Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2786/2025 17.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Cavadeh Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5965,00 (beş min doqquz yüz altmış beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 80,00 (səksən) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 23:00 radələrində Şəmkir rayonu, Kraz yolu ərazisində Cavabdeh tərəfindən idarə edilən və onlar tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “QAZ 2410” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər, həmçinin X8, X9, X2 yüngül dərəcəli, X1 isə azağır dərəcəli xəsarət dəymişdir. Şəmkir Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş İş № 1(076)-107/2023 saylı hökmə əsasən Cavabdeh “QAZ 2410” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) idarə etmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2215,00 (iki min iki yüz on beş) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA139045, PXA139046, PXA138986, PXA139047 saylı sığorta aktları tərtib edilməklə vətəndaşların sağlamlığına dəymiş zərərə görə ümumilikdə 3750,00 (üç min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən PXA138982 saylı sığorta aktı tərtib edilərək “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2215,00 (iki min iki yüz on beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. (Ümumilikdə 5965,00 (beş min doqquz yüz altmış beş) manat) Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və izahatında göstərdi ki, "xxxx" ASC ilə onun arasında PXA********** saylı sığorta müqaviləsi bağlanmış və “QAZ 2410” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. O xx.xx.2022-ci il tarixində, saat 23:00 radələrində Şəmkir rayonu, Kraz yolu ərazisində “QAZ 2410” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər, həmçinin X8, X9, X2 yüngül dərəcəli, X1 isə azağır dərəcəli xəsarət dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən ona ziyanın ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan PXA139045, PXA139046, PXA138986, PXA139047 saylı sığorta aktlarından görünür ki, sığorta aktları tərtib edilməklə vətəndaşların sağlamlığına dəymiş zərərə görə ümumilikdə 3750,00 (üç min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən PXA138982 saylı sığorta aktı tərtib edilərək “VAZ 21074” markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2215,00 (iki min iki yüz on beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin dəyəri 2215 manat təşkil edir. İşdə olan 5014, 5007, 5012, 5011, 5013 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 750 manat, X6 2215 manat, X4 750 manat, X4 1500 manat, X4 750 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 1(076)– 107/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, idarə etdiyi, “QAZ 2410” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol–nəqliyyat hadisəsi törətmiş, “VAZ 21074” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər, həmçinin X8, X9, X2 yüngül dərəcəli, X1 isə azağır dərəcəli xəsarət dəymişdir. İddiaçı şirkət tərəfindən ümumilikdə 5965,00 (beş min doqquz yüz altmış beş) manat sığorta ödənişi ödənilmişdir. Şəmkir Rayon Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 5965,00 (beş min doqquz yüz altmış beş) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaiti alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5965,00 (beş min doqquz yüz altmış beş) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 80 (səksən) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2786/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2786/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver