Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1991/2025 17.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı yaşayış evinin pəncərələrinin qarşısında aparılmış maneənin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı yaşayış evinin pəncərələrinin qarşısında aparılmış maneənin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, mülkiyyət hüququ ilə özünə məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərəyə vurulmuş alçipanın və fanerkanın cavabdehlərin hesabına sökülməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun və 1.000 manat vəkil xidmət haqqının alınıb ona verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onun tam mülkiyyətindədir. Həmin evə və torpaq sahəsinə dair mülkiyyət hüququ DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020–ci il tarixli Çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Lakin ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus həmin evin ikinci mərtəbəsində yerləşən, evin küçəyə baxan 4 ədəd pəncərəsinə çöl tərəfdən alçipan və fanerka vuraraq, pəncərələri tamamilə bağlamışlar. Nəticədə evə günəş şüaları düşməsinin və evin havalanmasının qarşısı alınmışdır. Bununla bağlı cavabdehlərə müraciət edərək alçipan və fanerkanı sökmələrini tələb etsə də, onlar bundan imtina etmişlər. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəməyə müraciət etmək üçün dövlət rüsumu və vəkil xidməti haqqı ödəmiş, bununla da əlavə ziyana düşmüşdür. Odur ki, mülkiyyət hüququ ilə özünə məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərəyə vurulmuş alçipanın və fanerkanın cavabdehlərin hesabına sökülməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun və 1.000 manat vəkil xidmət haqqının alınıb ona verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2020– ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09–10301 reyestr nömrəli Çıxarış əsasında ünvan 1 ünvanında 0.1564 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər həmin evin ikinci mərtəbəsində yerləşən, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərəyə alçipan və fanerka vurmaqla, pəncərələri tamamilə bağlamışlar. Nəticədə evə günəş şüaları düşməsinin və evin havalanmasının qarşısı alınmışdır. Təmsil etdiyi şəxs dəfələrlə cavabdehlərə müraciət edərək pəncərələrin qarşısını açmağı təklif etsə də, cavabdehlər onunla razılaşmamışlar. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərəyə vurulmuş alçipanın və fanerkanın cavabdehlərin hesabına sökülməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun və 1.000 manat vəkil xidmət haqqının alınıb iddiaçıya verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iştirak etdiyi məhkəmənin hazırlıq iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və göstərmişdir ki, o, 8 ildir ki, mübahisəli evdə yaşayır. Həmin evə dair iddiaçı qanunsuz olaraq çıxarış əldə etmişdir. Çünki evdən onun əri Cavabdeh2 də payı vardır. Buna baxmayaraq, iddiaçı evi tam şəkildə öz mülkiyyətinə keçirmişdir. Həmçinin, qeyd edir ki, mübahisəli evin 4 ədəd pəncərəsi onun həyətinə baxır və iddiaçı tərəf pəncərədən onun həyətinə iynə, şüşə qırığı atmışlar. Onun isə azyaşlı uşaqları vardır və bu hal onlar üçün təhlükəli ola bilərdi. Bu səbəbdən həmin pəncərələri bağlamışlar. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09– 10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.1564 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mükiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020–ci il tarixli, 504–26–641 inventar nömrəli Texniki Pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2025–ci il tarixli 3–16–16/2– 10/4630/2025 nömrəli rəyindən görünür ki, xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09–10301 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində olan, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərə boşluğunun alçipan materialdan istifadə edilməklə bağlanmasının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000–ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2 bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış zamanı tərtib edilmiş xx.xx.2025–ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus evin ikinci mərtəbəsində yerləşən otaqlara məxsus 4 (dörd) ədəd pəncərə cavabdehlər tərəfindən alçipan və fanerka vasitəsilə bağlanmışdır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09–10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında 0.1564 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mükiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin həmin evin ikinci mərtəbəsində olan, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərə cavabdehlər tərəfindən alçipan və fanerka vasitəsilə bağlanmışdır. İddiaçı dəfələrlə həmin pəncərələrin qarşısını könüllü olaraq açmağı təklif etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Həmçinin, ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli pəncərələrin bağlanması “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000–ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2 bəndlərinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehlərin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdehlər iddiaçının mülkiyyətində olan əmlakı zəbt etməsə də, iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaratmışdır. Belə olan halda cavabdehlərin heç bir mənafe üstünlüyü yoxdur və onların hərəkətləri qanunsuzdur. Bununla da cavabdehlər tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. İşin hallarından da göründüyü kimi cavabdehlər iddiaçıya məxsus evin 4 ədəd pəncərəsini bağlamış, bu isə iddiaçıya münasibətdə müəyyən çətinliklərin yaranmasına səbəb olmuşdur. Həmin hal tərəflərin iştirakı ilə məhkəmə tərəfindən mübahisəli əraziyə baxış zamanı da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərəyə vurulmuş alçipan və fanerka cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə, həmçinin iddianın “1.000 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli müqavilədən və mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış, müqavilənin 2.1–ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1.000 manat müəyyən edilmiş və vəkilə həmin məbləğdə pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən vəkil xidmət haqqının əvəzi kimi 400 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət rüsumu üçün ödənilmiş 100 manat pul da müştərək qaydada cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09–10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən və H.Aslanov küçəsinə açılan 4 ədəd pəncərəyə vurulmuş alçipan və fanerka cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 manat vəkil xidmət haqqı və 100 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci müştərək qaydada alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(076)-1991/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1991/2025
17.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver