Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2544/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı kiçik iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-5-ci maddələrini rəhbər tutaraq qərara aldım:
1. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddia ərizəsi məhkəmənin icraatına qəbul edilsin.
2. İş məhkəmədə sadələşdirilmiş icraat qaydasında baxışa təyin edilsin.
3. Cavabdehə 5 (beş) iş günü ərzində iddia ərizəsinin surəti, ona əlavə edilmiş sənədlər, işdə iştirak edən şəxslərin hüquq və vəzifələri haqqında bildiriş və məhkəmə bildiriş rəsmi qaydada göndərilsin.
4. Cavabdehə 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərməsi təklif edilsin.
5. Məhkəmə 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması məsələsini müzakirə etsin.
Hakim: Nazlı Heydərova İş № e-2(076)-2062/2025
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏT BARƏDƏ
PROTOKOL
xx.xx.2025-ci il Şəmkir rayonu
Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşmiş icraat qaydasında verilmiş kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxılır. Prosessual hərəkəti saat 09:30-da başladım. İşə baxan hakim olaraq ərizəni və iş materiallarını nəzərdən keçirib, kiçik iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkəti xx.xx.2025-ci il tarixdə saat 09:35-də qurtardım.
Hakim: Nazlı Heydərova