Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2534/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 668,35 manat əsas borc və 185,72 manat cərimə borcu olmaqla cəmi 854,07 manat borcun; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 495,99 manat əsas borc və 71,07 manat cərimə borcu olmaqla cəmi 567,06 manat; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 12,94 manat əsas borc və 7,1 manat cərimə borcu olmaqla cəmi 20,04 manat; xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 517,97 manat əsas borc və 134,14 manat cərimə borcu olmaqla cəmi 652,11 manat və xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 443,12 manat əsas borc və 107,2 manat cərimə borcu olmaqla cəmi 550,32 manat olmaqla, ümumilikdə hər beş müqavilə üzrə 2643,6 manat borcun 46,44 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən 859,35 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 11 PRO 8/128 GRAY model; İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 1099,99 manat dəyərində olan 1 (Bir) ədəd YOSHİRO PY-50US8821G model; İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 40,94 manat dəyərində olan 1 (Bir) ədəd TV PASTAVKA 32-70 AŞAĞİ YUXARİ model; İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 710,97 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 11S 8/128 GREY, 1 (Bir) ədəd GLAS 4D MİRROR və 1 (Bir) ədəd STANDART KABURA model və İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 703,12 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ POCO M3 PRO 5G 6/128 BLACK model məhsul almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 859,35 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 859,35 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 47,75 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 1099,99 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 1099,99 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 45,84 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 40,94 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 40,94 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi hər ay 6,83 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə borclu olduğu 710,94 manat məbləğdən 45,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 665,97 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 37,00 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə borclu olduğu 703,12 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 703,12 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 39,07 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 191 manat; xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 604 manat; xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 28 manat; xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 193 manat və xx.xx.2023cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 260 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-ə xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 668,35 manat əsas borc və 185,72 manat cərimə borcu olmaqla cəmi 854,07 manat borcun; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 495,99 manat əsas borc və 71,07 manat cərimə borcu olmaqla cəmi 567,06 manat; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 12,94 manat əsas borc və 7,1 manat cərimə borcu olmaqla cəmi 20,04 manat; xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 517,97 manat əsas borc və 134,14 manat cərimə borcu olmaqla cəmi 652,11 manat və xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 443,12 manat əsas borc və 107,2 manat cərimə borcu olmaqla cəmi 550,32 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 859,35 manat olan əşyanı (1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 11 PRO 8/128 GRAY model) X1 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 47,75 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan X1 ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 1099,99 manat olan əşyanı (1 (Bir) ədəd YOSHİRO PY-50US8821G model) X1 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 45,84 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan X1 ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2022-ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 40,94 manat olan əşyanı (1(Bir) ədəd TV PASTAVKA 32-70 AŞAĞİ YUXARİ model) X1 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 6,83 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan X1 ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 710,97 manat olan əşyanı (1 (Bir) ədəd SAMSUNG GALAXY A51 64 GB BLACK model) X1 45,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 37,00 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan X1 ilə İddiaçı MMC arasında bağlanmı xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 703,12 manat olan əşyanı (1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 9 GREY 4/128 model) X1 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 39,07 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materialarından olan Təhvil-təslim aktından görünür ki, cavabdeh X1 əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə X1 cəmi 191 manat ödəniş etmiş, onun hal-hazırda 854,07 (668,35 manat əsas borc, 185,72 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə X1 cəmi 604 manat ödəniş etmiş, onun hal-hazırda 567,06 (495,99 manat əsas borc, 71,07 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə X1 cəmi 28 manat ödəniş etmiş, onun hal-hazırda 20,04 (12,94 manat əsas borc, 7,1 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə X1 cəmi 193 manat ödəniş etmiş, onun hal-hazırda 652,11 (517,97 manat əsas borc, 134,14 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə X1 cəmi 260 manat ödəniş etmiş, onun hal-hazırda 550,32 (443,12 manat əsas borc, 107,2 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2022-ci il tarixli ********** nömrəli müqaviləyə görə (1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 11 PRO 8/128 GRAY) görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 47,75 manat,sonuncu ay 47,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2022-ci il tarixli ********** nömrəli müqaviləyə görə (1 (Bir) ədəd YOSHİRO PY- 50US8821G model) görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 45,84 manat, sonuncu ay isə 45,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2022-ci il tarixli ********** nömrəli müqaviləyə görə (1 (Bir) ədəd TV PASTAVKA 32- 70 AŞAĞİ YUXARİ model) görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 6,83 manat, sonuncu ay isə 6,79 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli müqaviləyə görə (1 (Bir) ədəd SAMSUNG GALAXY A51 GB BLACK model) görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 37,00 manat, sonuncu ay isə 36,97 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2023-cü il tarixli ********** nömrəli müqaviləyə görə (1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 9 GREY 4/128 modelə) görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi İddiaçı MMC-nə olan borcundan hər ay 39,07 manat, sonuncu ay 38,93 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı xx.xx.2022-ci il tarixli Nisyə alqısatqı müqaviləsi üzrə 66,3 manat; xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 49,9 manat; xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 1,9 manat; xx.xx.2023cü il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 51,9 manat və xx.xx.2023-cü il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 44,1 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC -nin xeyrinə cavabdehdən xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 668,35 manat əsas borc və 66,3 manat cərimə borcu olmaqla cəmi 734,65 manat borcun; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 495,99 manat əsas borc və 49,9 manat cərimə borcu olmaqla cəmi 545,89 manat; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 12,94 manat əsas borc və 1,9 manat cərimə borcu olmaqla cəmi 14,84 manat; xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 517,97 manat əsas borc və 51,9 manat cərimə borcu olmaqla cəmi 569,87 manat və xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 443,12 manat əsas borc və 44,1 manat cərimə borcu olmaqla cəmi 487,22 manat olmaqla, ümumilikdə hər beş müqavilə üzrə 2352,47 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 46,44 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 380-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 668,35 manat əsas borc və 66,3 manat cərimə borcu olmaqla cəmi 734,65 manat borcun; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 495,99 manat əsas borc və 49,9 manat cərimə borcu olmaqla cəmi 545,89 manat; xx.xx.2022-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 12,94 manat əsas borc və 1,9 manat cərimə borcu olmaqla cəmi 14,84 manat; xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 517,97 manat əsas borc və 51,9 manat cərimə borcu olmaqla cəmi 569,87 manat və xx.xx.2023cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 443,12 manat əsas borc və 44,1 manat cərimə borcu olmaqla cəmi 487,22 manat olmaqla, ümumilikdə hər beş müqavilə üzrə 2352,47 (iki min üç yüz əlli iki manat qırx yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,44 (qırx altı manat qırx dörd qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2534/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2534/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver