Məhkəmə qərarları › İş №e-2(076)-3516/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3516/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3516/2025 25.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə İddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə Şəmkir Rayon Məhkəməsində dair iddia qaldıraraq, Cavabdeh 31 yanvar 2025-ci il tarixli AZL-6131 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 mart 2025-ci il tarixə ödənilməmiş 264.63 manat gecikdirilmiş əsas, 242.40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 349.11 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6377.60 manat, ümumilikdə 7233.74 manat borc və ödənilmiş 92.34 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cəmiyyət tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli AZL-6131 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 53 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 533.96 manat, ümumilikdə isə 28300 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 28300 manatın 20200 manatı əsas məbləğ təşkil edir. Cavabdehnın müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı,**-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 mart 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6377.60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh AZL-6131 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 mart 2025-ci il tarixə ümumilikdə 856.14 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 1 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı "xxxx" MMC–yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçının nümayəndəsi EMİS vasitəsilə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli AZL-6131 saylı daxili lizinq müqaviləsindən görünür ki, 1 ədəd “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmiş, cavabdeh isə pulu illik 16 faiz hesablanmaqla, 53 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və tərəflər arasında razılaşdırılmış ödəmə qrafikindən görünür ki, Cavabdeh xx.xx.2025–xx.xx.2029–cu illər ərzində müqavilədə göstərilən lizinq obyektinin dəyərini hissə–hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025–ci il tarixli X1 görünür ki, 1 ədəd “Chevrolet Cobalt” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2025–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət cavabdehdən öhdəliklərini yerinə yetirərək müqavilə üzrə ödəniş aparılmasını tələb etmiş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2025–ci il tarixədək cavabdehin 264.63 manat əsas kredit borcu, 242.40 manat mükafat borcu, 349.11 manat cərimə borcu olmaqla, cəmi 856.14 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli AZL-6131 nömrəli daxili lizinq müqaviləsinə əsasən dəyəri 20200 manat olan 1 ədəd “Chevrolet Cobalt” markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmiş, cavabdeh isə pulu illik 16 faiz hesablanmaqla, 53 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərinə əməl etməmiş, nəticədə onun 264.63 manat əsas kredit borcu, 242.40 manat mükafat borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 349.11 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1–ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3–cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748–1.12–ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizin verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununlada lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəlləninn 750–ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələblər irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli AZL-6131 saylı lizinq müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, həmçinin ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasında boyun qaçırmışdır. Ona görə də lizinq verən qismində çıxış edən iddiaçı cəmiyyətin lizinq alan qismində çıxış edən cavabdehdən bütün ödəniş məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdeh iddiaçı cəmiyyət qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh lizinqə verilmiş texnikanın dəyərini xx.xx.2025– xx.xx.2029–cu illər ərzində hissə–hissə ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, borcunu ödəməkdən yayınmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1–ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli AZL-6131 nömrəli lizinq müqaviləsinin 7.2–ci bəndində göstərilmişdir ki, gecikdirilmiş lizinq ödənişi məbləğinə gündəlik 1% dəbbə pulu hesablanır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cəmiyyətin lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, tərəflər arasında bağlanmış 31 yanvar 2025-ci il tarixli AZL-6131 nömrəli lizinq müqaviləsinin 8.1.1–ci bəndində göstərilmişdir ki, lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə müqavilə lizinq alanın təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilə bilər. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748–2.1–ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Göründüyü kimi tərəflərin razılaşmasına əsasən cavabdeh öhdəliklərini tam icra edənə qədər lizinqə verilmiş texnika üzərində mülkiyyət hüququ iddiaçı cəmiyyətdə saxlanılmışdır. İddiaçı cəmiyyət lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2–ci maddəsində göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 748–1.8–ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 31 yanvar 2025-ci il tarixli AZL- 6131 nömrəli daxili lizinq müqaviləsi üzrə cərimə 9 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6377.60 manat, ümumilikdə 7233.74 manat borc” hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı MMC iddia ərizəsinə yalnız avtomobilin təmir aktı əlavə edərək, modeli “chevrolet cobal”t, dövlət qeydiyyat nişanı ** AR *** olan avtomobilə 6377 manat məbləğində cavabdeh tərəfindən vurulması, həmin təmir xərcinin cavabdeh tərəfindən ödənilməli olmasını qeyd etmiş olsa da, həqiqətən həmin avtomobilin təmir aktında göstərilən hissələrinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınmaqla təmirə ehtiyacı olması və təmir edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 6377.60 manat zərər vurulduğu iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdeh üzrlü səbəblər olmadan öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də cavabdehdən 31 yanvar 2025-ci il tarixli AZL-6131 nömrəli daxili lizinq müqaviləsi üzrə 264.63 manat gecikdirilmiş əsas, 242.40 manat gecikdirilmiş mükafat, 13 manat dəbbə, cəmi 520.03 (beş yüz iyirmi manat üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən alınıb "xxxx" MMC–yə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 31 yanvar 2025-ci il tarixli AZL-6131 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh 264.63 manat gecikdirilmiş əsas, 242.40 manat gecikdirilmiş mükafat, 13 manat dəbbə, cəmi 520.03 (beş yüz iyirmi manat üç qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC–nə verilsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar