Məhkəmə qərarları › İş №e-2(076)-1977/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1977/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1977/2024 04.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 499,9 manat, cərimə borcu üzrə 149,9 manat olmaqla, cəmi 649,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.519,9 manat, cərimə borcu üzrə 455,9 manat olmaqla, cəmi 1.975,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı– satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.919,9 manat, cərimə borcu üzrə 575,9 manat olmaqla, cəmi 2.495,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.089,9 manat, cərimə borcu üzrə 626,9 manat olmaqla, cəmi 2.716,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.289,9 manat, cərimə borcu üzrə 686,9 manat olmaqla, cəmi 2.976,8 manat məbləğində pulun və 122,44 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.199,99 manat olan 1 ədəd “AUX” markalı kondisioneri nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.519,97 manat olan 1 ədəd “LG” markalı paltaryuyan maşını və 2 ədəd aksesuarı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.919,98 manat olan 1 ədəd “Samsung” markalı soyuducunu və 1 ədəd aksesuarı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 107 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.089,98 manat olan 1 ədəd “LG” markalı soyuducunu və 1 ədəd aksesuarı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 117 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.289,98 manat olan 1 ədəd “LG” markalı televizoru və 1 ədəd “Orient” markalı saatı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 128 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsullara görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun beş müqavilə üzrə cəmi 8.319,5 əsas borcu qalmışdır. Eləcə də, nisyə alqı–satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu hesablanmış və cavabdehin hər beş müqavilə üzrə cərimə borcu yaranmışdır. Bununla belə həmin cərimənin 90 faizi güzəşt edilmiş və cavabdeh tərəfindən cərimənin yalnız 10 faizi, yəni 2.495,5 manat ödənilməsi tələb edilir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, Cavabdeh 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 499,9 manat, cərimə borcu üzrə 149,9 manat olmaqla, cəmi 649,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.519,9 manat, cərimə borcu üzrə 455,9 manat olmaqla, cəmi 1.975,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.919,9 manat, cərimə borcu üzrə 575,9 manat olmaqla, cəmi 2.495,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.089,9 manat, cərimə borcu üzrə 626,9 manat olmaqla, cəmi 2.716,8 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.289,9 manat, cərimə borcu üzrə 686,9 manat olmaqla, cəmi 2.976,8 manat məbləğində pulun və 122,44 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı MMC–nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı– satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC–dən dəyəri 1.199,99 manat olan 1 ədəd “AUX” markalı kondisioneri nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2022–xx.xx.2023– cü il ərzində hər ay 100 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC– dən dəyəri 1.519,97 manat olan 1 ədəd “LG” markalı paltaryuyan maşını və 2 ədəd aksesuarı nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2022– xx.xx.2024–cü il ərzində hər ay 85 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC– dən dəyəri 1.919,98 manat olan 1 ədəd “Samsung” markalı soyuducunu və 1 ədəd aksesuarı nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2022– xx.xx.2024–cü il ərzində hər ay 107 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC– dən dəyəri 2.089,98 manat olan 1 ədəd “LG” markalı soyuducunu və 1 ədəd aksesuarı nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2022– xx.xx.2024–cü il ərzində hər ay 117 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC– dən dəyəri 2.289,98 manat olan 1 ədəd “LG” markalı televizoru və 1 ədəd “Orient” markalı saatı nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2022– xx.xx.2024–cü il ərzində hər ay 128 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023–cü il tarixədək beş müqavilə üzrə 8.319,5 manat əsas, 24.955 manat cərimə borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.199,99 manat olan 1 ədəd “AUX” markalı kondisioneri nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.519,97 manat olan 1 ədəd “LG” markalı paltaryuyan maşını və 2 ədəd aksesuarı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Cavabdeh 27 noyabr 2022– ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.919,98 manat olan 1 ədəd “Samsung” markalı soyuducunu və 1 ədəd aksesuarı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 107 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.089,98 manat olan 1 ədəd “LG” markalı soyuducunu və 1 ədəd aksesuarı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 117 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2.289,98 manat olan 1 ədəd “LG” markalı televizoru və 1 ədəd “Orient” markalı saatı nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 128 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsullara görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun beş müqavilə üzrə cəmi 8.319,5 əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona hər beş müqavilə üzrə cəmi 2.495,5 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427– ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə– hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə əsas borc tam şəkildə cavabdehdən alınıb iddiaçı cəmiyyətə verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 100 manat, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 100 manat, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 100 manat, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 100 manat və 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 100 manat müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 499,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 599,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.519,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1.619,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.919,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2.019,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.089,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2.189,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.289,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2.389,9 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 122,44 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 may 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 499,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 599,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.519,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1.619,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.919,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2.019,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.089,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2.189,9 manat məbləğində pulun, 27 noyabr 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı– satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.289,9 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 2.389,9 manat olmaqla, ümumilikdə beş müqavilə üzrə 8.819,5 (səkkiz min səkkiz yüz on doqquz manat əlli qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 122,44 (bir yüz iyirmi iki manat qırx dörd qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar