Məhkəmə qərarları › İş №e-2(076)-2753/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2753/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2753/2025 21.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İNVİSTA xalça üçün 74.9 (yetmiş dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, 37.45 (otuz yeddi manat, 45 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ WATCH GT 4 qol saatı üçün 497.40 (dörd yüz doxsan yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, 248.7 (iki yüz qırx səkkiz manat, 70 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, MONAKO - DEHLİZ DOLAB üçün 462.6 (dörd yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 231.3 (iki yüz otuz bir manat, 30 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, LAURAGRAND YORĞAN DƏSTİ üçün 118.7 (yüz on səkkiz manat, 70 qəpik) manat ödənilməmiş hissə, 59.35 (əlli doqquz manat, 35 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İNVİSTA xalça üçün 115.6 (yüz on beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, 57.8 (əlli yeddi manat, 80 qəpik) manat cərimə, ümumilikdə 1903.8 manat borc və 39.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixlərindəki müqavilələrə əsasən İNVİSTA xalça, HUAWEİ WATCH GT 4 qol saatı, MONAKO-DEHLİZ DOLAB, LAURA GRAND YORĞAN DƏSTİ, İNVİSTA xalaçlamış və nəticədə 1903.8 (bir min doqquz yüz üç manat, 80 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 104.99 (yüz dörd manat, 99 qəpik) manat (3 ay x 33.33 manat + 0 manat ilkin ödəniş) olan İNVİSTA xalça üçün 112.35 (yüz on iki manat, 35 qəpik) manat olmaqla ondan, 74.9 (yetmiş dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, 37.45 (otuz yeddi manat, 45 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 540 (beş yüz qırx) manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 4 qol saatı üçün 746.1 (yeddi yüz qırx altı manat, 10 qəpik) manat olmaqla ondan 497.40 (dörd yüz doxsan yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, 248.7 (iki yüz qırx səkkiz manat, 70 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 593.52 (beş yüz doxsan üç manat, 52 qəpik) manat (24 ay x 24.73 manat + 0 manat ilkin ödəniş) olan MONAKO - DEHLİZ DOLAB üçün 693.9 (altı yüz doxsan üç manat, 90 qəpik) manat olmaqla ondan 462.6 (dörd yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 231.3 (iki yüz otuz bir manat, 30 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 138.96 (yüz otu zsəkkiz manat, 96 qəpik) manat (12 ay x 11.58 manat + 0 manat ilkin ödəniş) olan LAURAGRAND YORĞAN DƏSTİ üçün 178.05 (yüz yetmiş səkkiz manat, 5 qəpik) manat olmaqla ondan 118.7 (yüz on səkkiz manat, 70 qəpik) manat ödənilməmiş hissə, 59.35 (əlli doqquz manat, 35 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160.02 (yüz altmış manat, 2 qəpik) manat (18 ay x 8.89 manat + 0 manat ilkin ödəniş) olan İNVİSTA xalça üçün 173.4 (yüz yetmiş üç manat, 40 qəpik) manat olmaqla ondan 115.6 (yüz on beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, 57.8 (əlli yeddi manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 268.29 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02067518 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 540 manat olan əşyanı (HUAWEİ WATCH GT 4 qol saatı, QİZİL ZƏMANƏT) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 30 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02006490 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 593.52 manat olan əşyanı (MONAKO - DEHLİZ DOLAB) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 24.73 manat olmaqla 24 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02016518 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 160.02 manat olan əşyanı (İNVİSTA xalça) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 8.89 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 104.99 manat olan əşyanı (İNVİSTA xalça) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 33.33 manat olmaqla 3 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02016819 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 138.96 manat olan əşyanı (LAURAGRAND YORĞAN DƏSTİ) Cavabdeh almış, məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 11.58 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İNVİSTA xalça üçün 74.9 (yetmiş dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, 37.45 (otuz yeddi manat, 45 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ WATCH GT 4 qol saatı üçün 497.40 (dörd yüz doxsan yeddi manat, 40 qəpik) manat ödənilməmiş hissə, 248.7 (iki yüz qırx səkkiz manat, 70 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, MONAKO - DEHLİZ DOLAB üçün 462.6 (dörd yüz altmış iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 231.3 (iki yüz otuz bir manat, 30 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, LAURAGRAND YORĞAN DƏSTİ üçün 118.7 (yüz on səkkiz manat, 70 qəpik) manat ödənilməmiş hissə, 59.35 (əlli doqquz manat, 35 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İNVİSTA xalça üçün 115.6 (yüz on beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, 57.8 (əlli yeddi manat, 80 qəpik) manat cərimə, ümumilikdə 1903.8 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlu alqısatqı müqaviləsi üzrə aldığı məhsulun qiymətini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 3 manat, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 24 manat, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 23 manat, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 5 manat, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 5 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 74.9 manat ödənilməmiş hissə, 3 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 497.40 manat ödənilməmiş hissə, 24 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 462.6 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 118.7 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqa müqavilə üzrə 115.6 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1329.2 (bir min üç yüz iyirmi doqquz manat iyirmi qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39.04 (otuz doqquz manat dörd qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilə üzrə 74.9 manat ödənilməmiş hissə, 3 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 497.40 manat ödənilməmiş hissə, 24 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 462.6 manat ödənilməmiş hissə, 23 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 118.7 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqa müqavilə üzrə 115.6 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1329.2 (bir min üç yüz iyirmi doqquz manat iyirmi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39.04 (otuz doqquz manat dörd qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar