Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-256/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X7 və X9 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh1 iştirakları ilə, İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X7 və X9 qanuni nümayəndəsi İddiaçı, cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1, Cavabdeh3 və X21 qarşı “xx.xx.2018-ci il tarixli 2V-383 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli 3M-153 reyestr saylı müqavilənin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması” tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X7 və X9 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1, Cavabdeh3 və X21 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir rayon 1 saylı Notarita ofisində qeydə alınmış, xx.xx.2018-ci 2V-383 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasına, cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci ildə mərhum X24 ilə X30 arasında qeydə alınmış 3M-153 reyestr saylı müqavilənin ləğv olunmasına, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mərhum X24 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestr saylı alqı-saqı müqaviləsinin ləğv olunmasına, həmin alqı satqı müqaviləsi əsasında cavabdeh X16 adına 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına, dövlət rüsumu olaraq ödəmiş olduğu 100 (bir yüz) manat pulun, 500 (beş yüz) manat vəkil xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Zərinə Fazil qızı və Zəminə Fazil qızı İddiaçı baldızlarıdır. Cavabdehlərin qardaşı mərhum X17 ilə o, 2006-cı ildə faktiki ailə qurmuşdur. X17 ilə aralarında olan nikah xx.xx.2008-ci ildə Şəmkir rayon Qaracəmirli kənd İƏD-də rəsmi qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Xəyal və xx.xx.2011-ci il təvəllüdlü Emil adlı uşaqları doğulmuşdur. X6 xx.xx.2014-cü ildə vəfat etmişdir. Onun vəfatına qədər iddiaçı onunla ailə olaraq yaşamışdır. Onun vəfatından sonra da ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, idarə etmişdir. Bir neçə ay bundan əvvəl o mərhum ərindən qalan miras əmlakla bağlı notariat ofisinə müraciət edib, onu və azyaşlı uşaqlarını qanun üzrə vərəsə kimi tanımasını xahiş etmişdir. Onun müraciəti ilə bağlı notariat ofisi ona müvafiq sənəd təqdim etməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə göndərmişdir. 11 saylı Şəmkir Ərazi İdarəsinin vermiş olduğu arayışdan cavabdehlər Zəminə Fazil qızı və Zərinə Fazil qızı, eyni zamanda mərhum qayınatası Fazil Mürsəl oğlunun cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisinə ərizə verdiyi, həmin ərizədə mərhum əri Şahsevər Fazil oğlunun ondan başqa vərəsəsi olmamasını göstərməsi məlum olmuşdur. Cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi isə öz növbəsində təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamadan, mərhum ərinin digər vərəsələrini müəyyən etmədən, mərhum ərindən qalan miras əmlaka yalnız mərhum X1nu qanun üzrə vərəsə tanımışdır. Hesab edirlər ki, mübahisə predmeti olan qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmalı, həmin vərəslik işindən sonra cavabdeh X30 ilə cavabdehlər – mərhum Fazil Mürsəl oğlu, Zəminə Fazil qızı və Zərinə Fazil qızı arasında bağlanmış alqısatqı müqaviləsi ləğv olunmalıdır. Əvvəla ona görə ki, Həcər Vəli qızı mərhum ərinin qohumudur və o, mərhum Şahsevər Fazil oğlunun arvadı və iki uşağı olduğunu bilmişdir. Eyni zamanda cavabdeh Həcər Əhmədovaya alqı-satqı üçün təqdim olunmuş mülkiyyət hüququna dair çıxarışda onun mərhum ərinin adı mülkiyyətçi kimi qeyd olunmuşdur. Mərhum ərinə və onun ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 saylı qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kəndi əraisində 2.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən mərhum ərinin payı 0.71 ha-dır. Əvvəlcə mərhum ərinin anası X22 01 aprel 2008-ci ildə vəfat etmiş, daha sonra əri vəfat etmişdir. X1 isə 18 oktyabr 2019-cu ildə vəfat etmişdir. Ondan qalan miras əmlakdan da iddiaçılar mərhum Şahsevər Fazil oğlunun qanun üzrə vərəsələri olaraq, miras payı almalı idilər. Mübahisə predmeti olan qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmalı və həmin vərəsəlikdən sonra qeydə alınmış, mübahisə predmeti olan alqı-satqı müqavilələri ləğv olunmalı, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X16 adına üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X7 və X9 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun mərhum qardaşı X17 ilə 2006-cı ildə faktiki ailə qurmuşdur. X29 2014-cü ildə vəfat etmişdir. Mübahisəsi gedən torpaq sahəsi qardaşı sağ olan vaxtda və qan xəstəliyindən əziyyət çəkən vaxtı faktiki olaraq satılmış və cavabdehlərin, yəni torpaq sahəsini alanların istifadsinə verilmişdir. Qardaşı vəfat etdikdən sonra cavabdehlər sənədləşdirmə üçün müraciət etdikdə yalnız sənədləşdirilmə aparılmışdır. İddiaçı özü də bilir ki, miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilməmişdir, edilə bilməzdi, çünki qardaşı vəfat etdikdə artıq cavabdehlərin istifadəsində olmuşdur. İddiaçı torpaq sahəsinin satılmasından məlumatlı olmuşdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3, X21 və Şəmkir rayon 1 saylı Notariat ofisinə, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında cavabdehlər və üçüncü şəxsin nümayəndələri iştirak etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 442717 saylı nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X17 ilə İddiaçı xx.xx.2008-ci il tarixdə Şəmkir rayon Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyində 48 saylı akt qeydi ilə nikahları bağlanmışdır. Nikahdan sonra ərə “Əhmədov”, arvada “Namazova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 761970 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X23 xx.xx.2011-ci il tarixdə Şəmkir rayonu, Qasım İsmayılov kəndində anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 180523 saylı doğum haqqında Şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1911 nömrəli Şəmkir rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X17 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1911 nömrəli Şəmkir rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X24 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1911 nömrəli Şəmkir rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X22 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 1.2112 ha torpaq sahəsi X10, Cavabdeh1, X8 və X14 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 2V-383 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə ölmüş X8 vərəsəsi X20r və o Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ümumi sahəsi 1.2112 ha torpaq sahəsinin X11 düşən hissəsinə 1/1 hissədə pay almalıdır. İş materiallarında olan 3M-153 reyestrli notariat işində olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, X14 əvəzinə X5 rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin X11 düşən hissəsini X21 1000 manata satmışdır. İş materiallarında olan 4Ə-672 reyestrli notariat işinə əalvə edilmiş xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X14 əvəzinə X31 və Cavabdeh1, Cavabdeh3 əvəzinə X3 rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin 0.9084 ha hissəsini X21 4000 manat müqavilində satmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X2 Fazil Mürsəl oğlu ilə X12 birgə nikahlarından 23 dekabr 1978-ci ildə doğulmuşdur. X22 xx.xx.2008-ci ildə, X17 xx.xx.2014-cü ildə və X24 xx.xx.2019-cu ildə vəfat etmişlər. Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsi **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışına əsasən X8, X10, Cavabdeh1 və X14 ümumi birgə mülkiyyətinə verilmişdir. X13 vəfatından sonra ondan miras qalmış torpaq sahəsini X32i faktiki olaraq qəbul etmişdir. Bundan sonra X4 rayonu, Qaracəmirli kəndində yerləşən ümumi sahəsi 1.2112 ha torpaq sahəsinin X11 düşən hissəsinə Şəmkir rayon 1 saylı Notariat Ofisi tərəfindən qanun üzrə 1–ci növbə vərəsə tanınmış, onun adına xx.xx.2018-ci il tarixli 2v– 383 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Bundan sonra X24 3M-153 reyestrli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin X11 düşən hissəsini X21 1000 manata satmışdır. Həmçinin, 4Ə-672 reyestrli, xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X24, Cavabdeh1 və Cavabdeh3 Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 1.2112 ha olan torpaq sahəsinin 0.9084 ha hissəsini X21 4000 manata satmışlar. X16 bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR–dən Çıxarış verilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, miras açılan vaxt iddiaçı özü və övladları mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 X29un 2014-cü ildə qan xəstəliyindən vəfat etdiyi vaxt artıq torpaq sahəsinin onun xəstəliyi ilə bağlı X21 faktiki satıldığını, İddiaçı isə torpaq sahəsinin satılmasından məlumatlı olduğunu, qardaşı vəfat etdikdən sonra torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirildiyini bildirmiş, İddiaçı isə mərhum əri Şahsevər Əhmədovun ölümündən sonra Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən ümumi birgə mülkiyyətdə olan 1.2112 ha torpaq sahəsinin mərhum ərinin payına düşən hissəsindən övladları ilə birlikdə istifadə etməsini və ya mərhum ərindən qalmış mirası rəsmi qaydada qəbul etməsini təsdiqləyəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Şahsevər Əhməov xx.xx.2014-cü il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı və onun övladları qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd olunan miras əmlaka dair cavabdehin mirası qəbul etdiyi, yəni miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi alan zaman onun məlumatı olmamasını, ərinin vəfatından sonra da ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, idarə etdiyini, bir neçə ay əvvəl mərhum ərindən qalan miras əmlakla bağlı notariat ofisinə müraciət edərkən mərhum X6nun tək vərəsəsi kimi atası X14 tanındığının məlum olduğunu göstərmişdir. Lakin, məhkəmə iclasında Cavabdeh1 X29un 2014-cü ildə qan xəstəliyindən vəfat etdiyi vaxt artıq torpaq sahəsinin faktiki satıldığını, iddiaçının torpaq sahəsinin alqı-satqısından məlumatlı olduğunu, qardaşı vəfat etdikdən sonra torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirildiyini qeyd etmişdir. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin etibarsız hesab edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin iddianın cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci ildə mərhum X24 ilə X30 arasında qeydə alınmış 3M-153 reyestr saylı müqavilənin ləğv olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və mərhum X24 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestr saylı alqı-saqı müqaviləsinin ləğv olunması, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh X16 adına üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair xx.xx.2018-ci ildə mərhum X24 ilə X30 arasında qeydə alınmış 3M-153 reyestr saylı alqı-satqı müqaviləsi, Cavabdeh1, Cavabdeh3 və mərhum X24 ilə X30 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestr saylı alqı-saqı müqavilələri və həmin alqı-satqı müqavilələri əsasında X30 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsində dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişlər. Buna görə də mübahisəli torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə dair alqısatqı müqavilələri və cavabdeh X16 adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 500 manat vəkil xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı, eyni zamanda yetkinlik yaşına çatmayan X7 və X9 qanuni nümayəndəsi İddiaçı, cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1, Cavabdeh3 və X21 qarşı “xx.xx.2018-ci il tarixli 2V-383 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli 4Ə-672 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli 3M-153 reyestr saylı müqavilənin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 500 manat vəkil xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-256/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-256/2025
15.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver