Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-212/2025 23.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1940–cı il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Anası mərhum X4 03 iyun 2003–cü ildə vəfat etmişdir. O, mərhum qardaşının oğlu X25 və onun ailəsi ilə birlikdə yaşayırdı. X4 11 mart 1992–ci il tarixli 2K–28 reyestr nömrəli vəsiyyətnamə ilə bütün əmlakını X17 vəsiyyət etmişdir. Anasının vəfatından sonra ondan qalan miras əmlak həm Mansur Rzayev, həm də onun atası Azər Rzayev tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mansur Rzayev mərhumun vəsiyyət üzrə vərəsəsi olmuş, atasının isə mirasdan məcburi pay hüququ olmuşdur. X8 Mansur Rzayevə vəsiyyətnamə verməsindən bütün ailə üzvlərinin məlumatı olmuşdur. Lakin buna baxmayaraq Mansur Rzayevin mərhum atası X39 rayon 1 saylı notariat ofisinə müraciət edərək özünü və iddiaçını qanun üzrə vərəsə kimi təqdim etmiş və 05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Daha sonra mərhum qardaşı Azər Rzayev qeyd olunan vərəsəlik şəhadətnaməsini qeydə alınarkən ünvan 1 ünvanında 0.0608 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 04 noyabr 2020–ci il tarixdə anası mərhum Şahnabat Qiyasbəyova adına ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır. Notariat ofisi hüquqlarını təmsil etdiyi şəxsin mərhum nənəsi Şahnabatdan qalan mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edən zaman ciddi qanun pozuntusuna yol vermişdir. Belə ki, mərhum anası Şahnabat öz əmlakını Mansur Rzayevə vəsiyyət etdiyindən, ondan qalan miras əmlaka dair qanun üzrə vərəsəlik müəyyən oluna bilməzdi. Şəmkir rayon notariat kontoru cavabdehlər tərəfindən təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamamış, vərəsəliyin dairəsini tam müəyyən etməmiş, təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı və heç bir hüquqi nəticə doğurmamalıdır. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2022–ci il tarixli 2(076)–1902/2022 saylı qətnaməsində qeyd olunduğu kimi Cavabdeh1 öz ifadəsində bildiririk ki, Mansur Rzayev öz adına olan iki əmlakı qumarda uduzması səbəbindən atası X32 bu evi də satacağını demişdir. Bu səbəbdən də atası evi öz adına sənədləşdirməyə başlamış və işin bu cür gedişatından bibisi İddiaçı da xəbəri olmuşdur. Mansurun ikinci ailəsi var. Atasının qolu qırılıb, xəstə olub, o qulluq etmişdir. Pul lazım olub Mansurdan istəyəndə bibisi Natella ondan pul istədikləri üçün gedib qumar oynadığını demişdir. Atası evin sənədlərini hazırlayandan sonra evi ona əmanət verdiyini demişdir. Notariat kontoruna müraciət edərkən sistemdən bibisi Natellanın da adı çıxmışdır. Bibisi Natellaya onun da razılığının lazım olduğunu demişlər, o da könüllü gələrək razılıq vermişdir. İddiaçı əvvəlcədən də evlə bağlı hansı sənədləşmənin aparıldığından məlumatı olmuşdur. 2020–ci ilin təxminən yanvar ayında mərhum qardaşı Azər ona notariusda bir sənədə imza etməli olduğunu demiş, o isə mərhum anasının vəsiyyətnaməsinin icrası ilə əlaqəli olduğunu düşündüyündən onunla razılaşmışdır. Onlar birlikdə notariat kontoruna getdib, lakin o nəyə imza etdiyini dəqiq bilməmişdir. Onun əmlakı bağışlamaq fikrim olmamışdır. Onun heç mülkdə payının olmasından xəbəri olmamışdır. Mərhum anasının vəsiyyətnaməsinin mövcudluğundan evdə hər kəsin məlumatı olmuşdur. Notariusun da təqsiri var, belə ki, ona hansı sənədi imza etdiyini izah etməli idi, lakin ona heç nə izah edilməmişdir. Onun Azərin evi Şahniyara verməsindən məlumatı olmamışdır. Mənsur Rusiyaya çoxdan getmişdir. Anasının, yəni Mansurun nənəsi Şahnabat Qiyasbekova vəfat edəndə Mansur Rusiyada olmuşdur. Mansur Rusiyaya gedəndə uşaqları körpə olmuşdur. Uşaqları orada oxumuşlar. 2017–ci ildə bacısının qızının toyu olmuş, Mansur Rzayev həmin vaxt gəlmişdir. Ona notariusa getmək təklif ediləndə o səbəbini soruşmamışdır. Qardaşı onadan böyük olduğuna görə onun sözündən çıxa bilməmiş və notariat kontoruna getmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, ifadəsində bildirdi ki, İddiaçı onun doğma bibisidir və onun cavabdeh olaraq ona və digərlərinə Şəmkir rayon Məhkəməsində qaldırmış olduğu iddianı qəbul etmir. Eyni iddia tələbləri ilə iddiaçının qardaşı Azərin oğlu, onun da qardaşı X6 Rayon Məhkəməsində ona və qeyrilərinə qarşı, mahiyyəti ilə eyni tələblər üzrə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-190212022 saylı qətnaməsi ilə təmin iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi Apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(104)-2951\2022 saylı qətnaməsi ilə təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(104)-295112022 saylı qətnaməsindən iddiaçını verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 216012023 saylı qərarı ilə təmin edilməmiş, X12 Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(104)-2951\2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərar qanuni qüvvəsini almışdır. Ancaq, iddiaçı bibisi, İddiaçı adı ilə yenidən Şəmkir rayon Məhkəməsində ona və qeyrilərinə qarşı iddia qaldırılmışdır. Halbuki, həmin iddia tələbi İddiaçı adından qaldırılmasına iddiaçının subyektiv hüquq olmamışdır. Belə ki, həmin iddia tələbi qardaşı X18 aid olan tələblər olmaqla sanki, Mənsur Rzayevin nümayəndəsi kimi həmin iddia tələbini irəli sürmüşdür. Eyni zamanda iddiaçı ali təhsilli müəllimə olmaqla guya mərhum qardaşı, Azər tərəfindən aldadılaraq və notariat işçilərini ona hansı sənədə imza etməsini bildirilmədən imza etdirilməsi barədə ifadəsi həmin iddia tələbi üzrə iddiaçı Mənsur Rzayevin ilkin iddiası üzrə mülki işdə məhkəmə tərəfindən qiymətləndirilərək əsassız hallar kimi rədd edilmişdir. İddiaçı, iddia ərizəsində Mənsurun aliləsi ilə birlikdə Rusiyada olmasını, yalnız 2017-ci ildə Rusiyadan qayıtmasını etiraf etməklə qohumlara arasında olan söhbət zamanı həmin mülkün heç bir halda Mənsura verilməsinin mümkünsüzlüyünü və real olaraq ona bağışlınmasının əsaslı olmasını etiraf etmişdir. İddiaçı adından qaldırılmış iddiası üzrə mülki işin icrası iddiaçının nümayəndəsinin tərtib etdiyi vəsatət əsasında Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 36612023 saylı qərardadı ilə dayandırılmışdır. Ona görə ki, Mənsur Rzayevin ilkin iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2022-ci il tarixli 1(104)- 295112022 saylı qətnaməsindən iddiaçının və vəkilinin verdikləri kassasiya şikayəti üzrə Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarı çıxarılmamışdır. Artıq, Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-216012023 saylı qərarı ilə Mənsur Rzayevin iddiası üzrə mülki il tarixli 1(104)-295112022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Qiyasbəyovanın eyni məzmunlu iddiası üzrə mülki işin icraatını təzələyərək yenidən mahiyyəti Şəmkir Rayon Məhkəməsinin icraatında olan iddiaçı Natella üzrə baxarkən iddiaçı tərəfin məhkəmə iclasında iştirak etməməsinə görə həmin mülki iş məhkəmənin müvafiq qərardadı ilə baxılmamış saxlanılmışdır. Şəmkir rayon Məhkəməsinin icraatında olan hazırkı iddia üzrə mülki işin də icraatı icraatında olmuş mülki işlə eyni predmet və eyni tərəflər arasında olan mülki işdir. Ona görə ki, iddiaçı Mənsur Rzayevin əsas mahiyyəti eyni olan ilkin iddiası üzrə məhkəmələrin müəyyən olunmuş hüquqi mövqeləri üzrə qəbul edilmiş qətnamələr və qərar artıq qanuni qüvvəsini almışdır. Yəni, əslində iddiaçının irəli sürdüyü tələblər üzrə əvvəlki məhkəmə qətnamələrində hüquqi mövqe müəyyən edilərək iddiaçının tələblərinin əsassız olması baxımından iddiası təmin edilməmişdir. Həmin qətnamənin Ali Məhkəmənin müvafiq qərarı ilə qüvvədə olmasına görə icraatınızda olan iddia üzrə mülki işə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Ona görə də, iddia tələbi üzrə mülki işin icratının xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək mülki iş üzrə icraatın xitam verilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi və Şəmkir rayon 1 saylı notariat ofisi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına cavabdehlərin nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirdi ki, İddiaçı bibisi, Cavabdeh1 bacısıdır. Bibisi İddiaçı ali təhsilldir. X36 bibisi birlikdə məsləhətləşərəq evi bacısı Şahniyara bağışlamışlar. İddiaçının həmin evdə qalmasına bacısı Şahniyar maneə yaratmır. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirdi ki, İddiaçı xalasıdır, Cavabdeh1 da dayısı qızıdır. Xalası Natella sənədlərə aldadılaraq imza etməsini bildirsə də, o ali təhsilli müəllimədir. Özü ona aid olan payı Şahniyara bağışlamışdır. Natella istədiyi vaxt həmin evdə qalmışdır. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində bildirdi ki, İddiaçı qonşusu olmuşdur. Onunla söhbətlər zamanı ona aid payını aldadaraq aldığını bildirmişdir. Həmin evdə Natella ilə mübahisələr etmişlər. Şahniyar bir iki ildir həmin evdə yaşamır. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirdi ki, Cavabdeh1 onun bibisi və İddiaçı atasının bibisidir. Şahniyarla Natellanın aralarında mübahisələr olurdu. İddiaçı mərhum oğlunun cənazəsini həmin evə aparmaq istəyəndə bibisi Şahniyar icazə verməmişdir. Ondan sonra Natella küsərək həmin evdən getmişdir. Şahniyar həmin evdə yaşamır. Ancaq nənəsi yaşamağına icazə vermir. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində bildirdi ki, İddiaçı həyat yoldaşı Mənsur Rzayevin bibisi, Cavabdeh1 bacısıdır. 1990-cı ildən mübahisə olunan evə gəlin köçmüşdür. Həmin ev həyat yoldaşı Mənsur Rzayevə verilmişdir. Evin sənədləşdirmək istədikə bacısı Cavabdeh1 adına sənədləşdirilmişdir. Hazırda həmin evdə o ailəsi ilə birlikdə yaşayır, cavabdeh Şahniyar isə Bakı şəhərində yaşayır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AZ seriyalı 141914 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə Şəmkir şəhərində vəfat etmişdir. xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin üzərində olan 204 kvadratmetr **********96-10301 reyestr nömrəli fərdi yaşayış evi X2 tam mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri X34 və İddiaçı hər biri miras əmlakdan ½ irs almalıdır. Miras əmlak xx.xx.2020-ci il tarixdə X3 verilmiş **********96-10301reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin üzərində olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarala: AZ5700 ünvan 3 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin üzərində olan 204 kvadratmetr **********96-10301 daşınmaz əmlakın reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh1 tam mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli 3M-1 reyestr nömrəli müqavilədən görünür ki, Şəmkir rayon notariat kontoru tərəfindən verilmiş 2V 1 nömrəli, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnaməyə əsasən marhum xx.xx.2003- cü il tarixdə vəfat etmiş X1 qalmış miras payının "birinci tərəflər-X34 və İddiaçı onlara düşən hissəsini Cavabdeh1 bağışlayırlar. DƏDRX tərəfindən xx.xx.2020 tarixdə X3 verilmiş **********96- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0608 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarətdir. xx.xx.2020-ci il tarixli 3362 nömrəli Şəmkir rayonu qeydiyyat şöbəsinin arayışından görünür ki, X15 xx.xx.1966-cı il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında X34, ana qrafasında X29 qeyd edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1902/2022 saylı qətnamədən görünür ki, iddiaçı X16 cavabdehlər Cavabdeh1, Şəmkir rayonu 1 saylı Notariat Ofisinə, İddiaçı, üçüncü şəxslər X7 və DƏDKR publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021–ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 2951/2022 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1902/2022 saylı mülki iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2160/2023 saylı qərardan görünür ki, iddiaçı X25 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2951/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, hazırki iş üzrə iddia tələbinin 05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı məlum oldu ki, ünvan 4 ünvanda yerləşən 0.0608 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 204.0 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X2 adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Şəmkir Rayon Notariat Kontorunun 2V-1 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında qeyd edilən əmlaka dair X26 ½, İddiaçı ½ hissədə pay almaları nəzərdə tutulmuşdur. Bundan sonra X31 və İddiaçı özlərinə çatacaq miras əmlakı Cavabdeh1 bağışlamışlar və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, ********** Qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X25 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021–ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1902/2022 saylı qətnaməsinə əsasən iddiaçı X16 cavabdehlər Cavabdeh1, Şəmkir rayonu 1 saylı Notariat Ofisinə, İddiaçı, üçüncü şəxslər X7 və DƏDKR publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021–ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməmişdir. Hazırda iddiaçı 05 yanvar 2021–ci il tarixli 3M-1 reyestr nömrəli müqaviləni mübahisələndirərək Məhkəmə iddia tələbinin 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması hissəsi ilə bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Hal-hazırda iddiaçı həmin müqaviləni bir əsasla mübahisələndirir:
1. İddiaçı aldadılması əsası ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Qeyd edilən normanın məzmunun görünür ki, həmin əqdi yanılmanın təsiri altında hərəkət etmiş şəxs mübahisələndirə bilər. xx.xx.2021-ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin tərəfi kimi hüquq və vəzifələr yaratdığına görə məhkəmə hesab edir ki, qeyd edilən əsasla iddiaçı əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı məhkəmə prosesi zamanı müqavilə bağlanarkən İddiaçı aldadılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqaviləni bağlayan zaman İddiaçı aldadılmasını əsas gətirərək əqdin etibarsız sayılmasına dair iddia tələbləri üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir ay ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı müqaviləni istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. Göründüyü kimi, iddiaçı özünün yanılmasını əsas gətirərək yalnız müqavilə bağlananadan 3 ildən artıq müddət keçdikdən sonra etibarsız hesab edilməsi ilə bağlı hazır ki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmçinin iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1902/2022 saylı qərarından görünür ki, X27 2022-ci ildə qeyd edilən müqavilənin eyni əsasla ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmış, həmin məhkəmə iclaslarında hazırki İddiaçı da iştirak etmişdir. Yəni ən azı həmin tarixdən iddiaçı qeyd edilən müqavilədən xəbərdar olmuşdur. Bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair bağlanmış müqavilədən törənmişdir. Buna görə də müqavilənin etibarsız sayılmasına dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməli, iddia tələbi miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həvayət Məhəmmədi Azərbaycan Respublikası Şəmkir Rayon Məhkəməsi
İş üzrə icraata xitam verilməsi barədə
QƏRARDAD
Şəmkir rayon İş № e-2(076)-212/2025 xx.xx.2025-ci il
Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək, mülki iş üzrə icratın xitam edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, hesab edir ki, iddia tələbinin “05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması”na aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1902/2022 saylı qətnamədən görünür ki, iddiaçı X16 cavabdehlər Cavabdeh1, Şəmkir rayonu 1 saylı Notariat Ofisinə, İddiaçı, üçüncü şəxslər X7 və DƏDKR publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021–ci il tarixli 3M-1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2951/2022 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1902/2022 saylı mülki iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2160/2023 saylı qərardan görünür ki, iddiaçı X25 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2951/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Hazırkı mübahisə üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Hazırkı mülki işin tərəfləri, irəli sürülmüş iddianın predmeti və əsası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(076)- 1902/2022 saylı məhkəmənin qətnaməsi ilə həll edilmiş mübahisənin tərəfləri, iddianın predmeti və əsası ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə iddia tələbinin 05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması hissəsində icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266- 269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “05 yanvar 2021–ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair mülki iş üzrə iddia tələbinin 05 yanvar 2021– ci il tarixli 2V–1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması hissəsində icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Həvayət Məhəmmədi