Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2845/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı MMC–nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” X1 görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarında olan “Elektron Məhkəmə” X1 görünür ki, Cavabdeh xx.xx.2025–ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM–nin 50.3–cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1–ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən daha əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8–ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1–ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC–nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(076)-2845/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2845/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver