Məhkəmə qərarları › İş №e-2(076)-2888/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2888/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2888/2025 01.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli X2 üzrə 973 (doqquz yüz yetmiş üç) AZN məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - "xxxx" MMC yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 07 iyul 2025-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh2 arasında 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli X2 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 (bir) ədəd 2015-ci il buraxılışlı, “Hyundai Sonata” minik markalı,5NPE34AB3FH256861 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 (iyirmi üç)% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 18750 (on səkkiz min yeddi yüz əli manat) AZN təşkil etmişdir. 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli Maliyyə Lizinqi Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 22 noyabr 2022-ci il tarixli 4368 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 22 noyabr 2022-ci il tarixli 4368 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, xx.xx.2023-cü il tarixində Cavabdeh2 tərəfindən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 499 (dörd yüz doxsan doqquz) AZN və 477 (dörd yüz yetmiş yeddi) AZN məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə həmin 499 (dörd yüz doxsan doqquz) AZN məbləğində ödəniş bir ödəmə kodu (7********) üzrə iki dəfə, 477 (dörd yüz yetmiş yeddi) AZN məbləğində ödəniş isə 1 (bir) ödəmə kodu üzrə (7********) iki dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu halda Cavabdeh2 "xxxx" MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıqla əlaqədar olaraq görünsə belə tam şəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən onlara daxil olan cavab məktubları da bu halı təsdiqləyir (məktubların surəti iddia ərizəsinə əlavə olunur). Belə ki, "xxxx" ASC-nin GP-05/2025-26 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, hesab.az platforması üzərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürülmüş və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. "xxxx" MMC isə özünün xx.xx.2025-ci il tarixli məktubunda bildirir ki, əməliyyatın statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat (yəni hesab.az) tərəfindən təkrar göndərilmişdir. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığına və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh2 həmin texniki nasazlıq nəticəsində "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 973 (doqquz yüz yetmiş üç) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanmasına baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və tam şəkildə icra etməmişdir. İş materiallarında olan: 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli Maliyyə Lizinqi Kredit Müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli X2 bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 (bir) ədəd 2015-ci il buraxılışlı, “Hyundai Sonata” minik markalı, 5NPE34AB3FH256861 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 (iyirmi üç)% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 18750 (on səkkiz min yeddi yüz əli manat) AZN təşkil etmişdir. 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli Maliyyə Lizinqi Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 22 noyabr 2022-ci il tarixli 4368 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 22 noyabr 2022-ci il tarixli 4368 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. 22 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh2 "xxxx" BOKT MMC-yə məxsus olan “Hyundai Sonata” mink markalı, 5NPE34AB3FH256861 ban, **-AX-*** qeydiyat nişanları olan avtomobili təhvil almışdır. 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh2 "xxxx" MMC-yə olan borcundan xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 982.00 manat ödməyi öhdəsinə götürmüşdür. 30 may 2025-ci il tarixli, 851/25 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun beş təqvim günü ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. 20 iyun 2025-ci il tarixli, 9 5 0 /25 nömrəli arayışın surətindən görünür ki, cavabdehin 22 noyabr 2022-ci il tarixli, ML/4368 saylı Kredit Müqaviləsi üzrə 20 iyun 2025-ci il tarixə 973 (doqquz yüz yetmiş üç) manat borcu vardır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqlaru qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4 maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh - Cavabdeh2 arasında 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli X2 bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 1 (bir) ədəd 2015-ci il buraxılışlı, “Hyundai Sonata” minik markalı,5NPE34AB3FH256861 ban nömrəli nəqliyyat vasitəsi 23 (iyirmi üç)% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq məbləği 18750 (on səkkiz min yeddi yüz əli manat) AZN təşkil etmişdir. 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli Maliyyə Lizinqi Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 22 noyabr 2022-ci il tarixli 4368 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 22 noyabr 2022-ci il tarixli 4368 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Cavabdeh2 "xxxx" MMC-yə kredit üzrə qalıq borcu 973 (doqquz yüz yetmiş üç) AZN təşkil edir.Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli X2 üzrə - 973 (doqquz yüz yetmiş üç) manat məbləğdə lizinq borcu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 noyabr 2022-ci il tarixli, ML/4368 nömrəli X2 üzrə - 973 (doqquz yüz yetmiş üç) manat məbləğdə lizinq borcunun və ödənilmiş 30 (otuz manat) manat məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar