Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-343/2024 13.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlərdən xx.xx.2022-ci il tarixli, 399 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməməiş 24 000 manat məbləğində pulun, pulun öhdəliyinin icrasının gecikdirildiyi müddət üçün hesablançmış 5256 manat dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177.77 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra - “İddiaçı”) ilə Cavabdeh2 Elsever qızı (bundan sonra - “Cavabdeh”) arasında xx.xx.2022-ci il tarixdə, 399 №-li alqı-satqı müqaviləsi (bundan sonra - “Müqavilələr”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə Cavabdehə satmağı, Cavabdeh isə malları qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Müqavilə üzrə nəzərdə tutulmuş malları İddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, Cavabdeh 5000 manat ilkin ödəniş, 18 ay müddətinə hər ay 1333, sonuncu ay isə 1339 manat olmaqla, ümumilikdə 29000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq. Cavabdeh tərəfindən bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən ralnız 5000 manat ödənilmiş, Cavabdehin İddiaçıya 24000 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, Cavabdeh öhdəliyinin erasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, Cavabdeh1 ilə (bundan sonra - “Zamin”) arasında 19 oktyabr 2022-ci il tarixdə Zaminlik Müqaviləsi bağlanmış, Zamin İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh ilə birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia ləblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh2 arasında olan xx.xx.2022-ci il tarixli, 399 №-li alqı-satqısına müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı müqacviləyə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik Malları istifadə məqsədləri üçün yararlı halda Alıcının mülkiyyətinə verməyiŞ Alıcı isə həmin Malları təhvil alıb, dəyərini bu müqavilə və/və ya Əlavələrdə müəyyən edilmiş məbləğdə şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqailənin 9.1-ci maddəsinə əsasən müqavilə üzrə öz phdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə AZərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və bu Müqavilədən irəli gələn öhdəliklərinin pozulması nəticəisndə meydana çıxan məsrəflər və ya xərclər nəticəsində dəyən yalnız faktiki zərəri ödəməlidir. İş materiallarında olan 399 nömrəli xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında alıcıya veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə mallarla əlaqədar olaraq alıcı Şirkət qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin Cavabdeh1 alıcı ilə birlikdə Şirkət qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsindən görünür ki, zaminliklə təmin olunan müqavilənin predmenti: alıcıya təqdim edilən malların dəyəri – 29000 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavədən (Qiymət razılaşdırma protokolu) görünür ki, satıcı tərəfindən alıcıya qiyməti 17 000 manat olan İP40 Z05 seriya nömrəli Hybrid, qiyməti 6000 manat olan Ex210502005 seriya nömrəli kosmetoloji kombayn, qiyməti 6000 manat olan vertikal kavitasiya aparatı təqdim edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 2 saylı əlavədən Təhvil-təslim aktı) görünür ki, İP40 Z05 seriya nömrəli Hybrid, olan Ex210502005 seriya nömrəli kosmetoloji kombayn, vertikal kavitasiya aparatı satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 3 saylı əlavədən görünür ki, alıcı malların dəyərinin 5000 azn hissəsini ilkin ödəyir, müqavilənin və bu əlavənin qüvvəyə mindiyi tarixdə ödəyir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 3 saylı əlavəsinin 5-ci bəndindən görünür ki, cədvəl üzrə ödənişlərin alıcı tərəfindən gecikdirillməsi zamanı, gecikdirilmiş hər gün həmin ayın ödəniş məbləğinin 1% miqdarında cərimə hesab hesablanacaqdır. İş materiallarında olan ilkin razılaşma protokolundan görünür ki, Hybrid laser (17000), 60 HZ kosmetoloji kombayn (6000), vertikal kavitasiya aparatı (6000) kredit ilə Cavabdeh2 və Cavabdeh1 ilkin olaraq 5000 manat, aylıq olaraq isə 1333 manat ödəməklə 18 ay müddətinə verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 177.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 Telman qızı isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə alqı-saqtı müqaviləsi üzrə ödənilməmiş əsas borcun və cərimə borcunun zamin Ramilə Feyzullayevdən tutulmasına dair hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, zaminlik müqaviləsi əsasında o, da alıcının kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə iddia tələblrinin cərimə borcunun cavabdehdən tutulması hissəsinə iddia həmin hissədə də əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə 3 saylı əlavəsinin 5-ci bəndindən görünür ki, cədvəl üzrə ödənişlərin alıcı tərəfindən gecikdirillməsi zamanı, gecikdirilmiş hər gün həmin ayın ödəniş məbləğinin 1% miqdarında cərimə hesab hesablanacaqdır. Cavabdehlər tərəfindən heç bir ödəniş edilməyindən iddiaçı xx.xx.2022-ci il tarixindən başlanmaqla aylıq ödənişin 1%-i miqdarında cərimə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 24 000 manat ödənilməmiş hissə, 5256 manat cərimə olmaqla, cəmi 29256 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177.77 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 24000 (iyirmi dörd min) manat ödənilməmiş hissə, 5256 ( beş min iki yüz əlli altı) manat cərimə olmaqla, cəmi 29256 (iyirmi doqquz min iki yüz əlli altı) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177.77 (yüz yetmiş yeddi manat yetmiş yeddi) manat məbləğində pul cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(076)-343/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-343/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver