Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3542/2025 06.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun adına olan qaz sayğacına görə xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2400 (iki min dörd yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandımışdır ki, qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşayır. ünvan 1ər ona məxsus olmuş və həmin evi 3 il bundan əvvəl Şəmkir şəhər sakini X1 faktiki olaraq satmışdır. Evi faktiki olaraq onun istifadəsinə vermişdir. Aralarında olan alqı-satqı müqaviləsi xx.xx.2024-cü ildə rəsmi qeydə alınmışdır. Həmin evdə qaz sayğacı onun adına olmuşdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış keçirilən zaman, yəni 12 mart 2024-cü il tarixli ******* saylı akt əsasında adına olan qaz sayğacına guya kənar müdaxilə olduğundan həmin sayğaca görə 2400 (iki min dörd yüz) manat cərimə yazılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. Həmin kənar müdaxilə barədə onun məlumatı olmamışdır. O evi satmışdır. Evdə hazırda Elnur Camalov yaşayır. Hesablanmış cərimənin silinməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, qaz xəttinə kənar qoşulma onun tərəfindən olmamışdır. Eyni zamanda qaz sayğacı onun adına qeyd olunmuşdur. O hər zaman istifadə etmiş olduğu qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin hazırda hesabına yazılmış cəriməni ödəmək istəmir. Çünki həmin cərimənin yazılmasına heç bir hüquqi əsas olmamışdır və bunun üçün o məsuliyyət daşımamalıdır. Buna görə də hesab edir ki, onun barəsində cavabdeh tərəfindən tərtib olunmuş akt nəticəsində ona hesablanmış borc silinməlidir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh İB–yə qarşı hesablanmış 2400 manat borcun silinməsi tələb etsə də, faktiki olaraq iddiaçının cavabdehə 2073.60 manat borcu vardır. İş materiallarında olan “Təbii X2nın pozulmasına dair” 12 mart 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın giriş xəttinə əlavə xətt çəkilərək qeyri-qanuni birləşmə aşkar olunmuşdur, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024–cü il üzrə ünvan 2 ünvanın sakini olan abonent İddiaçı adına 2073.60 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində İddiaçı adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2024-cü il tarixdə baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən 12 mart 2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə qaz xəttinin sayğacdan kənar istifadəsi və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X3” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X2”nın pozulması ilə bağlı 12 mart 2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının qanunsuz təbii qazdan istifadə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də 12 mart 2024-cü il tarixli ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə, həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğacdan kənar xəttin çəkilməsi ağlabatan və inandırıcı hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş 12 mart 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında İddiaçı adına quraşdırılmış qaz sayğacı üzrə (**********01360 Abunə kodu) 12 mart 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-3542/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3542/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver