Məhkəmə qərarları › İş №e-2(076)-2455/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2455/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2455/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 255,75 manat əsas borc və 37,74 manat cərimə borcu olmaqla ümumilikdə 293,49 (iki yüz doxsan üç manat qırx doqquz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş, cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu İddiaçı MMCyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar