Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3294/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X5 qalan miras əmlaka – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş xx.xx.2022–ci il tarixli, 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023–cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, mərhum X5 qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, İddiaçı oğlunun miras əmlaka qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə faktiki yaşayır. Cavabdeh1 onun ögey qardaşıdır. Onların atası X20 xx.xx.1986–cı ildə vəfat etmişdir. Mərhum atası X21 mərhum X3 ilə 1962–ci ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Mərhum atası mərhum anası Mələk Yusif qızından əvvəl Sayat adlı qadınla ailəli olmuş və həmin evlilikdən xx.xx.1949–cu ildə Cavabdeh1 doğulmuşdur. X3 xx.xx.2007– ci ildə vəfat etmişdir. Ondan miras olaraq əmlak qalmışdır. Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, giriş 56, M1, m 1) **********92–05101–093001 reyestr nömrəli mənzil X4 tərəfindən Şəmkir rayonu 1 saylı notariat kontorunun xx.xx.1994–cü il tarixli, 3M–34 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mərhum X7 bağışlanılmış, mərhum anası Mələk Yusif qızının adına xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Mərhum X3 xx.xx.2007–ci il tarixində vəfat etmişdir. Məhrum anasının vəfatından sonra ögey qardaşı Cavabdeh1 Şəmkir rayon 1 saylı Notariat Kontoruna müraciət edərək, mərhum anasından qalan ünvan 2 ünvanında yerləşən mənzilə vərəsə tanınmışdır. Ona xx.xx.2022–ci il tarixli 2V– 2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Hesab edir ki, qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalı, miras mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə ki, ögey qardaşı Cavabdeh1 X3 deyil, X8r. Bunu doğum haqqında şəhadətnamənin surətindən də görmək olar. Odur ki, Cavabdeh1 məhrum X6 qanun üzrə vərəsəsi kimi tanınması doğru deyil. Qeyd olunan əsaslara görə hesab edir mərhum X5 qalan miras əmlaka görə cavabdeh Şəmkir rayon Notariat ofisi tərəfindən tərtib olunmuş qanun üzrə vərəsəlik şəadətnaməsi düzgün tərtib olunmadığından, etibarsız hesab olunmalı, həmin miras əmlaka görə üçüncü şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış ləğv olunmalı və miras əmlak əvvəlki vəziyyətə qaytarılmalıdır. Əvvəla ona görə ki, Cavabdeh1 X3 deyildir və miras ev Mələk Yusif qızına bağışlandığından, həmin əmlak birgə nikah müddətində əldə olunmuş əmlak da hesab oluna bilməzdi. Belə olduğu halda o, miras əmlaka qanun üzrə vərəsə kimi tanına bilməzdi. Lakin buna baxmayaraq, cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi heç bir hüquqi əsas olmadan Cavabdeh1 miras əmlaka qanun üzrə vərəsə tanınmaqla, maddi hüquq normalarını kobudluqla pozmuşdur. Yuxarıda da qeyd etdiyi kimi Cavabdeh1 X3 deyil, X8r. Bu səbəbdən də o, miras əmlaka qanun üzrə vərəsə tanına bilməzdi. Cavabdeh1 doğum haqqında şəhadətnaməsinin surəti əsas verir ki, cavabdeh notariat ofisi onun qanun üzrə vərəsə tanımaqdan imtina etsin. Lakin, cavabdeh Şəmkir rayon notariat ofisi təqdim olunmuş sənədləri yoxlamadan, miras əmlakın kütləsini və vərəsələrin dairəsini müəyyən etmədən, mübahisə predmeti olan yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmişdir. Odur ki, mərhum X5 qalan miras əmlaka – ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş xx.xx.2022–ci il tarixli, 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023–cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, mərhum X5 qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, İddiaçı oğlunun miras əmlaka qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı, Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, nə də iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişlər. İddiaçının isə vəkili məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli, 2V–2505 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007–ci ildə vəfat etmiş X9 vərəsəsi Cavabdeh1 müəyyən edilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X6 mülkiyyətinə verilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.1949–cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1949–c ildə doğulmuşdur, atası X21, anası X15 qeyd edilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2013–cü il tarixli nikah haqqında arayışın surətindən görünür ki, X22 ilə X10 nikahlarını xx.xx.1962–ci ildə rəsmiləşdirmişlər və arvada Nağıyeva soyadı verilmişdir. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2007–ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X21 16 sentyabr 1986–cı ildə ölmüşdür. İşdə olan notariat işinin kserosurətinə əlavə edilmiş xx.xx.2007–ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 15 noyabr 2007– ci ildə ölmüşdür. İşdə olan doğum haqqında arayışdan görünür ki, X11 16 fevral 1959–cu ildə doğulmuşdur, atası X22, anası X8r. İşdə olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 20 oktyabr 1962–ci ildə doğulmuşdur, atası X22, X3dır. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X17 05 iyul 2013–cü ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2024–cü il tarixli arayışdan görünür ki, Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina–85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) **********92–05101–093001 reyestr nömrəli mənzil X2 Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.1994–cü il tarixli, 3M–34 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X6 adına xx.xx.2022–ci il tarixli, 2V–2506 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 1/2 hissə açıq saxlanılmış, 1/2 hissəyə Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X21 ilə X10 nikahlarını xx.xx.1962–ci ildə rəsmiləşdirmişlər, onların nikahlarından İddiaçı 20 oktyabr 1962–ci ildə doğulmuşdur. X21 16 sentyabr 1986–cı ildə və X14 15 noyabr 2007–ci ildə vəfat etmişlər. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina–85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) **********92–05101–093001 reyestr nömrəli mənzil X4 tərəfindən Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.1994–cü il tarixli, 3M–34 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X7 bağışlanmışdır. X1 təsərrufatında yalnız Cavabdeh1 qalmışdır. Ona görə də miras əmlaka görə Şəmkir rayon notariat kontoru tərəfindən Cavabdeh1 adına xx.xx.2022–ci il tarixli, 2V–2506 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka qanun üzrə vərəsə tanınmış və 1/2 hissəyə Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırda iddiaçı tərəfindən həmin vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış mübahisələndirilmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması, malik olduğu halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması zəruridir. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərə əsasən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə qiymət verərək hesab edir ki, hazırki vərəsəlik barədə mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273–1–ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023–cü il tarixli qərarından əvvəl baş verdiyindən, habelə mərhum X14 15 noyabr 2007–ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüququ olmadığına, həmçinin onun subyektiv vərəsəlik hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən olunmuş halları, mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçəməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə– təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X14 15 noyabr 2007–ci il tarixdə öldüyündən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən b.u sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1–ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, qanunvericilik mirasın qəbulu üçün müddət müəyyən etmiş, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də İddiaçı mərhum X5 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, yaşayış yeri üzrə RF–da qeydiyyatdadır və uzun müddətdir ki, orada yaşayır. Bu isə ona dəlalət edir ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi halı istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının mirası faktiki qəbul etməsi iş materiallarına əlavə etdiyi heç bir sübutla öz təsdiqini tapmamış, həmçinin iddiaçı miras açılan vaxt ayrıca təsərrüfatda olmuş və mirası qəbul etmək niyyətinin olduğuna dair heç bir real davranış göstərməmişir. İddiaçı yalnız xx.xx.2022–ci il tarixdə mirasdan pay almaq üçün “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və xx.xx.2023– cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Çünki iddiaçı keçən müddət ərzində bir dəfə də olsun mirası qəbul etmək niyyətinin olduğunu bildirməmişdir Bununla da iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının mirası qəbul etmək niyyəti olmamışdır. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab edir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, iddiaçı subyektiv vərəsəlik hüququnu itirdiyinə görə Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2022–ci il tarixdə mərhum X5 miras qalmış əmlaka dair Cavabdeh1 adına verilmiş 2V– 2506 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Məhkəmə, həmçinin, iddianın Cavabdeh1 adına verilmiş xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi hissəsini də əsaslı saymır. Belə ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamış, onun həmin hüququ cavabdeh tərəfindən pozulmamışdır. xx.xx.2022–ci il tarixli, 2V–2506 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka qanun üzrə vərəsə tanınmış və 1/2 hissəyə Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması” hissəsi təmin edilmədiyindən, həmin vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023–cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunması qanuni və əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 227, 357–360–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3294/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3294/2024
05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver