Məhkəmə qərarları › İş №e-2(076)-1914/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1914/2025

31.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1914/2025 31.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras mülkün qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras mülkün qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddia qaldıraraq, Şəmkir rayon 2 saylı Notariat Kontorunun 02 may 2002-ci il tarixli, 4Ə-84 nömrəli bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında mərhum babasına aid ünvan 1 ünvanla Çinarlı qəsəbəsi Nizami ünvan 2ilməsi və babasına məxsus mülkün, yəni evin qanun üzrə vərəsələr arasında bərabər paylarla bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Çinarlı qəsəbəsi Nizami Gəncəvi küçəsi giriş 19-da yerləşən mülk mərhum babası X8 adına olmuşdur. 2002-ci ildə babası xəstə olduğu, halı özündə olmadığı hada cavabdeh olan qardaşı Cavabdeh babasını notariusa aparıb, guya pensiya ilə bağlı hansısa sənədə qol çəkdirmək adı ilə mülkə dair bağışlama müqaviləsi bağlamışdır. Bu müqavilə bağlanarkən müqavilədə mülkün Cavabdeh satılması göstərilsə də, müqavilənin baş hissəsində əl ilə bəxşeyiş müqaviləsi yazılmışdır. Bu qeyd edilənlərdən başqa müqavilə bağlanan zaman mülkdə qeydiyyatda olan şəxslərin heç birinin razılıq ərizəsi alınmamışdır. Bu onu sübut edir ki, müqavilə bağlanarkən notariat haqqında təlimatın tələbləri kobud şəkildə pozulmuşdur. O bu müqavilədən, yəni müqavilənin mövcudluğundan bu günlərdə məlumat əldə etmişdir. Türkiyə Respublikasında yaşadığı üçün bundan vaxtında məlumat əldə edə bilməmişdir. Müqavilə bağlayan notariusun evdə qeydiyyatda olanlar barədə qəsəbə İƏD nümayəndəsinin arayışında da onların mübahisəli babasına məxsus mülkdə qeydiyyatda olduqları məlum olsa da, notarius evdə olan şəxslərin evə dair özgəninkiləşdirilməsi əməliyyatı apararkən onların razılığı alınmamışdır. Ona görə də məhkəmə qaydası ilə məlum müqavilə bağlanılarkən notariat haqqında təlimatın tələbləri pozulduğu üçün 02 may 2002-ci il tarixdə Şəmkir rayon Notariat Kontorunda bağlanmış müqavilə etibarsız hesab edilməli və cavabdehin adına mülkə dair verilmiş çıxarış ləğv edilməli və babasının adına olan miras mülk qanun üzrə vərəsələr arasında bərabər paylara bölünlməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli ev mərhum X8 adına olsa da, həmin ev 1971-ci ildə mərhum arvadı Şura Qurbanova ilə birlikdə tikilmiş və Şura Qurbanovanın da həmin evdə payı olmuşdur. Lakin, notarius tərəfindən bağışlama müqaviləsi təsdiqlənərkən həmin evin 1/2 hissəsinin Şura Qurbanovadan miras qalması və həmin əmlaka dair qanun üzrə vərəsələr nəzərə alınmamışdır. Halbuki, Şura Qurbanovadan qalmış miras əmlakı onun bütün vərəsələri qəbul etmişlər. Bundan başqa 02 may 2002-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən mübahisəli fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılığı nəzərə alınmamış, bununla da Notariat haqqında Təlimatın tələbləri pozulmuşdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, 02 may 2002-ci il tarixli bağışlama müqaviləsində əmlakın geri qaytarılması barədə heç bir şərt qeyd olunmamışdır. 02 may 2002-ci ildə mübahisəli əmlak X16 tərəfindən Cavabdeh bağışlanarkən İddiaçı 19 yaşı olmuş və həmin müqavilədən tam məlumatlı olmuşdur. Hesab edir ki, həmin bağışlama müqaviləsini 23 il sonra mübahisələndirməyin heç bir əsası yoxdur. Həmçinin, iddia tələbində müqavilənin məzmununda evin satılmasının qeyd olunduğu, bununla müqavilənin düzgün tərtib edilmədiyi əsaslandırılmış olsa da, müqavilənin məzmunundan görünür ki, mübahisəli ev babası tərəfindən Cavabdeh bağışlanmışdır. Bağışlama müqaviləsi bağlanarkən evi bağışlayan Kamil Qurbanov tam sağlam olmuş və ona məxsus əmlakı nəvəsinə bağışlamışdır. Həmçinin, iddiaçı Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinin pozularaq, bağışlama müqaviləsi bağlanarkən mübahisəli evdə qeydiyytada olan şəxslərin razılığının alınmaması iddia etsə də, Mülki Məcəllədə bununla bağlı hər hansı xüsusi norma qeyd edilməmişdir. Belə olan halda isə Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatla Mülki Məcəllənin normaları arasında ziddiyyət yarandığından Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 verdiyi izahatında bildirdi ki, İddiaçı və Cavabdeh onun qardaşı Rasimin övladlarıdır. Mərhum atası X1 ona evini nəvəsi Vahidə hədiyyə etmək istədiyini bildirmişdir. O da atasına evin ona məxsus olduğunu kimə istəyərsə verməsini bildirmişdir. Bundan sonra isə atası notariusda evini nəvəsi Vahidə bağışlamışdır. X25 30 il xəstə olmuş və 1993-cü ildə vəfat etmişdir. Atası mübahisəli evi bağışlayarkən İddiaçı da mübahisəli evdə yaşamışdır. İddiaçı 2017-ci ildən sonra çıxıb getmiş və onunla əlaqələri yoxdur. Cavabdeh hazırda da mübahisəli evdə yaşamışdır. Mübahisəli ev mərhum atası Kamil Qurbanovun adına olmuşdur. Mərhum atasının evi Vahidə bağışlamasından hamının məlumatı olmuşdur. Məhkəmədən qanun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş JN-505F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi X8, X9, X4, Cavabdeh və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş may 1982-ci il tarixli, 35 nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, Lenin qəsəbəsi ünvan 3 ünvanında yerləşən ev X8 adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 02 may 2002-ci il tarixli 4Ə-1-84 reyestr nömrəsi ilə qeydə alınmış evin bağışlama müqaviləsinə dair notariat işində olan notarial qaydada təsdiq edilmiş bağışlama (bəxşeyş) müqaviləsinin surətindən görünür ki, X3 rayon TİB-nun K-6-55 nömrəli inventar işi 1113 nömrəli Qeydiyyat vəsiqəsinə və xx.xx.2002-ci il tarixli 131 nömrəli arayışına əsasən ona məxsus olan ünvan 4 ünvanda yerləşən, 1971-ci ildə tikilmiş, 7 otaqlı, köməkçi sahəsi 23.20 kv.m, yaşayış sahəsib 219.96 kv.m, ümumi sahəsi 243.16 kv.m tikili, B-hamam-15 kv.-dən ibarət yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır. Notariat işinə əlavə edilmiş K-6-55 reyestr nömrəli 1113 İnventar nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 ünvanda yerləşən 243.16 kv.m-dən ibarət yaşayış evi mülkiyyət hüququ əsasında X8 adına qeyd edilmişdir. Notariat işinə əlavə edilmiş 10 yanvar 1950-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X23 10 yanvar 1950-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Qurbanova soyadı verilmişdir. Notariat işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 06 noyabr 1957-ci ildə doğulmuşdur, atası X16, anası isə X18r. Notariat işinə əlavə edilmiş 23 yanvar 1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1981-ci ildə doğulmuşdur, atası X17, anası isə X5. Notariat işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1983-cü ildə doğulmuşdur, atası X17, anası isə X5. Notariat işinə əlavə edilmiş 01 may 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 05 mart 1993-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətmənin surətindən görünür ki, X16 28 avqust 2013-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.1236 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 0.026 ha hissəsi X7, 0.026 ha hissəsi X9, 0.026 ha hissəsi X4, 0.026 ha hissəsi X8 və 0.0196 ha hissəsi, tam olaraq Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.1236 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 0.026 ha hissəsi X7, 0.026 ha hissəsi X9, 0.026 ha hissəsi X4, 0.026 ha hissəsi X8 və 0.0196 ha hissəsi və ev tam olaraq (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinə dair Texniki Pasportun surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq edimiş sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı ilə JN-505F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi X8, X9, X4, Cavabdeh və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. ünvan 5 ünvanda yerləşən 243.16 kv.m-dən ibarət yaşayış evi K-6-55 reyestr nömrəli 1113 İnventar nömrəli Qeydiyyat vəsiqəsi əsasında X8 adına qeyd edilmişdir. X16 02 may 2002-ci il tarixli 4Ə-1-84 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında ona məxsus olan ünvan 4 ünvanda yerləşən, 1971-ci ildə tikilmiş, 7 oatqdan ibarət yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır. Həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 6 ünvanında yerləşən 0.1236 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 0.026 ha hissəsi X7, 0.026 ha hissəsi X9, 0.026 ha hissəsi X4, 0.026 ha hissəsi X8 və 0.0196 ha hissəsi və ev tam olaraq (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) Cavabdeh mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı Çağlaş X15 rayon 2 saylı Notariat Kontorunun 02 may 2002-ci il tarixli, 4Ə-84 nömrəli bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında mərhum babasına aid ünvan 1 ünvanla Çinarlı qəsəbəsi Nizami ünvan 2ilməsi və babasına məxsus mülkün, yəni evin qanun üzrə vərəsələr arasında bərabər paylarla bölgüsünün aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır; 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblər baxımından yanaşıldıqda mübahisələndirilən bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. İddiaçı bağışlama müqaviləsini mübahisələndirərək, Cavabdeh mərhum babası X12 başqa sənədə imza etdirmək adı ilə Notariusda mülkə dair bağışlama müqaviləsi bağladığını və onun Türkiyə Respublikasında yaşadığından müqavilədən məlumatı olmadığını bildirsə də bu iddianı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrdən çıxış etmişdir. Əksinə məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən mərhum Kamil Qurbanovun ona məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh bağışlamasına dair bağışlama müqaviləsinin Notariat Kontorunda notarial qaydada rəsmiləşdirilməsi, həmçinin bağışlama müqaviləsi rəsmiləşdirildikdən sonra Kamil Qurbanovun 2013-cü ildə vəfat etdiyi vaxta kimi nəinki həmin bağışlama müqaviləsini mübahisələndirməməsi, hətta cavabdeh Vüqar Qurbanovun babasının sağlığında və onun vəfatından sonra hazırki vaxta kimi heç bir mübahisə olmadan həmin əmlakda yaşayaraq, əmlakı idarə və sahiblik etməsi mərhum Kamil Qurbanovun ona məxsus fərdi yaşayış evini öz arzusu və istəyi ilə Cavabdeh bağışlamasına dair iradə ifadəsinin olması öz təsdiqini tapmışdır. İddiaçı, həmçinin, iddia tələbində 02 may 2002-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinin pozularaq qeydiyyatda olan şəxslərin razılığının alınmadığını və müqavilədə mülkün Cavabdeh satılması göstərilsə də, müqavilənin baş hissəsində əl ilə bəxşeyiş müqaviləsi yazılmasına istinad edərək, bağışlama müqaviləsini qeyd olunan əsaslara görə də mübahisələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 02 may 2002-ci il tarixli bağışlama müqaviləsinin mətnində mübahisəli əmlakın satılması ilə bağlı qeydlər olsa da, müqavilənin məzmunundan görünür ki, həmin müqavilə bağlanarkən Kamil Qurbanov ona məxsus əmlakı nəvəsi Cavabdeh bağışlamaq niyyətində olmuş və bununla bağlı iradə ifadəsini bildirmiş və müqavilə notarius tərəfindən təsdiqlənmişdir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə əqdin notarial qaydada təsdiqlənməsi şərtinin qanunvericilikdə imperativ norma kimi müəyyən edilməsinin səbəbi adətən dəyəri yüksək olan daşınmaz əmlaka hüquqlara sərəncam verilməsi zamanı tərəfləri sui-istifadə hallarından qorumaqdır. Yəni, dövlət hüquqi cəhətdən savadlı, ixtisaslaşmış şəxs – notarius vasitəsilə daşınmaz əmlak barəsində bağlanılan əqdlərin qanunvericiliyin tələblərinə və onların həqiqi iradə ifadələrinə uyğun olmasına nəzarət edir. Həmçinin, Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müqavilənin şərtləri təfsir edilərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alındığından məhkəmə qeyd edir ki. mərhum X8 həmin müqaviləni bağlayarkən onun həqiqi iradə ifadəsinin ona məxsus fərdi yaşayış evini nəvəsi Cavabdeh bağışlamaq olması məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan bağışlama müqaviləsində qeyd edilmiş xırda səhvlər həmin müqaviləni-əqdi mübahisə etməyə hüquq vermir və bu baxımdan iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır. Həmçinin iddiaçının nümayəndəsi izahatında bağışlanılan əmlakın mərhum X8 arvadı ilə ümumi birgə mülkiyyətdə olmasını bildirmiş,lakin bu halı təsdiq edən sübutlar təqdim edilməmiş və iş materiallarından görünür ki, ünvan 1 ünvanla Çinarlı qəsəbəsi Nizami Gəncəvi küçəsi, giriş-19da yerləşən ev bütövlüklə mərhum X13 məxsus olmuşdur. Məhkəmə, həmçinin iddianın bu müqavilə əsasında mərhum babasına aid ünvan 1 ünvanla Çinarlı qəsəbəsi Nizami ünvan 2ilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsassızdır. Məhkəmə hesab edir ki, mübahisəli ünvan 1 ünvanla Çinarlı qəsəbəsi Nizami ünvan 9quq münasibəti olub, həmin fərdi yaşayış evinin X16 tərəfindən Cavabdeh bağışlanmasına dair 02 may 2002-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağışlama (bəxşeyiş) müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli fərdi yaşayış evinə dair verilmiş Çıxarış da ləğv edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə, həmçinin iddianın mərhum X13 məxsus mülkün, yəni evin qanun üzrə vərəsələr arasında bərabər paylarla bölgüsünün aparılmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən 02 may 2002-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Beləliklə, yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi göstərilmiş hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras mülkün qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar