Məhkəmə qərarları › İş №e-2(076)-2164/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2164/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2164/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə əsasən 440 (dörd yüz qırx) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında SMK5694975 saylı xx.xx.2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən, cavabdeh hissə-hissə ödəniş şərti ilə 1645 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 325 manatını ilkin ödəmiş və qalan 1320 manat məbləği 12 ay müddətinə hər ay 110 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək,aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 440 (dörd yüz qırx) manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə üzrə 440 (dörd yüz qırx) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 470 (dörd yüz yetmiş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Hər ay vaxtında ödənişlərini etmişdir. Onun ödənişlərini iddiaçı tərəfin işçiləri mənimsəmiş və kassaya ödəməmişdir. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş edir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək bildirmişdir ki, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan SMK5694975 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh hissə-hissə ödəniş şərti ilə 1645 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 325 manatını ilkin ödəmiş və qalan 1320 manat məbləği 12 ay müddətinə hər ay 110 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh SMK5694975 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 440 manat borcu vardır. İşdə materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh SMK5694975 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə qeyd edilmiş məişət avadanlığını təhvil almışdır. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı MMC-yə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Cavabdeh EMİS vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçı tərəfin iddiası tamamilə əsassız və gülüncdür. Belə ki, o qeyd edilən müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdir. Sadəcə olaraq iddiaçı şirkət utanmadan əməkdaşlarının mənimsədiyi müştəri ödənişlərini müştərilərdən təkrar tələb edir. Belə ki, iddiaçı şirkətin əməkdaşı iddiaçı şirkətə onun tərəfindən ödənilən vəsaiti şirkətin kassasına mədaxil etməyib. Bununla bağlı əlində səs yazısı var. Həmin səs yazısında iddiaçı şirkətlə əməkdaşları arasında mübahisənin olduğu açıqaşkar görünür. Həmin səs yazısını məhkəməyə təqdim etməyə hazırdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən iddia müddətləri müəyyən edilmişdir və həmin məcəlləyə əsasən iddia müddətidə ötürülmüşdür. Eyni zamanda iddiaya əlavə olunmuş sənədlərə nəzər yetirsəniz görəcəksiniz ki, borc müqaviləsi və təhvil təslim aktını iddiaçı şirkətin hansı əməkdaşının imzaladığı məlum deyildir. Belə ki, həmin müqavilənin hüquqi qüvvəsinin olması üçün imzalayan şəxsin rekvizitləri tam qeyd edilməli idi. Sadə dillə desək həmin sənədlərdə “Soliton” LTD yazılıb və qarşısında imza çəkilib. İmzanı fiziki şəxs çəkə bilər, hüquqi şəxsin imzası olmur, səlahiyyətli şəxsi adını yazmalı idi sonra imza çəkilməli idi. Təqdim etdikləri maliyyə arayışında isə borcun hansı dövrün borcu olduğu məlum deyildir. Bütün bunlar sənədlərin saxtalaşdırıldığı şübhəsi yaradır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakıları məhkəmədən xahiş edir: 1. Həmin iddia ərizəsinin əsassız hesab edilsin və işə baxılmamış saxlanılsın. 2. İddiaçı şirkətin vəsaiti mənimsəmiş (həmçinin mənim ödənişlərimi) şəxsin aşkar edilsin və məhkəmədə üzləşdirilsin.3. Məni narahat etdikləri üçün iddiaçı şirkətə qarşı qanunauyğun tədbirlər görülsün. 4. Həmin dövrdə vəzifədə olmuş rəhbər və işçilər şahid qismində dindirilsin. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış SMK5694975 saylı xx.xx.2021-ci il tarixli nömrəli Nisyə satış müqaviləsinə əsasə İddiaçı MMC müqavilədə göstərilən əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya borcunun tam ödənilməsi barədə izahat versədə, bu halı sübut edəcək heç bir sübut, sənəd və ya digər rəsmi qəbz təqdim edə bilməmişdir. Cavabdeh göstərdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Odur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SMK5694975 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 440 (dörd yüz qırx) manat manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. SMK5694975 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 440 (dörd yüz qırx) manat məbləğində pul alınıb İddiaçı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar