Məhkəmə qərarları › İş №e-2(076)-3237/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3237/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3237/2024 27.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı MMC–nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1.399,99 manat, cərimə borcu üzrə 1.134 manat olmaqla, cəmi 2.533,99 manat məbləğində pulun və 45,34 manat dövlət rüsumunun alınması alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023–cü il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC–dən cəmi dəyəri 1.799,99 manat olan 1 ədəd Samsung markalı model məhsulu nisyə almışdır. Cavabdeh 120 manat ilkin ödəniş etmiş, qalan pulu müqavilə üzrə hər ay 70 manat olmalqa ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsula görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun ödənilməmiş 1.399,99 manat əsas borcu qalmışdır. Nəticədə cavabdehə 1.134 manat məbləğində cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, Cavabdeh oğlundan 1.399,99 manat əsas borc, 1.134 manat cərimə borcu olmlaqla, cəmi 2.533,99 manat məbləğində pulun və 45,34 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan Cavabdeh satıcı adlanan İddiaçı MMC–dən nisyə məhsul almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 6.1.1– ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. İşdə olan hesab–fakturadan görünür ki, dəyəri 1.799,99 manat olan 1 ədəd Samsung model məhsul Cavabdeh satılmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023– xx.xx.2025–ci il ərzində hər ay 70 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023–cü il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə 1.399,99 manat əsas borc, 1.134 manat cərimə borcu olmlaqla, cəmi 2.533,99 manat məbləğində borcu vardır. İşdə olan və Cavabdeh tərəfindən yazılmış etiraz ərizəsindən görünür ki, o, iddiaçıya borclu deyildir. Belə ki, xx.xx.2023–cü il tarixdə iddiaçıdan 1.800 manat dəyərində 1 ədəd Samsung markalı televizor almış, alarkən həmin puldan 120 manat ödəmişdir. Evə aparanda televizor işləməmişdir. Bu barədə dərhal iddiaçıya məlumat vermiş, iddiaçı tərəf isə ona televizorun işlək vəziyyətdə verilməsini, özünün sındırmasını bildirmişdir. Daha sonra iddiaçının satıcısı ona ödənişləri gecikdirməməyi, televizoru özünün təmir edəcəyini demişdir. Ona inanaraq 4 ay ödəniş etmişdir. Lakin iddiaçı tərəf televizoru təmir etdirməmiş, ona görə də ödənişləri dayandırmış və televizoru iddiaçıya təhvil vermişdir. Bununla da onun iddiaçıya heç bir borcu qalmamışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məhsulun təhvil–təslimi barədə ərizədən görünür ki, Cavabdeh tərəfindən alınmış televizor rəsmi şəkildə İddiaçı MMC–yə təhvil verilməmiş, televizorun geri qaytarılması və ya təhvil verilməsi barədə heç bir təhvil–təslim aktı və ya rəsmi sənəd tərtib olunmamışdır. Satış zamanı teelvizor sağlam və işlək vəziyyətdə təhvil verilmiş, bu barədə təhvil–təslim aktı tərtib edilmişdir. Lakin cavabdeh televizoru təhvil aldıqdan sonra evə apararkən sındırmışdır. Cavabdeh televizoru aldığı tarixdən 5 ay sonra zədələnmiş vəziyyətdə mağazaya gətirərək heç bir izahat vermədən və təhvil–təslim aktı tərtib etmədən mağazaya atıb getmişdir. Göründüyü kimi cavabdeh müqavilənin şərtlərini pozmuş və televizorun qaytarılmasını rəsmi qaydada həyata keçirməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023–cü il tarixli ********** saylı nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən cəmi dəyəri 1.799,99 manat olan 1 ədəd Samsung markalı televizoru nisyə almışdır. Cavabdeh 120 manat ilkin ödəniş etmiş, qalan pulu hər ay 70 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun ödənilməmiş 1.399,99 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 1.134 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, cavabdehin etiraz ərizəsində göstərilənlərə qiymət verərək qeyd edir ki, Cavabdeh iddiaçıdan aldığı televizorun işlək vəziyyətdə olmamasını, bu səbəbdən televizoru iddiaçıya təhvil verməsini iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı tərəf cavabdehin televizoru rəsmi qaydada təhvil verməməsini göstərmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1.399,99 manat əsas borc, 1.134 manat cərimə borcu olmaqla, cəmi 2.533,99 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 45,34 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023–cü il tarixli ********** nömrəli müqavilə üzrə Cavabdeh 1.399,99 manat əsas borc, 1.134 manat cərimə borcu olmaqla, cəmi 2.533,99 (iki min beş yüz otuz üç manat doxsan doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 45,34 (qırx beş manat otuz dörd qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar