Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2507/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 337,53 manat əsas borc və 213,25 manat cərimə borcu olmaqla cəmi 550,78 manat borcun; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 75,2 manat əsas borc və 47,28 manat cərimə borcu olmaqla cəmi 122,48 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 161,46 manat əsas borc və 97,24 manat cərimə borcu olmaqla cəmi 258,7 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 187,67 manat əsas borc və 113,02 manat cərimə borcu olmaqla cəmi 300,69 manat və xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 139,59 manat əsas borc və 88,19 manat cərimə borcu olmaqla cəmi 227,78 manat olmaqla, ümumilikdə hər beş müqavilə üzrə 1460,43 manat borcun 34,61 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən 337,53 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 9S WHİTE 6/128 model; İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 101,2 manat dəyərində olan 1 (Bir) ədəd NOKİA 125 DUAL model; İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 161,45 manat dəyərində olan 1 (Bir) ədəd PHİLİPS XENİUM E580 model; İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 187,67 manat dəyərində olan 1 (Bir) ədəd SAMSUNG GALAXY A51 GB BLACK model və İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 139,59 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 9GREY 4/128 model məhsul almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 337,53 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 337,53 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 337,53 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 101,2 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 101,2 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 51,00 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 161,46 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 161,46 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 81,00 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 187,67 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 187,67 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 94,00 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 139,59 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 139,59 manat borcu qalmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 139,59 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0 manat; xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 26 manat; xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0 manat; xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0 manat və xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-ə xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 337,53 manat əsas borc və 213,25 manat cərimə borcu olmaqla cəmi 550,78 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 75,2 manat əsas borc və 47,28 manat cərimə borcu olmaqla cəmi 122,48 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 161,46 manat əsas borc və 97,24 manat cərimə borcu olmaqla cəmi 258,7 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 187,67 manat əsas borc və 113,02 manat cərimə borcu olmaqla cəmi 300,69 manat borcun və xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 139,59 manat əsas borc və 88,19 manat cərimə borcu olmaqla cəmi 227,78 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 337,53 manat olan əşyanı (XİAOMİ REDMİ NOTE 9S WHİTE 6/128 model) Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 337,53 manat olmaqla 1 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 101,2 manat olan əşyanı (NOKİA 125 DUAL model) Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 51,00 manat, sonuncu ay 50,2 manat olmaqla 2 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 161,46 manat olan əşyanı (PHİLİPS XENİUM E580 model) Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 81,00 manat, sonuncu ay 80,46 manat olmaqla 2 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 187,67 manat olan əşyanı (SAMSUNG GALAXY A51 64 GB BLACK model) Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 94,00 manat, sonuncu ay 93,67 manat olmaqla 2 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2021-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 139,59 manat olan əşyanı (XİAOMİ REDMİ NOTE 9 GREY 4/128 model) Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 139,59 manat olmaqla 1 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materialarından olan Təhvil-təslim aktından görünür ki, Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh cəmi 0 manat ödəniş etmiş, onun hal-hazırda 550,78 (337,53 manat əsas borc, 213,25 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh cəmi 0 manat ödəniş etmiş, onun hal-hazırda 122,48 (75,2 manat əsas borc, 47,28 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh cəmi 0 manat ödəniş etmiş, onun hal-hazırda 258,7 (161,46 manat əsas borc, 97,24 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh cəmi 0 manat ödəniş etmiş, onun hal-hazırda 300,69 (187,67 manat əsas borc, 113,02 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh cəmi 0 manat ödəniş etmiş, onun hal-hazırda 227,78 (139,59 manat əsas borc, 88,19 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********** nömrəli müqaviləyə görə (XİAOMİ REDMİ NOTE 9S WHİTE 6/128) görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 337,53 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********** nömrəli müqaviləyə görə (NOKİA 125 DUAL model) görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 51,00 manat, sonuncu ay isə 50,20 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********** nömrəli müqaviləyə görə (PHİLİPS XENİUM E580 model) görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 81,00 manat, sonuncu ay isə 80,46 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********** nömrəli müqaviləyə görə (SAMSUNG GALAXY A51 GB BLACK model) görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 94,00 manat, sonuncu ay isə 93,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********** nömrəli müqaviləyə görə (XİAOMİ REDMİ NOTE 9 GREY 4/128 modelə) görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 139,59 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 33,5 manat; xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 7,2 manat; xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 16,4 manat; xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 18,6 manat və xx.xx.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 13,5 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC -nin xeyrinə cavabdehdən xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 337,53 manat əsas borc və 33,5 manat cərimə borcu olmaqla cəmi 371,03 manat borcun; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 75,2 manat əsas borc və 7,2 manat cərimə borcu olmaqla cəmi 82,4 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 161,46 manat əsas borc və 16,4 manat cərimə borcu olmaqla cəmi 177,86 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 187,67 manat əsas borc və 18,6 manat cərimə borcu olmaqla cəmi 206,27 manat və xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 139,59 manat əsas borc və 13,5 manat cərimə borcu olmaqla cəmi 153,09 manat olmaqla, ümumilikdə hər beş müqavilə üzrə 990,65 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 34,61 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 380-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 337,53 manat əsas borc və 33,5 manat cərimə borcu olmaqla cəmi 371,03 manat borcun; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 75,2 manat əsas borc və 7,2 manat cərimə borcu olmaqla cəmi 82,4 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 161,46 manat əsas borc və 16,4 manat cərimə borcu olmaqla cəmi 177,86 manat; xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 187,67 manat əsas borc və 18,6 manat cərimə borcu olmaqla cəmi 206,27 manat və xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 139,59 manat əsas borc və 13,5 manat cərimə borcu olmaqla cəmi 153,09 manat olmaqla, ümumilikdə hər beş müqavilə üzrə 990,65 (doqquz yüz doxsan manat altmış beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,61 (otuz dörd manat altmış bir qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2507/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2507/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver