan görünür ki, NİM000210 nömrəli akta əsasən xx.xx.2024-cü il tarixində 2548,65 manat cərimə hesablanmışdır. İş materiallarında olan ölüm AZ-İİ 123227 nömrəli xx.xx.2020-ci ölüm haqqında şəhadətnamən görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Sabirkənd kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində X4 (iddiaçının atası) adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2024–cü ilin mart ayında yoxlama zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli, 00210 saylı aktdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini X4 adına qeyd edilmiş sayğac 00210 nömrəli akta əsasən yoxlanmış, həmin akt əsasında abonentə 2548,65 manat borc hesablanmışdır. Məişət abonentinin saldosuna nəzər yetirilən zaman iddiaçı tərəfindən hər ay sərf edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Mövsüm oğlunun hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olubolmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində olan fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün "xxxx" ASC ilə X8 (iddiaçının atası) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından X1yə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə X1yə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Tərəflər sayğaca müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən sayğac üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən sayğaca müdaxilə faktı ilə əsaslandırır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 6.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi iddiaçının atasının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları baxış keçirmiş, aktla müəyyən edilmişdir ki, Şəmkir rayonu, Sabirkənd kənd sakini X4 adına quraşdırılmış sayğaca baxış keçirilmiş, elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhv olması, sayğacın giriş "FAZA” yuvasına sıfır ”SİFİR" yuvasına isə faza xətti daxil edilməsi, kənar mənbədən verilmiş sayğac dövrədən sıfır xətti vasitəsi ilə kənarlaşdırılmışdır. Qeyd edilən halın, yəni elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhv olması, sayğacın giriş "FAZA” yuvasına sıfır ”SİFİR" yuvasına isə faza xətti daxil edilməsi məhz cavabdeh tərəfindən edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 6.4-cü bəndində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilməsi qeyd edilsə də, Abonent və ya istehlakçı barədə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Eləcə də, cavabdeh tərəf iddiaçının və abonentin sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı və abonent tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının və ya abonentin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə işin halları araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan, eyni zamanda iddiaçı barədə inzibati tənbeh tətbiq edilmədən borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı 2548,65 manat borcun silinməsini tələb etsə də, borc akta əsasən 2548,65 manat hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 2548,65 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360– cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən X1 qaydalarının pozulmasına görə abonent X6 hesablanmış 2548,65 (iki min beş yüz qırx səkkiz manat altmış beş qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar