Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2018/2025 11.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, “Vaz-21033” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, cavabdeh X6 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır.Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2013-cü il tarixdə saat 09:00 radələrində Şəmkir-İrmaşlı yolunun Şəmkir rayonu Şiştəpə kəndi ərazisindən keçən 3-cü kilometrliyi ilə Şəmkir şəhəri istiqaməti ilə idarə etdiyi “Vaz- 21033” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes-Benz D208DKV” markalı, **-LO-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq cavabdehin idarə etdiyi avtomobildə olan sərnişinlər X11 və X4 az ağır xəsarət almışlar. Hadisə AR DİN Şəmkir RPŞ-nin tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh1 barəsində Şəmkir Rayon Məhkəməsinin 1 (076)-30/2013 saylı, xx.xx.2013- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 10 faizi dövlət nəfmə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir,sağlamlığa vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti zərərçəkənlərin hər birinin bank hesabına İddiaçı ASC tərəfindən ödənilmişdir, buna görədə iddiaçı məlum iddianı aldıraraq cavabdehlər Cavabdeh1 və X1 3000 manat məbləğində əsas və məhkəmənni hesabına köçürülmüş 50,40 manat məbləğində dövlət rüsumunun ümumilikdə 3050.40 manat məbləğində pul vəsaitiniinin tutlaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddia tələbi əsassız olduğunu və zərərçəkmiş şəxs ərizə yazaraq onlardan heç bir şikayət və tələbləri olmamışdır zərərçəkmişlərin xərclərini özü çəkmişdir, sığorta tərəfindən zərərçəkmiş şəxslərə hər hansı məbləğdə pul ödənilməmişdir, Vaz-21033” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasınsa ona məxsus olmuş,oğluna rəsmi etibarnamə verməmiş, lakin şifahi şəkildə oğlunun da həmin avtomobildən istifadə etməsinə razılıq vermişdir. Həmçinin iddia müddəti keçdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Cavabdeh1 məkəməyə ərizə ünvanlayaraq tələb üzrə 3 illik iddia müddəti keçdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarı, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21033” markalı, 57–BL–966 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012–ci ildən xx.xx.2013–cü ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan 1(076)-30/2013 saylı 08 may 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cavabdeh1 05 fevral 2013-cü il tarixdə saat 09-00 radələrində atası X3 məxsus VAZ-21033 markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsinin idarə etmə hüququ və etibarnaməsi olmadan idarə edib Şəmkirlrmaşlı yolunun Şəmkir rayonu Şiştəpə kəndi ərazisindən keçən 3-cü kilometrliyi ilə Şəmkir şəhəri istiqamətində öz hərəkət zolağı ilə 100-110 km/saat sürətlə hərəkət edərkən yolun yaşayış məntəqsindən kənarda yerləşməsini nəzərə almalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-cİ bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla avtomobilini əks istiqamətdən hərəkətdə olan X7 idarə etdiyi «Mersedes-Benz D208DKV» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkət zolağına çıxarmış, bu səbəbdən onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə Elmar Xudiyevin idarə etdiyi «Mersedes-Benz D208DKV » markalı mikroavtobusun qabaq sağ kənarından mərkəzinə doğru 1,0 metr məsafədə toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi VAZ-21033 markalı avtomobildə olan sərnişinlər X5 qaş, gözaltı və almacıq nahiyyələrinm, burun əsasının yaralan, alın sümüyünün sağ almacıq çıxıntısının, sağ almacıq sümüyünün, burun əsasının əzilmiş yaraları alın sümüyünün sınıqları, baş beyin silkələnməsi, sağ said sümüklərinin aşağı üçdə birinin, sağ ayaq İV daraq sümüyünün,sağ kubabənzər sümüyünün sınıqları, sol əlin arxa səthinin, sağ diz oynağının və sağ baldırın ön səthinin sıyrıqlan, X2 isə üz nahiyyəsinin kəsilmiş yaraları, üz nahiyyəsinin əzilmiş yaraları, sağ almacıq və burun sümüklərinin sınıqları, alt çənə sümüyünün ikiqat sınığı; sağ körpücük sümüyünün sternal ucunun sınığı, sağ said sümüklərinin aşağı üçdə birinin yerini dəyişməyən smığı ilə nəticələnən, hər ikisinə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər yetirməsinə səbəb olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş hesablama aktından görünür ki, “VAZ 21074” markalı, 90–GS–421 dövlət qeydiyyat nişanlı avtomobilə 462 manat məbləğində zərər dəymişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2019–cu il tarixli 1281/FG/CML/0643/2013- 2019 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən “Mercedes-Benz D-208” markalı, 10– LO–274 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 1500 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2019–cu il tarixli 1281/FG/CML/0643/2013- 2019-1 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2013-cü ildə baş vermiş toqquşma hadisəsinə görə xəsarət almış X9 1500 manat sığorta ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən sığortalanmış “Vaz-21033” markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes-Benz D208DKV” markalı, **-LO-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq cavabdehin idarə etdiyi avtomobildə olan sərnişinlər X11 və X4 az ağır xəsarət almışlar, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən sərnişinlərə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti ödədiyi 3000 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Qeyd olunmalıdır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin və ya başqa sənədin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Baxılan iş üzrə qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh1 (mülkiyyətçi Cavabdeh1 atasıdır və avtomobil ata ilə yanaşı onun ailə üzvlərinin də maneəsiz sahibliyində olmuşdur) tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Göründüyü kimi iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsində təqsirli olan Eşqin Bağiyevin avtomobili idarə etmək hüququnun olmamasını, Oktay Bağıyevin isə həmin avtomobilin mülkiyyətçi olmasını əsas gətirərək, sığorta ödənişinin əvəzini tələb edir. Halbuki, "xxxx" ASC-də sığortalanmış «Vaz-21033” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Eşqin Bağiyevin qanuni sahibliyində olmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddiası rədd edilməlidir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddiası ilə bağlı qeyd edir ki, sonuncu nəqliyyat vasitəsini idarə etmək hüququ( sürücülük vəsiqəsi) olmadan idarə etməsi səbəbindən sığorta qanunverciliyinin tələbləri baxımından ona qarşi irəli sürülən iddia əsaslıdır. Lakin tərəf iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə 3 illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il təşkil edir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd edilidiyi kimi, sığorta ödənişi 2019-cu ildə yerinə yetirilmişdir. İddia müddətinin axımı həmin tarixdən başlanmışdı. İşdən görünür ki, "xxxx" ASC-nin hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddia müddətindən 3 ildən artıq vaxt keçdikdən sonra iddiaçı tərəf məhkəməyə müraciət etmişdir, bununla da iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə olan halda isə iddia Cavabdeh1 qarşı əsaslı olmasına baxmayaraq, rədd edilməsi üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, iddia müddətinin tətbiqi potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Odur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi Cavabdeh1 aid hissədə göstərilən əsasla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2018/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2018/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver