Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2668/2024 25.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olunmamışdan əvvəl xx.xx.2021-ci il tarixdə cavabdehə Şəmkir rayonu Düyərli kəndinə bildiriş göndərilmiş, lakin həmin bildiriş “bu ünvanda yaşamır” qeydı ilə poçt zərfi geri qayıtmışdır. Göründüyü kimi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə onlar tərəfindən cəhd edilmiş, lakin cavabdehin faktiki yaşayış ünvanını bilmədiklərindən məktubun cavabdehə çatdırılması barədə məhkməyə hər hansı sənəd təqdim edə bilməmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən zərərçəkmiş şəxsə pul verilərkən, eyni zamanda ondan sonra "xxxx" ASC tərəfindən məhkəməyə müraciət olunacağı ilə bağlı ona hər hansı məktub ünvanlanmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı mübahisənin məhkəməyə qədər həlli qaydasına qanunvericiliklə müəyyən olunmuş formasına riayət etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8298 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 5000 (beş min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xx/xx-1838 nömrəli bildirişin surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və həmin ödənişin "xxxx" ASC-nin qeyd edilən bank hesabına 7 iş günü ərzində könüllü ödəməyi təklif etmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdehə ünvanlanmış xx.xx.2021-cü il tarixli bildirişin cavabdehə göndərilməsi və cavabdehin onu qəbul etməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260, 263- 264, 267-268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2668/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2668/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver