Məhkəmə qərarları › İş №e-2(076)-2681/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2681/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2681/2024 10.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğluna, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı “müqavilənin ləğv olunması, əmlakın boşaldılaraq təhvil verilməsi” barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğluna, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsində 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğlu, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydad bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yayaşış evinin alıcı Cavabdeh1 33000 manat (otuz üç min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 5000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, Cavabdeh1 qalan 28000 manat məbləği xx.xx.2026-cı il tarixinədək hər ayda bir dəfə 400 manat olmaqla 12 ödəniş, sonradan 950 manat olmaqla 23 ödəniş, sonuncu ödənişi isə 1350 manat olmaqla natariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 5400 manat ödənilmış, qalan məbləğ ödənilməmişdir. Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh1 xx.xx.2023-çü il tarixində müqavilənin leğv edilməsi dair təklif göndərilmişdir, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olanacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsi 8 saylı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğlu, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğluna, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsində 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən 8 saylı fərdi yaşayış evini Cavabdeh1 ilkin olaraq 5000 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan məbləği isə xx.xx.2026-cı il tarixədək ödəmək şərti ilə cəmi 33000 manata satmışdır. Daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan **********85-10301 saylı qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsində 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən 8 saylı fərdi yaşayış evi "xxxx" QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021) İş materiallarında olan "xxxx" QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli, 074939 nömrəli təklif məktubundan müəyyən olunur ki, bank borcalana xx.xx.2023cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini təklif edir. Bu təklifə 10 (on) gün müddətində rəsmi şəkildə cavab cavab verilməyi xahiş olunmuşdur. Əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № * * * * * * * nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsiüzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Accessbank QSC Cavabdeh1 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqısına dair AN-İ ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsində 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən 8 saylı fərdi yaşayış evini ilkin 5000 manat, qalan dəyərini isə xx.xx.2026-cı il tarixədək ödəmək şərti ilə Cavabdeh1 nisyə şəkildə satmışdır. Alıcı Cavabdeh1 nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 5000 manatını ödəsə də qalan məbləğin ödənilməsini təmin etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2026-cı il tarixədək ödənişləri etməyi öhdəsinə götürməsinə baxmayaraq, ödəniş etmədiyindən iddiaçı Accessbank QSC xx.xx.2023-cü il tarixdə fəri yaşayış evini boşaltma və banaka təhvil verilməsi ilə bağlı cavabdehlər Cavabdeh1 xəbərdarlıq göndərilmişdir. Cavabdeh1 iddiaçı bankın müraciətlərinə cavab vermədiyindən, müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən Accessbank QSC alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Accessbank QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq cavabdehlərin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğluna, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hazırkı iddia tələbində haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli ANİ * * * * * * * saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli Şəmkir rayonu Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsində 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğlu, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və əmlakın mülkiyyətçisi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydad alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Şəmkir şəhəri Mikayıl Müşfiq küçəsində 0.1250 ha torpaq sahəsi və üzərində yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğlu, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7 Mürəsl oğlundan, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar