Məhkəmə qərarları › İş №e-2(076)-2771/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2771/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2771/2024 30.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC–nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 483.78 manat, cərimə borcu üzrə 507.86 manat olmaqla, cəmi 991.64 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MMCyə ödənilməsi haqqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 673,78 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 10S 6/64 BLUE model məhsul almışdır. Cavabdeh borclu olduğu 673,78 manat məbləğdən 50,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2021-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 623,78 manat borcu qalmışdır. xx.xx.2021 -ci il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi hər ay 70,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMCdən 673,78 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 10S 6/64 BLUE model məhsulu alarkən İddiaçı MMC ilə Zamin arasında xx.xx.2021 -ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Cavabdeh “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2021 -ci il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 190 manat təşkil edir. Cavabdehlər sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Nisyə alqı-satqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2024-cü il tarixinə İddiaçıMMC-ə xx.xx.2021-ci il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 483,78 manat əsas borcu və 507,86 manat cərimə borcu olmaqla ümumilikdə 991,64 manat borcu vardır. Cavabdehlərə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdehlər müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Cavabdeh Zamin və İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdeh Zamin və İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, cavabdeh hərbi xidmətdə olmuşdur, gəldikdə isə uzun müddət müalicə keçmişdir, səhhəti yaxşı olmamışdır, bununla bağlı iddiaçıya arayış da təqdim etmişlər, hazırki borcun cərimə hissəsi ilə razı deyillər, əsas borcu isə hissə-hissə ödəyə bilərlər. Odur ki göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını və iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021 -ci il tarixli, ********** saylı nisyə alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh satıcı İddiaçı MMC–dən XİAOMİ REDMİ NOTE 10S6/64 BLUE markalı telefon almışdır. İşdə olan İddiaçı MMC ilə Zamin arasında bağlanmış xx.xx.2021 -ci il tarixli Zaminlik müqaviləsinə və müqavilənin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Cavabdeh “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan hesab–fakturadan görünür ki, dəyəri 673.78 manat olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 10S 6/64 BLUE model məhsul Cavabdeh satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021–xx.xx.2022– ci il ərzində hər ay 70 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə 483.78 manat əsas borc, 507.86 manat cərimə borcu olmlaqla, cəmi 991.64 manat məbləğində borcu vardır. İşdə olan cavabdehlərə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilsə də, müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədə o, borcunu ödəyə bilməməsinə səbəb kimi heç bir yerdə işləməməsini, uzun müddət səhhəti ilə əlaqədar müalicə olunduğunu bildirmiş, habelə əsas brc məbləği ilə razı olduğunu və hissə-hissə ödəyəcəyini, cərimə borcunun silinməsini qeyd edərək məhkəmədən bu hala uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ********** saylı nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən cəmi dəyəri 673.78 manat olan 1 (Bir) ədəd XİAOMİ REDMİ NOTE 10S 6/64 BLUE model məhsul nisyə almışdır. Cavabdeh borcu hər ay 70 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun ödənilməmiş 483.78 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 507.86 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Eləcə də İddiaçı MMC ilə Zamin arasında xx.xx.2021 -ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Cavabdeh “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427– ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə– hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, həmçinin, hesab edir ki, xx.xx.2021-ci il tarixli, ********** saylı müqavilə üzrə əsas borc tam şəkildə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Bununla belə, xx.xx.2021-ci il tarixli, ********** saylı müqavilə üzrə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 25 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, ********** saylı müqavilə üzrə dəbbə pulunun azaldılaraq 25 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə, 483.78 manat, cərimə borcu üzrə 25 manat olmaqla, cəmi 508.78 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, ********** nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 483.78 manat əsas borc, 25 manat cərimə borcu olmaqla, cəmi 508.78 (beş yüz səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar