Məhkəmə qərarları › İş №e-2(076)-3534/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-3534/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-3534/2024 04.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC-nin iddia ərizəsi məhkəməyə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi məlumatlara dair portaldan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən daha əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar