Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2938/2025 06.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi ilə, İddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ARDNŞ, Azəriqaz İB Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh istehlak edilmiş qaza görə borclu olduğu 699,98 manat (altı yüz doxsan doqquz manat, 98 qəpik ) vəsaitin və ödənilmiş 34,40 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı İB-nin ABBnin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdeh adına Şəmkir RQİİdə qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin Şəmkir RQİİ-nə 689,18 manat (altı yüz səksən doqquz manat, 18 qəpik ) debitor borcu yaranmışdır. İdarə Rəhbərliyi tərəfindən göndərilmiş xəbərdarlıq məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış, cavabdehin xx.xx.2025 – ci il tarixə istehlak edilmiş təbii qaz sərfinə görə borcu – 699,98 manat (altı yüz doxsan doqquz manat, 98 qəpik ) vəsait ödənilməmiş qalmaqdadır. Qüvvədə olan qanunvericiliyə zidd olan bu hal idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaradır və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olur. İddiaçı ARDNŞ, Azəriqaz İB-yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə İnformasiya” Sistemindən görünür ki, Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri,Yasamal rayonu, Mətbuat pr, 48, 8” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri, Yasamal Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35, 44-45, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Azəriqaz İB-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №e-2(076)-2938/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2938/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver