Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3098/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı QSC–nin Cavabdeh qarşı alqı–satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, əmlakın boşaldılması və mülkiyyətçi banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı alqı–satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, əmlakın boşaldılması və mülkiyyətçi banka təhvil verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsindən və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC–yə təhvil verilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evi 90.000 manata cavabdehə satılmışdır. Müqavilənin 4–cü bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 67.000 manatı notariusun depozit hesabı vasitəsilə satıcıya ödəməyi, qalan 23.000 manatı isə müqavilə bağlanan tarixdən 36 ay müddətinə hər 6 aydan bir 5 dəfə 1.200 manat məbləğ, 36–cı ay 17.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən 85.100 manat ödəniş edilsə də, qalan 4.900 manat ödənilməmişdir. Bununla da cavabdeh nisyə alqı–satqı müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini yerinə yetirməmiş və ödəməli olduğu məbləği banka ödəməmişdir. Həmçinin, müqavilənin ləğv edilməsinə dair bank tərəfindən cavabdehə təklif göndərilmiş, 10 gün müddətində təklifə cavab verilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Odur ki, İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsindən və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC–yə təhvil verilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC–yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində 0.12 ha torpaq sahəsində yerləşən, 364.90 kv.m ümumi sahədən ibarət 59 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı QSC–nin adına qeyd edilmişdir. İşdə olan və İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqı–satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC tərəfindən 90.000 manata Cavabdeh satılmışdır. Müqavilənin 4–cü bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 67.000 manatı müqavilə təsdiq olunarkən notariusun depozit hesabı vasitəsilə satıcıya ödəməyi, qalan 23.000 manatı isə müqavilə bağlanan tarixdən 36 ay müddətinə hər 6 aydan bir 5 dəfə 1.200 manat məbləğ, 36–cı ay 17.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan müqavilənin ləğvinə dair təklifdən görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqı–satqı müqaviləsinin ləğv edilməsi cavabdehə təklif edilmiş, 10 gün müddətində təklifə cavab verilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evi 90.000 manata cavabdehə satılmışdır. Müqavilənin 4–cü bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 67.000 manatı notariusun depozit hesabı vasitəsilə satıcıya ödəməyi, qalan 23.000 manatı isə müqavilə bağlanan tarixdən 36 ay müddətinə hər 6 aydan bir 5 dəfə 1.200 manat məbləğ, 36–cı ay 17.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən 85.100 manat ödəniş edilsə də, qalan 4.900 manat ödənilməmişdir. Bununla da cavabdeh nisyə alqı–satqı müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini yerinə yetirməmişdir. Həmçinin, müqavilənin ləğv edilməsinə dair bank tərəfindən cavabdehə təklif göndərilmiş, 10 gün müddətində təklifə cavab verilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında notarial qaydada daşınmaz əmlakın nisyə alqı–satqı müqaviləsi bağlansa da, cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və satın aldığı əmlakın dəyərini tam şəkildə ödəməmişdir. Ona görə də, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, bu səbəbdən daşınmaz əmlakın nisyə alqı–satqı müqaviləsinin ləğv edilməsi barədə cavabdehə təklif göndərilmiş, lakin cavabdeh tərəfindən təklifə cavab verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2019–cu il tarixli, 4Ə– 2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin ləğv edilməsi” hisssəsində əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023–cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2–ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3–cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İrdaə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Odur ki, iddia tələbi “xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin ləğv edilməsi” hisssəsində əsaslı olduğundan təmin edilməli və İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsi ləğv edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4–cü bəndinə əsasən alıcı tərəfindən borc tam ödənilənədək satılan daşınmaz əmlakın satıcının xeyrinə yüklü olması, 6–cı bəndinə əsasən əmlak üzərində sahiblik və istifadə hüququnun alqı–satqı müqaviləsi notarial qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququnun isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlməsi nəzərdə tutulmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisəli əmlakın dəyəri cavabdeh tərəfindən tam ödənilmədiyinə görə əmlak üzərində sərəncam vermək hüququ iddiaçıya məxsusdur və əmlak hazırki vəziyyətdə xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı QSC–nin mülkiyyətindədir. Bu səbəbdən iddia tələbi “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsindən və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılması, əmlakın boşaldılması, mülkiyyətçi İddiaçı QSC–yə təhvil verilməsi” hissəsində də əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaların tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əmlak cavabdehin sahibliyində olmalı və cavabdehin əmlaka sahiblik hüququ olmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin şərtlərinə əsasən alıcı tərəfindən borc tam ödənilənədək satılan daşınmaz əmlakın satıcının xeyrinə yüklü olması nəzərdə tutulmuşdur ki, hazırki vəziyyətdə də alıcı–cavabdeh tərəfindən borc tam şəkildə ödənilməmişdir. İddiaçı bank isə mülkiyyətçi kimi cavabdehin torpaq sahəsindən və evdən çıxarılmasını, əmlakın boşaldılmasını və mülkiyyətçiyə təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsi ləğv edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsindən və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evindən cavabdeh çıxarılmalı, əmlakın boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC–yə təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında Şəmkir rayon 1 saylı Dövlət Notariat ofisində bağlanmış xx.xx.2019–cu il tarixli, 4Ə–2087 reyestr nömrəli daşınmaz əmlakın nisyə alqı–satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı QSC–nin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsindən və həmin ünvanda yerləşən ümumi sahəsi 364.9 kv.m olan fərdi yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın və İddiaçı QSC–yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(076)-3098/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3098/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver