Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2676/2025 14.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XL xidməti, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********19007 SAMSUNG GALAXY A24 markalı telefon üçün 771.94 (yeddi yüz yetmiş bir manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 77.19 (yetmiş yeddi manat, 19 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, HOFFMANN SOAC kondisioner üçün 534.92 (beş yüz otuz dörd manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.49 (əlli üç manat, 49 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti, İMEİ KODU **********35611 OPPO A18 markalı telefon almış üçün 405.70 (dörd yüz beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 40.57 (qırx manat, 57 qəpik) manat cərimə, ümumilikdə 1931.02 manat borc, 39.32 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XL xidməti, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********19007 SAMSUNG GALAXY A24 markalı telefon, ZƏMANƏT + 3 İL xidməti, HOFFMANN SOAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti, İMEİ KODU **********35611 OPPO A18 markalı telefon almış və nəticədə 1931.02 (min doqquz yüz otuz bir manat, 02 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 842.94 (səkkiz yüz qırx iki manat, 94 qəpik) manat (18 ay x 46.83 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XL xidməti, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********19007 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 872.73 (səkkiz yüz yetmiş iki manat, 73 qəpik) manat olmaqla ondan, 771.94 (yeddi yüz yetmiş bir manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 77.19 (yetmiş yeddi manat, 19 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 781.94 (yeddi yüz səksən bir manat, 94 qəpik) manat (18 ay x 32.33 manat + 200 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, HOFFMANN SOAC kondisioner üçün ümumilikdə 588.41 (beş yüz səksən səkkiz manat, 41 qəpik) manat olmaqla ondan, 534.92 (beş yüz otuz dörd manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.49 (əlli üç manat, 49 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 437.22 (dörd yüz otuz yeddi manat, 22 qəpik) manat (18 ay x 24.29 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti, İMEİ KODU **********35611 OPPO A18 markalı telefon almış üçün ümumilikdə, 469.87 (dörd yüz altmış doqquz manat, 87 qəpik) manat olmaqla ondan, 405.70 (dörd yüz beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 40.57 (qırx manat, 57 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 359.56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13728171 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 842.94 manat olan əşyanı (QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XL xidməti, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********19007 SAMSUNG GALAXY A24 markalı telefon) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 46.83 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19603185 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 781.94 manat olan əşyanı (ZƏMANƏT + 3 İL xidməti, HOFFMANN SOAC kondisioner) Cavabdeh almış, 200 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 32.33 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02698458 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 437.22 manat olan əşyanı (QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti, İMEİ KODU **********35611 OPPO A18 markalı telefon) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 24.29 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan "xxxx" QSC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-nin ona göstərilən xidmətə görə "xxxx" QSC-nə olan borcun məbləği 119908.06 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********19007 SAMSUNG GALAXY A24 markalı telefon və İMEİ KODU **********35611 OPPO A18 markalı telefon üçün mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47.20 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh cəmi 349.54 manat ödəniş etmiş, onun hal-hazırda xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XL xidməti, SAMSUNG 25W COMPACT CHARGER, İMEİ KODU **********19007 SAMSUNG GALAXY A24 markalı telefon üçün 771.94 (yeddi yüz yetmiş bir manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 77.19 (yetmiş yeddi manat, 19 qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, HOFFMANN SOAC kondisioner üçün 534.92 (beş yüz otuz dörd manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.49 (əlli üç manat, 49 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET M xidməti, İMEİ KODU **********35611 OPPO A18 markalı telefon almış üçün 405.70 (dörd yüz beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 40.57 (qırx manat, 57 qəpik) manat cərimə, ümumilikdə 1931.02 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə aldığı məhsulun qiymətini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə cərimə 7 manat, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə cərimə 5 manat, xx.xx.2024cü il tarixli müqaviləsi üzrə cərimə 4 manat müəyyən edilməlidir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 771.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 7 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 534.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 405.70 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 4 manat cərimə, ümumilikdə 1775.76 (bir min yeddi yüz yetmiş beş manat yetmiş altı qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39.32 (otuz doqquz manat otuz iki qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 771.94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 7 manat cərimə, xx.xx.2024cü il tarixli müqavilə üzrə 534.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 405.70 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 4 manat cərimə, ümumilikdə 1775.76 (bir min yeddi yüz yetmiş beş manat yetmiş altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39.32 (otuz doqquz manat otuz iki qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2676/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2676/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver