Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3629/2024 27.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 3.053,55 manat, cərimə borcu üzrə 289,8 manat, xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1.264,11 manat, cərimə borcu üzrə 119,74 manat, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 508,8 manat, cərimə borcu üzrə 120 manat olmaqla, cəmi 5.356 manat məbləğində pulun və 73,56 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 50 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə 3.382,4 manat dəyərində 6 ədəd stul, Natura markalı ev əşyası, döşək, masa, çarpayı, nevresim takımı nisyə satılmışdır. Cavabdeh 50 manat ilkin ödəniş etmiş, qalan pulu 24 ay müddətində hər ay 138,85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 220 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə 1.601,68 manat dəyərində 1 ədəd LG markalı paltaryuyan maşın nisyə satılmışdır. Cavabdeh 220 manat ilkin ödəniş etmiş, qalan pulu 24 ay müddətində hər ay 57,57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 55 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə 665,8 manat dəyərində 1 ədəd Oppo A58 markalı telefon nisyə satılmışdır. Cavabdeh 55 manat ilkin ödəniş etmiş, qalan pulu 12 ay müddətində hər ay 50,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqavilələrinin şərtlərinə görə hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə olunacağı alıcı qismində çıxış etmiş Cavabdeh izah edilmiş və ondan razılıq alındıqdan sonra o, kredit müqavilələrini könüllü olaraq imzalamışdır. Lakin cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməkdən boyun qaçırmış, borcundan cəmi 823,42 manat ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Ona görə də hər gecikən gün üçün gecikdirilmiş məbləğin 1 faizi həcmində borcun üzərinə cərimə hesablanmışdır. Bu səbəbdən cəmiyyət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 3.053,55 manat, cərimə borcu üzrə 289,8 manat, xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1.264,11 manat, cərimə borcu üzrə 119,74 manat, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 508,8 manat, cərimə borcu üzrə 120 manat olmaqla, cəmi 5.356 manat məbləğində pulun və 73,56 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 50 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə cəmi 3.382,4 manat dəyərində 6 ədəd stul, Natura markalı ev əşyası, döşək, masa, çarpayı, nevresim takımı nisyə satılmışdır. Cavabdeh 50 manat ilkin ödəniş etmiş, qalan pulu 24 ay müddətində hər ay 138,85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilə də alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 138,85 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 220 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə cəmi 1.601,8 manat dəyərində 1 ədəd LG markalı paltaryuyan maşın nisyə satılmışdır. Cavabdeh 220 manat ilkin ödəniş etmiş, qalan pulu 24 ay müddətində hər ay 57,57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilə də alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 57,57 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 55 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə cəmi 665,8 manat dəyərində 1 ədəd Oppo A58 markalı telefon nisyə satılmışdır. Cavabdeh 55 manat ilkin ödəniş etmiş, qalan pulu 12 ay müddətində hər ay 50,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilə də alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 50,9 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 3.053,55 manat, cərimə borcu üzrə 289,8 manat, xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1.264,11 manat, cərimə borcu üzrə 119,74 manat, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 508,8 manat, cərimə borcu üzrə 120 manat borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 50 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə 3.382,4 manat dəyərində 6 ədəd stul, Natura markalı ev əşyası, döşək, masa, çarpayı, nevresim takımı nisyə satılmışdır. Cavabdeh 50 manat ilkin ödəniş etmiş, qalan pulu 24 ay müddətində hər ay 138,85 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 220 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə 1.601,68 manat dəyərində 1 ədəd LG markalı paltaryuyan maşın nisyə satılmışdır. Cavabdeh 220 manat ilkin ödəniş etmiş, qalan pulu 24 ay müddətində hər ay 57,57 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş 55 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə 665,8 manat dəyərində 1 ədəd Oppo A58 markalı telefon nisyə satılmışdır. Cavabdeh 55 manat ilkin ödəniş etmiş, qalan pulu 12 ay müddətində hər ay 50,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcundan cəmi 823,42 manat ödəniş etmiş, bununla da müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 3.053,55 manat, cərimə borcu üzrə 289,8 manat, xx.xx.2023–cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1.264,11 manat, cərimə borcu üzrə 119,74 manat, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 508,8 manat, cərimə borcu üzrə 120 manat olmaqla, cəmi 5.356 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 73,56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023–cü il tarixli 02075323 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 3.053,55 manat, cərimə borcu üzrə 289,8 manat, xx.xx.2023– cü il tarixli 02075322 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1.264,11 manat, cərimə borcu üzrə 119,74 manat, xx.xx.2023–cü il tarixli 05075008 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 508,8 manat, cərimə borcu üzrə 120 manat olmaqla, cəmi 5.356 (beş min üç yüz əlli altı) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 73,56 (yetmiş üç manat əlli altı qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(076)-3629/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3629/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver