Məhkəmə qərarları › İş №e-2(076)-2944/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2944/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2944/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh TANİRVERDİYEV VÜSAL NƏBİ OĞLU arasında bağlanmış BL978903 saylı xx-xx-2023-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 104,99 (bir yüz dörd manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL950466 saylı xx-xx-2023 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 236,99 (iki yüz otuz altı manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL900147 saylı xx-xx- 2023 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 103,99 (bir yüz üç manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, ümumilikdə 445,97 (dörd yüz qırx beş manat doxsan yeddi qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun cavabdeh TANİRVERDİYEV VÜSAL NƏBİ OĞLUdan tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh TANİRVERDİYEV VÜSAL NƏBİ OĞLU arasında BL978903 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyəsatış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 35 (otuz beş manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh TANİRVERDİYEV VÜSAL NƏBİ OĞLU arasında BL950466 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 29-dən gec olmamaqla 24 (iyirmi dörd manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh TANİRVERDİYEV VÜSAL NƏBİ OĞLU arasında BL900147 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 30-dən gec olmamaqla 67 (altmış yeddi manat) ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könülü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdeh TANİRVERDİYEV VÜSAL NƏBİ OĞLU İddiaçı MMC-yə BL978903 saylı müqaviləyə əsasən 104,99 (bir yüz dörd manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL950466 saylı müqaviləyə əsasən 236,99 (iki yüz otuz altı manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL900147 saylı müqaviləyə əsasən 103,99 (bir yüz üç manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, ümumilikdə 445,97 (dörd yüz qırx beş manat doxsan yeddi qəpik) borcu qalmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BL978903 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsindən görünür ki, satıcı 629.99 manat dəyərindəki avadanlığı alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində cərimə ödəyir. İş materiallarında olan BL978903 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh BL978903 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 629.99 manat dəyərindəki avandanlığı 0.00 manat ilkin ödəniş etməklə əldə etmiş, qalan 629.99 manat pulu 18 ay müddətində hər ay 35.00 manat, sonuncu ay 34.99 manat olmaqla hissə-hissə "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borca dair arayışdan görünür ki, BL978903 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 104.99 (104.99 manat əsas borc, 0.00 manat cərimə borcu) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BL950466 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsindən görünür ki, satıcı 275.99 manat dəyərindəki avadanlığı alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində cərimə ödəyir. İş materiallarında olan BL950466 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh BL950466 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 275.99 manat dəyərindəki avandanlığı 0.00 manat ilkin ödəniş etməklə əldə etmiş, qalan 275.99 manat pulu 12 ay müddətində hər ay 24.00 manat, sonuncu ay 20.99 manat olmaqla hissə-hissə "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borca dair arayışdan görünür ki, BL950466 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 236.99 (236.99 manat əsas borc, 0.00 manat cərimə borcu) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BL900147 saylı xx.xx.2023-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, satıcı 794.99 manat dəyərindəki avadanlığı alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində cərimə ödəyir. İş materiallarında olan BL900147 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh BL900147 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 794.99 manat dəyərindəki avandanlığı 0.00 manat ilkin ödəniş etməklə əldə etmiş, qalan 794.99 manat pulu 12 ay müddətində hər ay 67.00 manat, sonuncu ay 62.99 manat olmaqla hissə-hissə "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borca dair arayışdan görünür ki, BL900147 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 103.99 (103.99 manat əsas borc, 0.00 manat cərimə borcu) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubularından görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə və ona əlavə edilmiş sənədlərlə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, BL978903 saylı xx-xx-2023-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 104,99 (bir yüz dörd manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL950466 saylı xx-xx-2023 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 236,99 (iki yüz otuz altı manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL900147 saylı xx-xx- 2023 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 103,99 (bir yüz üç manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, ümumilikdə 445,97 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30.00 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BL978903 saylı xx-xx-2023-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 104,99 (bir yüz dörd manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL950466 saylı xx-xx-2023 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 236,99 (iki yüz otuz altı manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, BL900147 saylı xx-xx- 2023 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 103,99 (bir yüz üç manat doxsan doqquz qəpik) əsas borc, ( ) cərimə, ümumilikdə 445,97 (dörd yüz qırx beş manat doxsan yeddi qəpik) borcun və 30 (otuz manat) dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar