Məhkəmə qərarları › İş №e-2(076)-2062/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2062/2024

06.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2062/2024 06.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X1, RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusuna və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X1, RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusuna və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsinin giriş hissəsindən görünür ki, cavabdeh X2 Rusiya Federasiyası, Samara vilayəti, Kinel şəhəri, Üst Kinelski qəsəbəsi, Seleksionnaya küçəsi, ev 23, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmçinin, iddia ərizəsi ilə müəyyən edilir ki, digər cavabdeh RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusu da Rusiya Federasiyası, Samara vilayəti, Kinel şəhəri, Sovetskaya küçəsi, ev 40 ünvanında yerləşir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi hazırki iddia ərizəsi onun üçün prosessual qanunvericiliklə müəyyən olunmuş zəruri tələblərin pozulması ilə Şəmkir Rayon Məhkəməsinə verilmişdir və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçılar Şəmkir rayon 1 saylı notariat ofisini də cavabdeh kimi qeyd edərək, 03 aprel 2023-cü tarixdə RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusunda qeydə alınmış 63/297-n/63-2023-1-537 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etsələr də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Şəmkir rayon 1 saylı notariat ofisində yalnız mübahisələndirilən vəsiyyətnamə əsasında vərəsəlik işi açılmışdır. Bu hal isə ona dəlalət edir ki, hazırki iddia üzrə Şəmkir rayon 1 saylı notariat ofisi cavabdeh deyil, ancaq üçüncü şəxs ola bilərdi. İddiaçılar isə digər cavabdehlərin Rusiya Federasiyasında olmalarını bildikləri halda, iddianı Şəmkir Rayon Məhkəməsində qaldırmaq üçün formal şəkildə Şəmkir rayon 1 saylı notariat ofisini cavabdeh kimi işə cəlb etmişlər. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində göstərilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X1, RF Samara vilayəti Kinel şəhəri Kinelski Rayon notariusuna və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar